Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pis vərdişlər həm ürəyə həm də beyinə təsir göstərir

İsveç mütəxəssislərinin rəyinə əsasən yaşlı nəslin sağlam həyat sürməsi bir statistikaya görə qadınlarda 5, kişilərdə isə 6 il ömrün uzanmasına şərait yaradır.
Fiziki aktivlik göstərən yaşlılar daha iki il artıq yaşamışlar. Onlar adətən üzgüçülük, səhər gimnastikası və aktiv gəzinti ilə məşğul olanlar olmuşdur. Beləliklə, sağlam həyat tərzi yaşayan insanlar daha 5,4 il artıq yaşamışlar. Maraqlısı burasındadır ki, bu aktivlik hətta 85 yaş üzərində olan və xroniki xəstəliklərdən əziyyət çəkənlərdə 4 ilə qədər artıq ömürlə nəticələnmişdir. Həyat həqiqətən gözəl və mənalı olduğundan həyat tərzinin vacib elementlərinə ciddi fikir vermək tələb olunur.
Məlumata görə aparılan araşdırmaların birində ürək xəstəlikləri riskini artıran pis vərdişlərin, 35 yaşı olan gənc insanlarda belə beyin funksiyalarına təsir etdiyi məlum olub.
Hollandiyalı tədqiqatçılar isə 35-82 yaşları arasında olan 3800 adamın yaddaş, planlaşdırma və ağıl icra bacarıqlarını araşdırdığı bildirilir. Həmçinin yüksək xolesterini olanların və siqaret alüdəçilərinin bütün yaş qruplarında daha pis performans göstərdiyi müşahidə edilib.
Stroke adlı tibb jurnalında dərc olunan araşdırmada isə Groningen Tibb Mərkəzi Universitetinin elm adamları bu mövzuda 35 yaşından etibarən insan beynində funksional baxımından zəifləmə ola biləcəyini deyiblər.
Məlumatda həmçinin risk faktorları baxımından bir sıra tədbirlər görüldüyü də qeyd olunur. Zəifləmə əlamətlərini daha erkən təsbitinin mümkün olub olmadığını anlamağa çalışan araşdırmaçıların, əhatəli bir test yolu ilə zehni bacarıqları qiymətləndirmə istiqamətində işlər gördüyü bildirilir. Ürək problemləri baxımından risk təşkil edən siqaret, yüksək xolesterin, yüksək təzyiq, diabet və həddindən artıq çəki kimi faktorları araşdıran qrup aparılan hər təcrübədən bir "risk profili" çıxarıb.
Ürək sağlamlığı baxımından ən yüksək risk qrupunda olanların hər yaşda, zehni bacarıq testlərində daha aşağı performans göstərdikləri, sadə risk qrupunda olanların isə 50% pis performans göstərdikləri deyilir.
Gündə siqaret çəkənlərin zehni bacarıq testində aldıqları balın siqaret çəkməyənlərdə ortalama 2,4, siqaret çəkənlərin isə 3,4 bal daha aşağı olduğu görülüb.
Araşdırma qrupunun başçısı Dr Hanneke Joosten, sözlərinə görə "Gənclər siqaretin ya da həddindən artıq çəkinin təsirinin illər sonra ortaya çıxacağını düşünür, amma bu doğru deyil. Bəzi insanlar ürək üçün risk təşkil edən ünsürlərin infarkt, böyrək çatışmazlığı kimi mənfi nəticələrin olduğunu bilir, amma bunun beyin sağlamlığına olan təsirinin fərqində deyil. Ürək üçün zərərli olan beyin üçün də zərərlidir. "
Alzheimer Dərnəyi araşdırma başçılarından olan Doug Brown isə araşdırmanın nəticələrinə baxaraq pis vərdişləri bir an əvvəl tərk etmənin və həyat tərzində planlaşdırılan dəyişikliklərin ləngimədən tətbiqinin əhəmiyyətindən danışıb.


Tarix: 08.01.2015 / 12:51 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Saglamliq
loading...