Sakitləşdirici dərmanlardan istifadə edənlər mütləq həkim məsləhətinə fikir verməlidirlər. Bu dərmanlar səhv istifadə olunarsa əks təsirlər göstərməklə insanı komaya sala bilər. Xüsusi ilə uşaqlar və yaşlılar buna fikir verməlidirlər.
Uşaqlar yetkinlərə görə daha kiçik və yüngül olduqlarından kiçik dozalarda sakitləşdiricilər belə onlara təsir göstərir. Həmçinin yaşlı insanlarda həssaslıq olduğundan bu hal baş verə bilər.
Sakitləşdirici dərmanlar müəyyən olunmuş dozalarda istifadə olunmalıdır. Lazımi dəstək miqdarı da adamın əlamətlərindən asılıdır. Əgər adamın nəfəs almaqda çətinliyi yoxdursa o qədər problem olmur. Lakin nəfəs almada çətinlikləri olanlar dərmanların təsiri keçənə qədər bir tənəffüs cihazı istifadə edə bilər. Bir çox hallarda mədə ağrıları üçün aktiv kömür verilir. Bu su ilə da verilə bilər.
Lakin sakitləşdirici dərmanlardan uzun müddət qəbul edib sonra tərk etdikdə əllər əsməyə başlayır, nitqində əsəbilik hiss olunur, insanın yerişi və qaməti belə zəif görünməyə başlayır. Həblər insanın iş qabiliyyətinə də təsir göstərir. Orqanizm dərmanlara o qədər öyrəşə bilər ki, onları atdıqda insanın səhhətində ağırlaşmalar yaranır. İnsanın bədəni titrəməyə başlayır, hərarəti və arterial təzyiqi artır. Buda ürəyə pis təsir edir, əzələlərdə ağrılar baş qaldırır. "Diz, dirsək, çiyinlər ağrıyır. Bunlarla yanaşı qıcolmalar və nevrozlar ola bilər. Bunların olması üçün dərmanlardan düzgün istifadə etmək və həkim məsləhətindən kənara çıxmaq lazım deyil.
Digər müalicələr isə xüsusi vəziyyətlərə görə tətbiq olunur.
Tarix: 08.01.2015 / 12:06 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Saglamliq