Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əli Eyvazov

Həyatı
8 oktyabr 1954-cü ildə Ermənistanın (Qərbi Azərbaycanın) Quqark rayonunda anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Hüquq fakültəsini bitirmiş və Tovuz rayon prokurorluğunda stajor müstəntiq, müstəntiq, prokuror köməkçisi, prokuror müavini və prokuror vəzifəsini icra edən vəzifələrdə çalışmışdır.

1987-2000-ci illərdə Quba rayon prokuroru, sonralar isə İsmayıllı və Gədəbəy rayon prokuroru vəzifələrində çalışmışdır.İki dəfə Quba rayon XDS-nin deputatı seçilmişdir.

1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çağırışı ilə formalaşan Quba-Qusar könüllülər batalyonunun təşkilatçılarından olmuş və həmin batalyona komandirlik etmişdir. Qarabağın azadlığı uğrunda döyüşlər aparmışdır.

Sonralar Bakı şəhəri Nizami, Xəzər (keçmiş Əzizbəyov), Sabunçu rayon prokurorunun köməkçisi işləmiş, hazırda isə yenə də Nizami rayon prokurorunun köməkçisidir. Baş ədliyyə müşaviridir (polkovnikdir). Prokurorluqda işlədiyi dövrdə bir çox ağır cinayətlərin açılması və istintaqın keyfiyyətlə aparılmasını təmin etmişdir.

Müxtəlif illərdə insan hüquqlarına həsr olunmuş beynəlxalq konfransların iştirakçısı olmuşdur. 1997-ci ildə sanksiyalar və onların tətbiqi problemlərinə həsr olunmuş namizədlik dissertasiyasını müdafiə etmişdir. 100-dən çox elmi – publisistik məqalənin, 12 kitabın müəllifi və həmmüəllifidir. Onların arasında “Cinayət hüquqi sanksiyaların effektivliyinin nəzəri problemləri” monoqrafiyasının, “Bir batalyonun tarixi” povestinin müəllifi, “Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)”, “Humanizm və xeyirxahlıq missiyası”, “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi”, “Quba və qubalılar” və s. əsərlərin həmmüəllifidir.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. YUNESKO-nun “İnformasiya hamı üçün” Azərbaycan Komitəsinin sədr müavini, "Qızıl Qələm" mükafatı laureatıdır. XXI əsrin ziyalısı və s. diplomlara layiq görülmüşdür.. Dünyanın bir çox ölkələrinin nüfuzlu kitabxanalarında (Rusiya, Macarıstan, İndoneziya, Almaniya və s.) Əli Eyvazovun müəllifi olduğu kitablar var. 2000-ci ildən Bakı Dövlət Universitetinin Cinayət hüququ kafedrasında elmi – pedaqoji yaradıcılıq fəaliyyəti ilə də məşğul olur.

Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. "Qızıl Qələm" mükafatı laureatıdır.

Beynəlxalq prokurorlar Assosiasiyasının üzvüdür.

Ailəlidir, 4 övladı var.


Tarix: 06.02.2015 / 15:41 Müəllif: Feriska Baxılıb: 164 Bölmə: Qərbi Azərbaycan
loading...