Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşıq Musa Ağkilsəli

Həyatı
Aşıq Musa Aşıq Ələsgərin qardaşı Məşədi Salehin kiçik oğludur.

O, 1909-cu ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Gənc yaşlarından aşıq sənətinə maraq göstərən Musa Ələsgər ocağının yetirmələrindən biri olmuşdur.

Bir çoxları, o cümlədən Aşıq Hüseyn Cavan saz sənətinin incəliklərini Aşıq Musadan öyrənmişdir.

Aşıq Musa saz havalarının ən mahir ifaçılarından biri olmusdur. Təəssüf ki, onun ifa etdiyi saz havalarından bircə nümunə vala və ya lentə yazılmamışdır.

Aşıq Musa 1948-ci ildə avtomobil qəzası zamanı həlak olmuşdur.

Qəbri Ağkilsə kəndinin şərqindəki qəbrstanlıqdadır.


Tarix: 05.02.2015 / 16:52 Müəllif: Feriska Baxılıb: 31 Bölmə: Qərbi Azərbaycan
loading...