Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Güllübulaq

Tarixi
Güllübulaq kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci ildən sonra Güllübulaq kəndidə dağıdılmışdır və erməniləşdirilmişdir. Hazırda Ermənistanda mövcud olan kənddir.

Güllübulaq - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. 1937-ci ilə qədər Ağbaba rayonunun tabeliyində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir.

Toponim «güllü, çiçəkli» mənasında işlənən güllü sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlib «güllü, çiçəkli bulaq yanında olan kənd» anlamını bildirir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə hərfən tərcümə edilərək Vardaxbyur (Güllübulaq) qoyulmuşdur.

Kənd Türkiyənin Qızıldaş kəndi ilə sərhəddə yerləşirdi. Güllübulaqda Koroğlu mağarası, Nigar dərəsi, Nəbi çayırı, və s. xalq qəhrəmanlarının adları ilə bağlı toponimlər var idi. Kəndəki tayfa adları da sırf türk mənşəli idi.

Mədəniyyəti
Kənddə hər cür şəraiti olan mədəniyyət evi, muasir və 3 mərtəbəli məktəbi, 10-qa yaxın müxtəlif mağazalar, iaşəobyektləri, kitabxana, texnikipeşə məktəbi, xalçaçılıq ssexi, yeməkxana və s. kimi obyektlər var idi.

Bu kəndin əhalisinin hamısı Azərbaycanlılardan ibarət olmuşdur.Maraqlıdır ki kənd olmasına baxmayaraq bu kənddən hətta Gəncə, Daşkəsən, Gümrü və s. bu kimi bölgələrə birbaşa avtobus marşrutları fəaliyyət göstərirdi.

Kənddə məscid, pirlər, ziyarətgahlar dda mövcud olması bburada yaşayan Azərbaycanlıların İslam dininə etiqad etdiyinə sübutdur.

Əhalinin özünəməxsus folkloru, adətləri vardı. Bu kəndin folkloru nanay adlanan nümunəsin ilə fərqlənir. Nanayların özünəməxsus xususiyyəti onda idi ki, bu nümunələrin xüsusi oxunma tərzi vardır.

Təhsil
Amasiya kəndləri arasında ilk və ən böyük məktəb məhz Güllübulaq kəndində tikilib. Ötən əsrin əvvəllərində isə bu kənddə ibtidai rus-tatar məktəbi fəaliyyət göstərib. Kənd əhalisinin çoxu bir müddət rus dilində təhsil alıb. Güllübulaq əməkdar və baş müəllimlərinin, orta məktəbi qızıl medalla bitirənlərin sayına görə də öndə gedən kəndlərdən olub. Rayon Partiya Komitəsində, Xalq Deputatları Sovetində, müxtəlif partiya və sovet orqanlarında yürsək vəzifələrdə çalışanlar, 1920-1930-cu illərdə Zaqafqaziyada yeganə olaraq Gümrüdə olan Sənaye Texnikumunu bitirənlər arasında Güllübulağın yetirmələri üstünlük təşkil edib. Kənddə yüksək təhsil almış 31 kərbəlayi, 17 məşədi, 10-dan çox hacı və axund olub. 1987-ci ilin hesablamalarına görə kənd əhalisinin sayı 3147 nəfər təşkil edib.

Əhalisi
Güllübulaq kəndi ən böyük kəndlərdən biri olmuşdur. Kənddə ancaq türklər yaşamış, 1886-cı ildə 673 nəfər, 1914-cü ildə 1.137 nəfər azərbaycanlı olmuşdur. 1918-1920-ci illərdə isə erməni təcavüzü nəticəsində kənd dağıdılmış, əhalinin bir hissəsi qətlə yetirilmiş, qalan hissəsi isə Türkiyə ərazisində məskunlaşmışdır. 1988-ci ilə qədər kənddə 570-dən çox ailə var polmuşdur. Əhalisi 2875 nəfərdən artıq idi. Güllübulağın tarixi keşməkeşli olsa da, burada ziyalılar ordusu yetişmişdir.

Şəxsiyyətləri
Abel Məhərrəmov — BDU-nun rektoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimyaçı alim. BDU-nun üzvi kimya kafedrasının müdiri
Nazim Mustafa - Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı, Tarix üzrə Fəlsəfə Elmləri Doktoru
Qasım Mustafayev - fizika-riyaziyyat elmləri namizədi.
Qəmbər Namazov — Fizika-riyaziyyat elmləri namizədi, professor
Malik Namazov — Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun Sistemli analizin riyazi məsələləri şöbəsinin kiçik elmi işçisi
Zeynal Məmmədli — tanınmış media eksperti
Vüqar Hüseynov (II) - “Azəri-Press” İnformasiya Agentliyində baş redaktor
Kazim Ibrahimov-Böyǜk Veten Mǜharibesĭ arxa cebhe veterani


Tarix: 06.02.2015 / 18:30 Müəllif: Feriska Baxılıb: 281 Bölmə: Qərbi Azərbaycan
loading...