Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlməzli

Tarixi
İlməzli İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənddir. Rayon mərkəzindən 7-8 km şimal-qərbdə yerləşir. Kalinino rayonu yaradılanadək Cəliloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur.

Toponim türk dilində tayfa mənasında işlənən il//el sözü ilə qədim türk dilində "təpə" mənasında işlənən mar sözünün fonetik forması olan maz sözündən əmələ gəlmişdir. Azərbaycan dilində r~z səs əvəzlənməsinin (yor~ yoz, yar~yaz, gör~göz) qanunauyğun fonetik hadisə olduğunu nəzərə alıb qeyd etmək olar ki, maz, mar sözünün fonetik formasıdır. Mürəkkəb quruluşlu toponimdir.

Mədəniyyəti
İlməzl kəndi Dağ Borçalının elmə, təsilə ən çox maraq göstərən kəndlərindən biri idi. Belə ki, İlməzli orta məktəbi o dövr üçün demək olar ki, Kalinino və Dmanisi rayonlarında yeganə orta məktəb idi. Bundan başqa İlməzli orta məktəbinin nəzdində internat da fəaliyyət göstərirdi ki, bu da kənar kəndlərdən gələn şagirdlər üçün nəzərdə tutulurdu.İlməzli orta məktəbində dövrünün çox savadlı müəllim kollektivi var idi.

Əhalisi
Kənddə 1831-ci ildə 75 nəfər, 1886-cı ildə 212 nəfər, 1897-ci ildə 301 nəfər, 1908-ci ildə 195 nəfər, 1914-cü ildə 188 nəfər, 1916-cı ildə 479 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz yerlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 431 nəfər, 1926-cı ildə 462 nəfər, 1931-ci ildə 565 nəfər, 1987-ci ildə 3126 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə ilməzlilər Ermənistan dövləti tərəfindən siyasi genosidə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya edilmişlər. İndi burada ermənilər yaşayır..

Tanınmışları
Hafiz Hacxalıl (Hafiz Ziyatxan oğlu Təmirov; 1981) — şair


Tarix: 07.02.2015 / 13:25 Müəllif: Feriska Baxılıb: 106 Bölmə: Qərbi Azərbaycan
loading...