Tarixi
27 noyabr 1988-ci ildə Kirovakan şəhərində at oynadan daşnak terror qrupu Vartana kəndinə soxulmuşdur. Daşnak Qazanstyan Samvelin terror qrupu Bayramov Qaranı (evindən çıxmadığına görə) vəhşicəsinə qətlə yetirmişlər. Lyova və Lendrum Xaçaturyan qardaşları Hüseynova Leylini əzabla qətlə yetirirlər. Vanesyan Samvelin terror qrupu İsgəndərov Mehralını, arvadı Xanımı və 17 yaşlı Alimi öldürülməzdən əvvəl Xanımı soyunduraraq ərinin gözləri qarşısında lüt-üryan rəqs etməyə məcbur etmişlər. Bundan sonra hər üçünü parça-parça doğramışlar. Qriqori Çavuşyanla Hamlet Qasparyanın terror qrupu 1924-cü il təvəllüdlü Əliyev Abdullanı öldürmüşlər. Evlərini tərk etmədiklərinə görə Məmmədov Süleyman Yosmedyan Surenin, Alıyev Əhmədi isə Vazgenin terror qrupu qətlə yetirmişdir. Terrorçu Zehranyan Suren Əliyeva Fatmanı «Niva» markalı minik maşınının təkərləri altına salıb əzmişdir. Beləliklə, kənd əhalisini ölümlə təhdit edərək doğma ev-eşiyini tərk etməyə məcbur etmişlər.
Əhalisi
Vartana – 1918-ci il. 120 nəfər yandırılıb öldürülmüşdür. 1988-ci ildə yenə bu kənddə 16 nəfər yandırılıb məhv edilmişdir.
Tarix: 06.02.2015 / 19:07 Müəllif: Feriska Baxılıb: 137 Bölmə: Qərbi Azərbaycan