Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hiperaktiv olan uşaqların qidalanması

Konsentrasiya əksikliyi olan bəzi uşaqlar hiperaktiv olur.
Kids&Gourmet jurnalında dərc olunan məqalədə diqqət çatışmazlığı və hiperaktivliyin nevro-psixiatrik bir narahatlıq olduğu bildirilib.
Həmin uşaqlarda özünə xas qidalanma formaları olduğundan düzgün qidalanma prosedurları gözlənilməlidir.
Edilən tədqiqatlarda süni qida rəngləndiricilərinin və aromatların, konfet və dadlandırıcıların hiperaktiv uşaqlarda diqqət əksikliyinə, yaddaş problemlərinə səbəb olduğunu göstərib.
Türkiyəli psixoloq Dr. Emelin sözlərinə görə daha çox zülal ağırlıqlı qidalanmaya üstünlük vermək lazımdır.
Gün içində uşağın bu cür qidalanması diqqətsizlik və yaddaş probleminə təsir göstərir. Xüsusilə yumurta və pendir məhsulları təsirli hesab olunur.
Bundan əlavə fındıqdan hazırlanmış dadlandırıcılara, şirin süd və meyvə sularına fikir vermək lazımdır. Çünki, bu qidalar uşağın daha çox hərəkət etməsinə və gün içində enerjili olmasına səbəb olur.
Tərkibində yağ miqdarı çox olan qidalar müalicə zamanı istifadə edilən dərmanların sorulmasını gecikdirir. Beləcə dərmanların diqqət artırıcı təsirləri gözləniləndən uzun müddət sonra ortaya çıxır. Müalicə almaqda olan uşaqlarda gərginlik, əsəbilik, yuxusuzluq halları da olur. Bu təsirləri azaltmaq üçün isə uşağın qidalanmasında zülal miqdarını artırmaq məsləhət görülür. İstifadə edilən karbohidrat qaynaqlı tam taxıllı ya da kəpəkli olan qidalar qanda olan şəkər səviyyəsini qorumaqla yaddaşa da kömək edir. Marqarin, günəbaxan yağlarından hiperaktiv uşaqların qidalanmasında təklif edilmir. Bu yağların yerinə kərə yağı və ya zeytun yağı istifadə edilməlidir


Tarix: 21.01.2015 / 17:32 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Qidalanma və Dieta
loading...