Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Buludxan Xəlilov

Həyatı
Buludxan Xəlilov 1966-cı il iyulun 25-də Qərbi Azərbaycanda Amasiya rayonunun Ellərkənd kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1983-1990). Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1985-1987). Əmək fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili kafedrasında laborant kimi başlamışdır. Burada baş laborant, müəllim (1990-1996), indi isə professordur (2001-ci ildən). Hazırda Dədə-Qorqud elmi-tədqiqat laboratoriyasına başçılıq edir. "Filologiya məsələlərinə dair tematik toplu"nun redaktorudur. Müasir ədəbi-tənqidi fikrin, ədəbi irsin araşdırılmasında öz dəst-xətti ilə seçilir. M.F.Körpülünün "Azəri" əsərini transliterasiya edib ön söz və şərhlərlə çap etdirmişdir (2000). Ədəbi dilin tədqiqinə dair bir sıra monoqrafik əsərin müəllifidir. XX əsrin 90-cı illərindən dövri mətbuatda elmi, elmi-kütləvi məqalələrlə çıxış edir.

Əsərləri
Azərbaycan dilində təkhecalı fellərin əsasında duran ilkin köklərin fonosemantik inkişafı. Bakı: Azərbaycan Dövlət Kitab Palatası, 1995, 80 səh.
Azərbaycan dilində ikihecalı fellərin fonosemantik inkişafı. Bakı: APİ nəşri, 1996, 96 səh.
Fellərin ilkin kökləri. Bakı: APİ nəşri, 1998, 220 səh.
Birinci Beynəlxalq Türkoloji qurultay. Bakı: "Elm", 1999, 186 səh.
Müasir Azərbaycan dilinin morfologiyası (I hissə). Bakı: "Elm", 2000, 280 səh.
Türkologiyanın intibah dövrü (XIX əsrin sonu XX əsrin 30-cu illəri). Bakı: Adiloğlu, 2001, 172 səh.


Tarix: 05.02.2015 / 14:18 Müəllif: Feriska Baxılıb: 120 Bölmə: Qərbi Azərbaycan
loading...