Əliaga Məmmədqulu oglu İsgəndərov ( Əliaga Vahid)
http://img292.imageshack.us/im ... 5.jpg
Tam Adı
Əliağa Məmmədqulu oğlu İsgəndərov
Doğum Tarixi
1895
Doğum Yeri
Bakı
Ölüm Tarixi
1965
Ölüm Yeri
Bakı
Həyatı
Əliağa Məmmədqulu oğlu İsgəndərov (Əliağa Vahid)(1895, Bakı – 1.10.1965, Bakı) – Azərbaycan şairi. Azərbaycan əməkdar incəsənət xadimi (1943).
Mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı «Məcməüş-şüəra» ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, möhumatı, zülm və haqsızlığı ifşa etmişdir. «Tamahın nəticəsi» adlı ilk kitabı nəşr olunmuşdur.
Azərbaycanda Sovet hakimiyyətinin qələbəsini rəğbətlə qarşılayan Vahid İnqilabi təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şer: «Əsgər və fəhlə yoldaşlarıma», «Məktəb nə deməkdir», «Ucal, mələyim» və s. yazmış, «Kommunist» qəzetində, «Molla Nəsrəddin» jurnalında əməkdaşlıq etmişdir. «Kupletlər» (1924), «Mollaxana» (1938) kitablarındakı şerlərdə yeniliyə Mane olanlar, kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə («Döyüş qəzəlləri», 1943; «Qəzəllər», 1944 kitabları) Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və b.-nın qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir.
Ilya
06.02.2008, 19:52
Yaradıcılığı
***
Hər kim mənə tən eyləsə meyxanələr içrə,
Qan olsun onun badəsi peymanələr içrə.
Öz xəlqinə hər kim mey içib versə əziyyət,
Olsun yeri bayquş kimi viranələr içrə.
Mümkünsə fəsad əhli ilə həmqədəh olma,
Nöqsan yetirər şəninə biganələr içrə.
Cəhd eylə o kəslərlə çalış, badəni qaldır
İnsan kimi zövq artıra məstanələr içrə.
Pərvanə əgər şəmə yanır atəşi qəmlə
Mən də yanıram hər gecə pərvanələr içrə.
Bir zülfü siyah dilbərə çoxdandır əsirəm,
Məhşuram o gündən bəri divanələr içrə.
Vahid biləcək qədrini sərraf əgər olsa,
Saxlar bu gözəl şerini dürdanələr içrə.
Gözəldir
Hər aşiqə öz istədiyi yarı gözəldir,
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.
İlqarı gözəl olmayanı istəməz aşiq,
Can ver elə cananə ki ilqarı gözəldir.
Mən bir uca boylu gözəlin zülfünə bəndəm
Rüxsarı gözəl, şivəsi, rəftarı gözəldir.
Yüzlərlə gözəl başqa vilayətdə də çoxdur,
Amma bizim ölkə bütün - elcari gözəldir.
Yar olsa mənimlə mənə biganə nə eylər?
Uçmaz elə bir xanə ki memarı gözəldir.
Mən istədiyimçün o gülü qeyri də sevdi
Qiymətli o şeydir ki xiridarı gözəldir.
Vahid, mənə insaf elə, sima ilə baxma,
Əhsən elə bir şairə əşarı gözəldir.
Tələsmə
Səbr eylə könül, möhnəti hicranə tələsmə,
Dərd əhli yetər səbrlə dərmanə, tələsmə.
Kam almayacaq ayrılığa bais olanlar,
Aşiq yetəcək sevgili cananə tələsmə.
Pərvanə əgər yansa da şəmin sitəmindən,
Şəmin də yaxar ömrünü pərvanə tələsmə.
Zahid çalışır yıxmağa meyxanə binasın,
Məscid qalacaq, əksinə, viranə, tələsmə .
Gül zövqünü çəkmək əbədi xarə də qalmaz,
Bülbül gələr əlbətdə gülüstanə tələsmə.
Gündən-günə artır bu gözəl huriliqalar
Dünya dönəcək cənnəti rizvanə tələsmə.
Vahid içəcəksən demə ki tövbələr olsun,
Cəlb eyləyər axır səni meyxanə tələsmə.
Bəs nə deyim?
Mən o şuxə güli-rəna deməyim, bəs nə deyim?
Aşiqə bülbülü-şeyda deməyim, bəs nə deyim?
Min gözəl görsə gözüm, bir kərə doymaz könlüm,
Bu kiçik qətrəyə dərya deməyim, bəs nə deyim?
Mən əgər eşqidə Məcnun deyiləm bəs nəçiyəm?
Sevdiyim dilbərə Leyla deməyim, bəs nə deyim?
Çırpınır quş kimi hər zülfünü gördükcə könül,
Mən bu divanəyə rüsva deməyim, bəs nə deyim?
Gözlərin həsrətini çəkməyən aşiq yoxdur,
Sənə mən afəti-dünya deməyim, bəs nə deyim?
Bu şirinlik, bu lətafət ki, sənin var gözəlim!
Sənə güldən də mən əla deməyim, bəs nə deyim?
Eşqidən bir bu qədər söyləmək olmaz Vahid,
Mən bu məcnunluğa sevda deməyim, bəs nə deyim?
................
