Həyatı
Abdullayeva Sənubər Məmməd qızı 1 yanvar 1950-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Qarakilsə (Kirovakan) rayonunun Saral kəndində anadan olub.
Doğma Azərbaycan dili ilə yanaşı rus və erməni dillərində də sərbəst danışa bilir. 1963-1964-cü illədə idman gimnastikası üzrə idman ustalığına namizəd və Ermənistan çempionu olmuşdur.
1969-1975-ci illərdə Kirovakan şəhərindəki Musiqi Məktəbinin vokal sinfini bitirmişdir. SSRİ xalqlarının X spartakadiyasının iştirakçısı olub. Qılınc oynatma üzrə idman ustalığına namizəddir.
1965-1969-cu illərdə beş respublikanın mükafatçısı olub. O, 1975-1988-ci illərdə qılınc oynatma üzrə məşqçi və müəllim kimi fəaliyyət göstərmişdir.
1985-1990-cı illərdə Ümumittifaq “Bilik” cəmiyyətinin üzvü olmuş, müalicə idmanı üzrə mühazirə oxumuşdur.
1990-1992-ci illərdə Moskva Tibb Akademiyasının xalq təbabəti ixtisasını da bitirib.
1988-1989-cu illərdə azərbaycanlı olduğu üçün işdən azad olunmuş, amansızlıqla ata-baba yurdundan qovulmuşdur. 1987-1991-ci illərdə müstəqil qaydada Qərbi Azərbaycandan azərbaycanlıların etnik təmizlənməsi, qovulması üzrə araşdırmalar aparmışdır.
2007-ci ildə xalqın canlı tarixi olan “Soyqırım. Oğurlanmış tarix və etnik təmizləmə” adlı kitabını 19 ildən sonra tamamlamışdır. Onun araşdırmalarında Qarabağ problemi ilə əlaqəli tarixin qaranlıq səhifələri 1987-1991-ci illrədə olduğu aşkarlanmışdır.
Kitabları
“Oğurlanmış tarix. Genosid”
Məqalələri
Ermitaj: Azərbaycan hara yoxa çıxıb? "Bütöv Azərbaycan” №15 2-5.06.2009.
Tarix: 06.02.2015 / 15:41 Müəllif: Feriska Baxılıb: 103 Bölmə: Qərbi Azərbaycan