Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qovuşuq (Dərələyəz)

Tarixi
Qovuşuq - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə, Alagöz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Qovşuq, erməni mənbələrində Qavuşuq, Kavuşuq formasında qeyd edilmişdir.

Tarixi mənbələrdə X əsrdən adı çəkilir və XVII əsrdə yenidən bərpa edilmişdir.

Kənddə 1831-ci ildə 96 nəfər, 1873-cü ildə 158 nəfər, 1886-cı ildə 190 nəfər, 1897-ci ildə 232 nəfər, 1904-cü ildə 172 nəfər, 1914-cü ildə 190 nəfər, 1916-cı ildə 376 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur.

İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir.

Burada 1922-ci ildə 138 nəfər, 1926-cı ildə 260 nəfər, 1931-ci ildə 325 nəfər, 1987-ci ildə 800 nəfər yalnız azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabr ayının axırlarında Qovuşuq kəndinin sakinləri Ermənistan dövləti tərəfindən zorla ata-baba torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Toponim qıpçaq türk tayfasından olan qov etnoniminə -uş və -uq şəkilçilərinin artırılması ilə düzəlmişdir.

Qov türk etnonimi Sabirabad, Tovuz rayonlarındakı Qovlar, Xanlar rayonundakı Qovlarsan toponimlərində öz əksini tapır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilərək Yermon qoyulmuşdur.
Əhalisi
1988-ci ilə qədər azərbaycanlılar

1941/45-də həlak olanlar
Abbasov Həsən D… oğlu, Abdullayev Ağəli Süleyman oğlu, Bayraməliyev Heydar İbrahim oğlu, Bağırov Lətif Bağır oğlu, Əsgərov Məmməd Xəlil oğlu, Rüstəmov Kamil İsmayıl oğlu, Muradov Surxay Məmməd oğlu, Muradov Mirzə Camal (Zaman) oğlu, Məmmədov Ağabəy Əsəd oğlu, Məmmədov Həsən Əsəd oğlu, Məmmədov Sarı Alı oğlu, Namazov Mahmud Əli oğlu, Nəcəfov Salman Şirin oğlu, Hümbətov Abdulla Əkbər oğlu, Hümbətov Firudin Ələkbər oğlu, Xudaverdiyev Vəli Rəhim oğlu,

Görkəmli şəxsiyyətləri
Həsən Mirzəyev - filologiya elmləri doktoru, dilçi-türkoloq, Əməkdar elm xadimi, professor.
Vüqar Əsgərov - AMEA "Respublika Xatirə Kitabı" redaksiyasının böyük redaktoru, yazıçı, publisist.


Tarix: 06.02.2015 / 18:53 Müəllif: Feriska Baxılıb: 156 Bölmə: Qərbi Azərbaycan
loading...