Yanında dilberimin etibarım olmasa da
Yene qemin çekerem,qemküsarım olmasa da
Bedende yarı canım galmayıp,gedir yarım
Gerek dözem qem-i hicrane,yarım olmasa da
Günüm ki,tar olup o zülf elinden,ey tari
Terennüm eyle seni tari,tarım olmasa da
Üzü xeyali besimdir behişt-i kuyinde
Yüz il xeyalima gelmez baharın olmasa da
Lebinle mest gözün her düşende xatirime
Şerabe reğbetim artıp,xumarım olmasa da
Menim bir ahım ile şemler yanır geceler
Toxunma,şuley-i eşqem,şerarım olmasa da
Kemend-i zülfinle,Vahid,özüm şikar oldum
Menim o ahu bakışlı şikarım olmasa da
Ilya
06.02.2008, 20:02
Yaradıcılığı
Her asiqin ki,sen kimin bir nazlı yari var
Fexr eylese bu aleme lap ihtiyari var
Her dem görende gül üzüvü shad olur könül
Güya çemende bülbülün ol lalezarı var
Sermest gözlerin gören asiq xeyal eder
Gülzar içinde nergise xumarı var
Çok baxma naz ile mene onsuz da dertliyem
Goy özge şüphelenmesin heç intizari var
Her asiqin ki könlünü canan esir edip
Vahid kimi ne xoş günü ne rüzigari var
........................
Dil vermeseydim ol senem-i mehligaye men
Asude yerde düşmez idim min belaye men
Her şeb sitare tek tökerem esq dideden
Ta subh olunca bildirem halim ol aye men
Şayet ölem o mahruxun xaki rahini
Düştüm ayaklar altına manend-i saye men
Uydum kemend-i zülfüne bir ahu gözlünün
Saldım belali başımı yüzmin xetaye men
Sensiz günüm gararsın,eger gaşların görüp
Baxsam felekte gerdiş eden taze aye men
Biçare könlümü geri alsaydim,ölmerem
Zülfünü görende vermişem ol dilrubaya men
Mehparelerden axırı çektiğim çekmişem
Vahid inanmaram dexi her bivefaya men
...........................
Goyma gözelim kuyine eğyar dolansın
İnsaf mı gülzarı gelip xar dolansın?
Razı değilem özge ola merhem-i veslin
Gülzar-ı behiştin niye küffar dolansın?
Könlüm guşu daim dolanır şövg-i ruhunla
Elbette gerek kabe'ni zevvar dolansın
İkrah eleme gametine zülf dolaşsa
Serv üstüne bu resmdi şahmar dolansın
Rehm et günümü eyleme zülfün kimi gare
Goyma üzüne türrey-i terrar dolansın
Saldı meni peyveste gaşın fikrine zalim
Daim bele goy çerx-i cefakar dolansın
Mehmur gözün fikri edip alemi bixuş
Vahid nece bu zövk ile xuşyar dolansın
.........................
Akşamlar
Düşende türrey-i dilber xeyale axsamlar
Mehebbet ehli düşer min melale axsamlar
Şikeste bülbüle benzer bele ceken asiq
Gülünden ötrü eder ahu nale axsamlar
Günüzler asiqe ten etme ki gülüp danışır
Salar feragın onu gör ne hale axsamlar
Düşende zülfün üze,gaşların xeyale gelir
Batanda gün,bakar alem hilale axsamlar
Serabı yarsız içsen biraz da qem getirer
Gül üzlü yar ile ol hem piyale axsamlar
Bir özge lezzeti var asig ile mesuge
Reqipsiz yeteler ger vusale axsamlar
Müyesser olmasa gündüz sene şerap icmek
Unutma Vahid onu lamehale axsamlar
.........................
Sevgilim,bülbüle,olsaydi gülün imdadı
Bülbülün alemi ağlatmaz idi feryadı
Eşq sevdasına layigli degil her asiq
Derdü qem cekmeye ger olmasa istidadı
Gopsa yüzlerce bela qelbine tesir etmez
Her kimin esq ile möhkem gurulup bünyadı
Gör nece hüsnde meğrur idi Şirin özüne
Dağ daşı çapmaya mecbur eledi Ferhadı
Hanı reyhmetlik o Mecnun gedip dünyadan
Bizik indi o belalar çekenin övladı
Hüsn-i Leyla'nın da Mecnun özü örgetti bize
Ehl-i eşqin odur alem de böyük üstadı
Meni,Vahid,bu qeder sevgilim incitmez idi
Yere girsin görüm ey kaş qeribin adı
.........................
Senin gözelliyin ey gül bütün melahetdir
Bu hüsn sende iken en böyük seadettir
Reqibe gözlerinin mail olduğun bilirem
Men arifem bir işare mene kifayetdir
Gaşın,gözün,yerişin,kirpiğin,iki zülfün
Ne fitnedir bu yığıpsan,meger giyametdir?
Heyf ki gıymetini bilmedin,yanır üreyim
Gözel ki bilmedi öz gıymetin cinayetdir
Deyim ki gülme,danışma,reqibe naz etme
Nece deyim gözelim sende gülmek adetdir
Ne eyibi var,yene öz asiqinle gülsen eger
Gülürsen özgeler ile bu ki xeyanettir
Şikayet eyleme Vahid,hemişe sükr eyle
Dayanmışık helelik,can ki var,selametdir
........................
Deme Mecuna deli,belke de Leyla delidir
Eşq olan yerde bütün agilü dana,delidir
Saldı Yusuf kimi öz sevgilisin zindane
Goydu rüsvaligi alemde Züleyxa, delidir
Eşq zincirinin iftadesi bir men degilem
Heves-i silsileyi eşq ile dünya delidir
Sarılır çiğnine gah boynuna gah gametine
Ejdahalar kimi ol zülfü çelipa delidir.
Bir vefasız gül üçün nalesi dünyanı tutur
Aşigin qelbi kimi bülbülü şeyda delidir
Birce şirin ile ferhada mezemmet yoktur
Vadiyi eşqde Varmiq deli Ezra delidir
El götürmez bu gara gözlülerin zülfünden
Her yeten zenneyleme Vahidi güya delidir
.............................
Tarix: 19.11.2013 / 03:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 990 Bölmə: Qezeller