Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Firudin Ağayev (neftçi)

Firudin Ağayev (d.19.02.1898 - v.19.02.1958) — Sosialist Əməyi Qəhrəmanı (1943).

Həyatı
1898-ci ildə anadan olan Firudin hələ 13 yaşında Bakının neft mədənlərində işləməyə başlayır.

1922-ci ildə o, ixtisasını dəyişərək Depo qazanxanasına işə düzəlir. Gərgin zəhməti və əməksevərliyi nəticəsində tezliklə maşinist köməkçisi vəzifəsinə yüksəlir. Böyük Vətən müharibəsi başlayarkən isə F.Ağayev artıq xətlərə yeni buraxılmış sürətli, paravozları idarə edirdi. O, öz sahəsi üzrə yeni olan hər şeyi dərhal mənimsəyir və tətbiq edirdi.

1943-cü ilin ağrılı-acılı günlərində o, həmkarı Vedernikov ilə birgə paravozların təmir edilməsi üçün xüsusi cədvəl tərtib etmişdi. Həmin illər Bakı Deposunda "Ağayevin qrafiki" ifadəsi deyimi çox məşhur idi.

Nümunəvi işinə görə, Firudin Ağayev 1934-cü ildə "Stalin zərbəçisi" nişanına, 1942-ci ildə Lenin ordeninə layiq görülmüşdü.

1943-cü ilin noyabr ayında isə F.Ağayev Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görüldü.


Tarix: 06.02.2015 / 17:03 Müəllif: Feriska Baxılıb: 65 Bölmə: Qərbi Azərbaycan
loading...