Əhliman Tapdıq oğlu Əmiraslanov (17 noyabr 1947, Zod kəndi, Basarkeçər rayonu, Qərbi Azərbaycan — Millət vəkili, Azərbaycan Tibb Universitetinin rektoru, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA-nın bologiya elmləri bölməsinin akademik-katibi, cərrah-onkoloq, əməkdar elm xadimi. Azərbaycan Tibb Universiteti onkologiya kafedrasının müdiri; Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014-cü ildən) Həyatı
1965-ci ildə orta məktəbi qızıl medalla bitirərək elə həmin ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olmuşdur. 1969-cu ildə hələ tələbə ikən, Bakı şəhər kliniki onkologiya xəstəxanasında tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlamışdır.
1971-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1971-1974-cü illərdə Bakı şəhər kliniki onkologiya xəstəxanasının cərrahiyyə şöbəsində həkim-ordinator və şöbənin müdiri vəzifələrində çalışmışdır.
1977-ci ildən Moskvada (aspiranturanı bitirdikdən sonra) SSRİ TEA-nın ÜOEM-nin Ümumi onkologiya şöbəsində kiçik elmi işçi, 1981-ci ildən həmin şöbədə baş elmi işçi, 1984-cü ildən böyük elmi işçi vəzifələrində çalışmışdır.
1987-ci il iyunun 18-də ÜOEM-in ümumi onkologiya şöbəsində aparıcı elmi işçi vəzifəsinə təsdiq edilmiş, 1989-cü ildə həmin şöbədə professor vəzifəsinə seçilmiş və 1992-ci il iyulun 31-nə qədər həmin vəzifədə çalışmışdır.
1992-ci ildən Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsində çalışır və hazırda da bu vəzifəni şərəflə yerinə yetirir.
1993-cü il martın 23-də müsabiqə yolu ilə Azərbaycan Tibb Unviesritetinin Onkologiya kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 2007-ci ildən həm də Universitetin Onkoloji klinikasının direktorudur. Akademik Ə.T.Əmiraslanov 2011-ci ildə Rusiya Tibb Elmləri Akademiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü və AMEA-nın Biologiya elmləri bölməsinin akademik-katibinin müavini seçilib, 2006-cı ildən YUNESKO-nun "Bioetika, elmi biliklərin və texnologiyaların etikası" Komitəsinin Rəyasət Heyətinin üzvüdür, YUNESKO-nun ekspertidir. O, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi seçilib. 2010-cü il aprel ayının 30-da ölkə Prezidentinin Sərəncamına əsasən Elmin İnkişafı Fondunun Himayədarları Şurasının, Azərbaycan Respublikası Dövlət Mükafatlarının verilməsi üzrə Komissiyanın, həmçinin "Azərbaycan Respublikası Milli Atlası"nın tərtibi üzrə redaksiya heyətinin üzvləri siyahısına salınıb.
1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı və 2010-cu ildə Azərbaycan Resbulikasının Milli Məclisinin Deputatı seçilmişdir. 2011-ci ildə Avropa Tibbi-Onkologiya Cəmiyyətinin həqiqi üzvü və Dünya Azərbaycanlılıranın III qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü seçilmişdir. Evlidir, iki oğlu və üç nəvəsi var.
Tarix: 06.02.2015 / 17:39 Müəllif: Feriska Baxılıb: 133 Bölmə: Qərbi Azərbaycan