Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mübariz Elyazov

Mübariz Elyazov - Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü.

Həyatı
Elyazov Mübariz Elyaz oğlu 1967-ci ildə Göyçə mahalının Vardenis rayonunda anadan olmuşdur. 1984-cü ildə Moskva şəhərində 84 saylı texniki-peşə məktəbinə daxil olmuş, 1985-ci ildə həmin məktəbi elektrik ixtisası üzrə bitirmişdir.

1988-1993-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Rusiya Federasiyasının Çita vilayətinin Ədliyyə idarəsində aparıcı mütəxəssis vəzifəsində çalışmışdır.

1995-1999-cu illərdə Çita vilayət prokurorluğunda prokuror köməkçisi və müstəntiq vəzifələrində çalışmışdır. 1999-cu ildən etibarən "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin hüquqşünası və Asiya Universitetinin Jurnalistika fakültəsində "Jurnalistika və hüquq" tədris proqramı üzrə seminarlar aparmışdır.

2002-ci ildə Azərbaycan Respublikasının Münsiflər Məhkəməsinin sədr müavini seçilmişdir.

2003-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yenidən Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.

Evlidir. Üç övladı var.


Tarix: 05.02.2015 / 17:45 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Qərbi Azərbaycan
loading...