Unutqanlığı dəf etmək, yaddaşı gücləndirmək üçün hər gün müəyyən nisbətdə kakao istifadə etmək olar.
ABŞ-lı mütəxəssislər bildiriblər ki, kakaodan əldə edilən flavanoil adlı maddə yaşlanma ilə bağlı ortaya çıxan yaddaş itkisinə təsirlidir.
Məlumata görə WASHINGTON – da aparılan bir tədqiqat kofeinli çayın da hafizəyə yaxşı təsir göstərdiyini sübut edib.
Bu mövzunu işıqlandırmaq istəyən Mike Yassa və təcrübə yoldaşları apardıqları tədqiqatları sadə şəkildə həyata keçiriblər.
Onlar təcrübədə iştirak edən 160 nəfəri 2 qrupda qruplaşdıraraq, 1-ci qrupa kofein həbləri, digər qrupa isə sadə dərman veriblər.
Daha sonra onların yaddaş və hafizə bacarıqları müşahidə edilib. Nəticədə kofein həbləri qəbul edən qrup daha hafizəli görünüb.
Mike Yassa kofein həbi qəbul edənlərin yaddaşlarının 10 və 12 faiz nisbətində gücləndiyini söyləyib.
ABŞ-da icra edilən araşdırmalarda "Yaşları 50 ilə 69 olan 37 sağlam xəstə üzərində 3 ay təcrübə də aparılıb.
Mütəxəssislərdən Dr. Adam M. Brickman bildirib ki, kafeində olan flavanol möhkəmlətməsi alan qrup daha müvəffəqiyyətli olur.
Araşdırma qrupunun veteran üzvü Nevrologiya Professoru. A. Small, yaddaş ilə əlaqədar etdiyi testlə bağlı bildirib ki, "İşin başında 60 yaşındakı insanların yaddaş xüsusiyyətlərini daşıyan iştirakçıların yaddaşları 3 ay sonunda 30-40 yaş yaddaşına çatıb. Yaddaşları isə 10-20 yaş gənçləşib.
Məlumatlarda oda bildirilir ki, kofein əsəbləri sakitləşdirməyə, baş ağrılarının şiddətini azaltmağa, zehni aclığa, kalori yandırmağa və cinsəl aktivliyə təsirlidir.
Harvard Universiteti Xalq Sağlamlığı hissəsində aparılan bir tədqiqat isə kofe içən qadınların, içməyənlərə nisbətdə daha az depressiv olduqlarını aşkarlayıb.
Belə ki, dərmanlarla bir araya gəldiyində kafein, yaranan baş ağrılarını yox edirmiş.
Kofeinin yaddaş üzərindəki faydaları "Nature Neuroscience" jurnalında dərc olunub.
Tarix: 21.01.2015 / 17:44 Müəllif: Aziza Baxılıb: 71 Bölmə: Qidalanma və Dieta