Həyatı
Elçin Süleymanov 1973-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalı Şişqaya kəndində anadan olub. 1996-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi xətti ilə Türkiyə Respublikasının Dokuz Eylül Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsi Maliyyə ixtisasında bakalavr təhsilini başa vurmuşdur. 1996-2000-ci illərdə Bakı Özəl Türk Liseyi iqtisadiyyat filialında ixtisas fənnləri müəllimi və müdir müavini işləmişdir. 2000-ci ildə professor Rəhim Rəhimovun rəhbərliyi ilə "Müəsisələrin böhran zamanı idarəetmə mexanizmi" mövzusunda magistr dissertasiyasını müdafiə edərək, Azərbaycan Respublikası Nazirlər Kabineti Nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun, Biznesin Təşkili və İdarə olunması ixtisası üzrə magistr dərəcəsi almışdır. 2000-ci ildən Qafqaz Universitetində İqtisadiyyat və İdarəetmə fakültəsi, Maliyyə bölməsində baş müəllim olaraq işləyir. Müxtəlif illərdə Universitet Mədəniyyət şöbəsinin müdiri, İctimai İşlər İdarəsində müdir müavini, Tələbə Dərnəkləri koordinatoru olaraq fəaliyyət göstərmişdir. Hazırda Qafqaz Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi, Maliyyə kafedrasının müdiri, eyni zamanda 2005-ci ildən "Journal of Qafqaz University"nin nəşr redaktorudur. Qurucularından olduğu Azərbaycanın ilk virtual fikir qəzeti olan "Gündəlik", Azərbaycan Dövlət İqtisad Universitetinin nəşr etdiyi "İqtisad" və Azərbaycan İqtisadçılar Birliyinin nəşr etdiyi "İqtisadiyyat" qəzetlərində dərc olunan iyirmidən çox elmi məqalənin müəllifidir. Qafqaz Universitetinin 15 illik yubuleyi münasibəti ilə gənc tədqiqatçılar və tələbələr arası "Azərbaycan-Türkiyə münasibətlərinin elmi, siyasi, mədəni və iqtisadi istiqamətləri, bugünkü vəziyyət və perspektivlər" elmi məqalə müsabiqəsinin koordinatoru və tezislər kitabının redaktorudur. Türkiyə Respublikasının Fatih Universitetinin İqtisadiyyat Fakültetinin Dekan müavini Doç.Dr Osman Nuri Arasla birlikdə "Azərbaycan İqtisadiyyatı" Şərq-Qərb nəşriyyatı-2010, Qafqaz Universitetinin prorektoru Prof.Dr.Cihan Bulutla ortaq "Dövlət Maliyyəsi" Qafqaz Universiteti Nəşrləri 2011, 2013 və hər iki müəlliflə birgə türk dilində "Bağımsızlık Sonrası Azerbaycan Ekonomisinin 15 yılı" Baku 2007 kitablarının həmmüəllifidir.Eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Ali məktəblər üçün nəşr hüququ(qrıfli nəşr) verilən bir dərs vəsaitinin və dörd fənn proqramının həmmüəllifidir. Müxtəlif beynəlxalq elmi jurnallarda və xarici ölkələrdə keçirilən beynəlxalq konfransların nəşrlərində altmışdan çox elmi məqalə və tezisləri çap edilmişdir. Dünyanın 130 ölkəsinin müxtəlif universitetlərin tədqiqatçılarının daxil olduğu beynəlxalq indexcopernicus şəbəkəsinin, Nyu York Elmlər Akademiyasının, World Economics Associationunun, SSRN-nin və World Academy of Science, Engineering and Technology-nin uzvüdür. Altmışdan çox məqaləsi bu şəbəkələrə daxil edilmişdir. Social and Human Sciences, World Academy of Science, Engineering and Technology və World Research Journal of Financial Economics and Stochastics Scientific Committee və Editorial Review Board üzvüdür. Harvard