Tarixi
Qanlı kəndi Göyçə gölünün Şərq sahilinin 2.5 kilometrliyində yerləşir. Kənd əvvəllər Göyçə çuxurunda yerləşdiyindən su basıb. Sonra yerlərini dəyişərək Qanlı kəndində özlərinə məskən salıblar. Bunun təsdiqi kimi Qanlıdan bir qədər aralıda dağlardan saxsı borular vasitəsi ilə bulağın çəkilməsini də misal göstərmək olar. Həmin saxsı borular IV-IX əsrlərdə çəkilmişdir. Kəndin mərkəzindəki qədim qəbiristanlıq burada ta qədimdən insanların yaşamasına sübut edir. Alban əlifbası ilə yazılmış abidələr bu yerlərin alban türklərinə məxsusluğuna bir nişanədir.
Alban daş abidələri, qəbirlər azərbaycanlılar 1988-ci il Ermənistandan deportasiya olunanadək qalırdı.
XII əsrdə Albaniya ərəblərin hücumlarına məruz qalır və yerli əhali islam dinini qəbul etməyə məcbur edilir. Həmin dövrdə Göyçə mahalı və o cümlədən Qanlı kəndi də ərəblər tərəfindən işğal olunur.
XIV əsrdə Göyçə mahalına Əmir Teymur hücum edir. XVI əsrdə mahal Ağqoyunluların təbbəliyini qəbul edir.
Əhalisi
Allahverdilər, Möylələr, Avıllılar, Mehribanlılar, Rəhimlilər, Hacınağılar, Cəlillər, Hacıqəriblər, Nayımlılar, Əhmədlilər, Zeynallılar, Babışlılar, Məmmədlilər, Məşədi Nəsirlilər, Məşədi Abbaslar adlı tayfalar var idi.
Şəxsiyyətləri
Saşa Əliyev — ATU əsaslı kitabxanası direktorunun elmi işlər üzrə müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Abbas Abbasov (alim)
Vüqar Əliyev (aktyor) — Azərbaycanlı aktyor, "Kurtlar Vadisi-Pusu" serialında "iranlı nazir Əli Əsgəri" rolunu oynayan.
Əhmədov Qədim Qurban oğlu - müəllim, ziyalı.
Tarix: 07.02.2015 / 13:22 Müəllif: Feriska Baxılıb: 237 Bölmə: Qərbi Azərbaycan