Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Niyazi Hacıyev

Həyatı
1964-cu ildə iyulun 15-də Ermənistan SSR-nin Sisiyan rayonunun Vaqudi kəndində anadan olmuşdur.

1981-ci ildə Vaqudi kənd orta məktəbini bitirmişdir.

1993-cu ildə Tallin Texniki Universitetində ali təhsil almışdır.

1988-ci ildə Estoniya Azərbaycan İcmasının (“Ocaq” Cəmiyyətinin) sədri secilmişdir.

1994-cu ildən “Turan-N” şirkətinin sahibidir.

1995-ci ildə Eston İslam İcmalarının (Tatar, Azərbaycan, Ozbək, Qazax İcmaları daxildir) sədrinin birinci muavini secilmişdir.

1996-cı ildə Estoniya Respublikası Prezidenti yanında İnsan Huquqlarının Qorunması İnstitutuna uzv secilmişdir.

2000-ci ildə Estoniya Azərbaycan İcmasının fəxri sədri secilmişdir.

2001-ci ildə Estoniya Demokratlar Partiyasının İdarə Heyətinə üzv, həmcinin, Estoniya turkdilli (Azərbaycan) məktəbinin Şurasına sədr secilmişdir.

2001-ci ildə isə 9-10 noyabr tarixində kecirilən Dunya azərbaycanlılarının I qurultayında Əlaqələndirmə Şurasına uzv, 2002-ci ildə isə Estoniya Respublikası Prezidenti yanında Milli Azlıqlar uzrə “Dəyirmi masa”ya uzv secilmişdir.

2004-cu ildən Estoniya “Aydan” Mədəniyyət Mərkəzinin sədridir. Tallin “Bakılı” klubunun həmsədrlərindən biridir.

2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun mohkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.


Tarix: 06.02.2015 / 17:13 Müəllif: Feriska Baxılıb: 97 Bölmə: Qərbi Azərbaycan
loading...