Tarixi
İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd.
Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə türk mənşəli ağbaş etnonimi əsasında əmələ gəlmişdir.
Erm.SSR AS RH-nin 01.12.1949-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Abovyan qoyulmuşdur.
Ermənilər 1828-1829-cu illərdə Xoydan və Salmastdan köçüb burada məskunlaşmış, XX əsrin 40-cı illərində azərbaycanlıları bütünlüklə kənddən sıxışdırıb çıxarmışlar.
Coğrafiyası və iqlimi
İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 18 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Əhalisi
Kənddə 1873-cü ildə 91 nəfər, 1886-cı ildə 89 nəfər, 1897-ci ildə 183 nəfər, 1904-cü ildə 132 nəfər, 1914-cü ildə 172 nəfər, 1916-cı ildə 200 nəfər azərbaycanlı yaşamışdır.
1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunaraq xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti quralandan sonra sağ qalan azərbaycanlılar kəndə dönə bilmişdir.
Burada ermənilərlə yanaşı, 1922-ci ildə 113 nəfər, 1926-cı ildə 117 nəfər, 1931-ci ildə 89 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə 1948-1949-cu illərdə azərbaycanlılar deportasiya olunaraq Azərbaycana köçürülmüşdür. İndi burada ermənilər yaşayır.
Tarix: 06.02.2015 / 19:10 Müəllif: Feriska Baxılıb: 28 Bölmə: Qərbi Azərbaycan