Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dağıstan Yusifov

Həyatı
Yusifov Dağıstan Eynal oğlu 1942-сi ildə anadan olmuş, 1959-cu ildə Qafan rayon Gığı orta məktəbi bitirmiş. 1960-cı ildə Qafan şəhərində Dağ mədən texnikomuna qəbul olmuş, 1962-сi ildə həmin texnikomu bitirərək həmin şəhərdə Dağ mədən axtarış idarəsində texnik mühəndis vəzifəsində çalışmışdır.

1964-1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin «GeolojiCoğrafiya fakültəsinin» coğrafiya müəllimi, coğrafiyaşünas ixtisası üzrə təhsil almışdır Kənd təsərrüfatı elmləri namizədi Dağıstan Eynal oğlu Yusifov 1970-ci ildən AEAda işləyir.

O, 1983-cü ildən AEAnın Rəyasət Heyətinin qərarı əsasən Torpaqşünaslıq və aqrokimya İnstitutundan AEAnın nəzdində yaradılmış “Məhsuldar qüvvələr və təbii sərvəti öyrənən komissiyaya keçirildi.

1989-cu ildə həmin komissiyada yaradılmış torpaq və bitkiçilik şöbəsinə şöbə müdiri seçilib.

2003-cü ildən həmin komissiya bağlandıqdan sonra AMEAnın Rəyasət Heyətinin qərarı əsasında İqtisadiyyat İnstitutunda a.e.i. vəzifəsində çalışır. 41il müddət ərzində 131 məqalə və tezisləri, 10 monoqrafiya, 4 metodik vəsait çap edərək ölkə iqtisadiyyatının regionlarda düzgün və səmərəli istifadəsində yaxından köməklik edir.

D.Yusifov Respublikanın aktual problemləri barədə müntəzəm olaraq dövrü mətbuatda, həmçinin beynəlxalq elmi konfranslarda çıxış edir. Şöbədə müzakirə olunan Dissertasiya işini oxuyub, öz elmi fikirlərini tövsiyə edir.


Tarix: 06.02.2015 / 16:59 Müəllif: Feriska Baxılıb: 50 Bölmə: Qərbi Azərbaycan
loading...