Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

«Ananas» salatı

İstifadə olunan məmulatlar:
– kartof – 2-3 ədəd orta ölçülü,
– toyuq budu – 1 ədəd (300 – 400)qr,
– ortadan iki hissəyə bölünmüş qoz ləpəsi – 150 qr,
– yumurta – 3 ədəd,
– pendir - 100 qr,
– marine edilmiş xiyar – 4-6 ədəd,
– baş soğan – 1 ədəd ,
– göy soğanının yarpaqları (bəzək üçün),
– mayonez,
– duz,
– istiot.

Hazırlanması
Kartofu yaxşıca yuyub qabiqlı halda bişirin və iri gözlü sürtgəcdən keçirin.
Yumurtanı bərk bişirin və qabığını soyub iri gözlü sürtgəcdən keçirin.

Toyuq budunu tam yumuşaq olana qədər bişirin əti sümükdən ayırıb xirda – xırda doğrayın.
Pendiri sürtgəcdən keçirin.
Xiyarı xırda dördkünc şəklində doğrayın.
Soğanı təmizləyın və doğrayın.
Hazırlanmış məmulatları oval şəkilli qaba qat – qat düzməyə başlayın.Hər bir qatı zövqə görə duzlayıb istiotlayın və qatların arasına mayonez sürtün.
1-ci qat - kartof
2-ci qat - soğan
3-ü qat – toyuq ətinin yarısı
4-ü qat – marine edilmiş xiyar
5-ci qat – toyuq ətinin qalan hissəsi
6-cı qat - pendir
7-ci qat - yumurta

Salatın axırıncı qatını yaxşıca mayanezləyın.Üstünü lki hissəyə bölünmüş qoz ləpəsi və ğöy soğan ilə şəkildəki kimi bəzəyin.


Tarix: 29.11.2014 / 13:17 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Salat tarifleri
loading...