Məlumata görə suda əriyən həblər natrium baxımından zəngin olduğundan az duz istifadə edənlərdə infarkt və iflic riskini artır.
İngiltərənin Dundee Universitetindən Jacob Corc və tədqiqat qrupu reseptsiz satılan suda əriyən dərmanların bir çoxunda biokarbonat olduğunu aşkar ediblər. Mütəmadi olaraq bu dərmanlardan və ya vitaminlərdən istifadə edənlərdə infarkt və iflic keçirmə riski 5 qat artıq olurmuş.
Tədqiqatda bu xəstələrin yüksək təzyiq riskinin 7 qat artdığı müşahidə olunub.
7 il boyunca çoxlu sayda xəstənin məlumatlarını araşdıran tədqiqatçılar, həmin dərman və vitaminlərdən çoxlu istifadə edənlərdə ölüm riskinin 28 % çox olduğunu bildiriblər.
Reseptsiz satılan bu dərmanlardan gündəlik istifadə etməyənlərdə həmin problemlərin az olduğu bildirilir.
Tədqiqatın nəticələri İngilis Tibb Jurnalında dərc olunub.
Tarix: 08.01.2015 / 12:05 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Saglamliq