Tarixi
İrəvаn qubеrniyаsının Nоvоbаyаzid qəzаsındа kənd.
1919-cu ildə kəndin əhаlisi еrməni dаşnаklаrı tərəfindən qоvulmuş və 1922-ci ildə kənd əhаlisinin bir qismi gеri qаyıtmışlаr.
Kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 5 km məsаfədə yеrləşir. Sarıyaqubun adı 19 аprеl 1991-ci ildən Çaxkadzor qoyulmuşdur.
Mədəniyyəti
Sarıyaqub - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-şərqdə, Məzrə çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində (348, s.221) qeyd edilmişdir.
Kənddə 1873 - cü ildə 294 nəfər, 1886-cı ildə 416 nəfər, 1897-ci ildə 436 nəfər, 1908-ci ildə 385 nəfər, 1914 - cü ildə 675 nəfər, 1916-cı ildə 651 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). 1919 - cu ilin aprelin 13-20-də azərbaycanlılar ermənilər tərəfindən törədilən qırğınlar nəticəsində öz ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalmışlar (309, s.305). 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə Sarıyaqubda 343 nəfər, 1926-cı ildə 377 nəfər, 1931-ci ildə 471 nəfər (415, s.26-27, 112-113), 1987-ci ildə 1780 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildən noyabr - dekabr aylarında kəndin bütün əhalisi ermənilər tərəfindən zorla və qırğınlarla qovulmuşlar. İndi burada ermənilər yaşayır.
Kənd Miskin Abdalın babası Sarı Yaqub tərəfindən salındığı üçün onun adı ilə adlandırılmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Cqazadzor qoyulmuşdur.
Coğrafiyası və iqlimi
Əhalisi
1988-ci ilə qədər azərbaycanlılar
1988-ci ilin sоyqırımınıdа kənddən Quliyеvа Tutu Аllаhvеrdi qızı (1919) həlаk оlmuşdur.
Görkəmli şəxsiyyətləri
Miskin Abdal — Aşıq-sufi,övliya, Şah ismayıl Xətainin vəziri
Aşıq Savad — aşıq
Surxay Musayev — professor (1992), "əməkdar həkim" (2000), "Əməkdar elm xadimi" (2010)
Sabir Şahverdiyev —
Şövqi Şahverdiyev —
Ceyhun Şahverdiyev —
Raul Şahverdiyev —
Aşıq Rəhim - Aşıq
Müəllimləri
Eyvaz Vəliyev(direktor),Hikmət Şahbazov,İbrahim Tağıyev(direktor),Gülhəyat Süleymanova,İlyas Alıyev,Eyvaz Alıyev
Tarix: 06.02.2015 / 18:56 Müəllif: Feriska Baxılıb: 232 Bölmə: Qərbi Azərbaycan