University, Korea University, Chicago Booth, European Corporate Governance Institute və Stanford Law School tərəfindən qurulan və dünyanın ən məşhur tədqiqat mərkəzi olan SSRN reytinqinə görə ictimai elmlər üzrə tədqiqatçılar arasında "Top 30 000 tədqiqatçı" içində ilk yüzlükdə qərarlaşıb. Bu mərkəzin elmi bazasında yer alan əllidən çox elmi məqaləsi yüklənmə əmsalına görə 300 min tədqiqatçi arasında ilk yüzlükdə yer almasına kömək etmişdir. Bu göstəricilərə görə müxtəlif xarici ölkələrdə keçirilən iyirmidən çox beynəlxalq konfransa xüsusi dəvətli mühazirəçi olaraq dəvət edilmiş və eyni zamanda beynəlxalq elmi jurnalların ekspert heyətinə daxil edilmişdir.Həmmuəllifi oldugu 8 məqalə iqtisadiyyat uzrə dunyanın məşhur bazalarından olan EconPaper, RePEc ve University Library of Munich, Germany MPRA Paper bazalarına daxil edilmişdir.Bu bazaların və Rusyanin socionet.ru bazasının reytinqinə görə də ilk sıralarda yer alır...Elçin Süleymanov həmçinin yüzə yaxın elmi nəşrlərinin yer aldığı dünyanın məşhur elmi tədqiqat paylaşım portallarından olan Academia.edu şəbəkəsində tədqiqatlarından ən çox istifadə edilən müəlliflərdən biridir . Azərbaycan və xarici ölkələrdə bir çox təlim və seminarlarda iştirak etmişdir. TQDK maliyyə magistratura ixtisası üzrə ekspert olmuşdur. Azərbaycan Respublikası Milli Məclisi və Qafqaz Universitetinin birgə təşkil etdiyi bələdiyyə sədrlərinə "Yerli Özünidarətmə" seminarında və Dünya Bankının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi Tədris mərkəzi və NEXİA international şirkətinin birgə təşkil etdiyi "Büdcə Təşkilatları Maliyyə Xidmət Rəhbərlərinə "Vergi və Biznes Huququ təlimi" layihəsi çərçivəsində iyirmi müxtəlif nazirlikləri təmsil edən grupa 18 həftə əsas təlimçi olmuş və 300 dən artıq dövlət məmuru həftəlik 20 saatlıq bu təlimdə iştirak etmişdir. İngilis, türk, rus, alman dillərini bilir.
Ailəsi
Süleymanov Bəhman İsa oğlu Elçinin atasıdır.
Kitabları
Prof.Dr. Cihan Bulutla birlikdə, "Dövlət Maliyyəsi", Bakı/ Azərbaycan, səhifə/səhifə aralığı: 332, Qafqaz Universiteti nəşrləri No 46 - Noyabr 2013.Yenilənmiş 2.nəşr
Doç.Dr. Cihan Bulutla birlikdə, "Dövlət Maliyyəsi", Bakı/ Azərbaycan, səhifə/səhifə aralığı: 324, Qafqaz Universiteti nəşrləri No 46 - Fev 2011. url:
Doç.Dr Osman Nuri Aras, Elçin Süleymanov, "Azərbaycan İqtisadiyyatı", Bakı/ Azərbaycan, səhifə/səhifə aralığı: 316, Şərq-Qərb - Dek 2010. url:
Heyət, "Qarabağ-bildiklərimiz və bilmədiklərimiz", Bakı/ Azərbaycan, səhifə/səhifə aralığı: 127-151, Qafqaz Universiteti Beynəlxalq Münaqişələrin araşdırma Mərkəzi - İyn 2010.
Doç Dr Osman Nurı Aras, Doç Dr Cıhan Bulut, Elçin Suleymanov, "Bağımsızlık Sonrası Azerbaycan Ekonomisinin15 ili", Bakı/ Azərbaycan, səhifə/səhifə aralığı: 225, pdf - Okt 2006. url:
Yarışmanın kordinatoru və kitabın redaktoru, "Azərbaycan-Türkiyə Münasibətlərinin Elmi, mədəni, siyasi və iqtisadi vəziyyəti, mövcud durum və perspektivlər", Bakı/ Azərbaycan, səhifə/səhifə aralığı: 234, Qafqaz Universiteti - Noy 2003. url: [book_view=98 ]
Tarix: 05.02.2015 / 17:18 Müəllif: Feriska Baxılıb: 215 Bölmə: Qərbi Azərbaycan