Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Danışma problemi olanların diqqətinə!

Məlumata görə danışma problemi olanlarda qavrama və öyrənmə qabiliyyəti də aşağı olur. Erkən yaşda fərq edilməyən və ya bilindiyi halda müalicəsinə laqeyd yanaşılan bu problem, uşağın həyatına bir çox istiqamətdə mənfi təsir göstərir.
Ən gec 3 yaşına qədər ciddi danışma problemləri olanlarda zamanla təkcə oxuma-öyrənmə vərdişlərində deyil, ictimai həyatlarında da müxtəlif problemlər olur.
Bu baxımdan Üsküdar Universitetinin Etiler Poliklinikasının mütəxəssisi Leyla Arslan bildirir ki, danışıq problemləri olanlarda nevroloji problemlərlə bərabər bəzi fizioloji problemləri də ola bilər.
Onun sözlərindən aydın olur ki, insan danışmağa doğuşdan meyillidir və buna görə kiçik yaşlarda bəzi üsullarla dil inkişafını düzəltmək olar (Məs: cəmiyyətin simvollarından istifadə edərək və s.).
Danışıqda kəkələməmək üçün ilk öncə sözün düzgün tələffüzü və çıxarılması, səslərin doğru qəbul edilməsi vacibdir.
Bu baxımdan inkişafın tam və vaxtında olması üçün uşağın əvvəl eşitmə problemləri həll edilməli, daha sonra zamanla şifahi diskusiyalar aparılmalıdır.


Tarix: 08.01.2015 / 12:19 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Saglamliq
loading...