Xələfli Ayvaz Alı oğlu — coğrafiya elmləri doktoru, professor.
Həyatı
Ayvaz Xələfli 1942-ci ildə Göyçə mahalının Cil kəndində anadan olmuşdur. 1949-cu ildə Cil kəndində birinci sinifə getmiş, oranı bitirdikdən sonra 1959-cu ildə Ardanış kənd orta məktəbini bitirmiş, həmin ildə də təhsilini davam etdirmək üçün Bakıya getmiş və Bakı dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1965-ci ildə təhsilini başa vurub, təyinatla öz kəndlərinə qayıdıb fizika müəllimi işləmişdir.
1965-ci ilin noyabrında hərbi xidmətə çağrılmış, bir ilik hərbi xidmətdən sonra Bakı şəhərinə qayıdıb Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstititu nəzdində olan Yer fizikası bölməsində paleomaqnetizm və Yer maqnetizmi laboratoriyasında baş mühəndis vəzifəsinə işə qəbul olunmuşdur.
Bir il işlədikdən sonra aspiranturaya daxil olub Leninqrad şəhərinə oxumağa getmiş, aspiranturanı bitirdikdən sonra Leninqrad şəhərində elmi tədqiqat institunda elmi işini davam etdirərək orada yaşamışdır.
1977-ci ilin noyabrına qədər orada yaşamışdır. Həmin ildə Leninqrad şəhərindən evini dəyişib Bakıya gəlmiş, akademyanın Geologiya İnstitutunda elmi işlərini davam etdirmişdir. Azəbaycanda aparılan paleomaqnit tədqiqatlarını davam etdirimş, ilk olaraq aparılan tədqiqatların nəticəsi olaraq Azərbaycan, eləcədə bütün Qafqaz ərazisinin qonşu ölkələrin ərazisində aparılan paleomaqnit tədqiqatların nəticələri ilə müqayisəli şəkildə paleotektonik bərpasını vermişdir.
100 çap vərəqi elmi iş yazmışdır, o cümlədən 6 monoqrafiya, 90 dan çox məqalə 15 elmi məruzə etmişdir. Siravi elmi işcilikdən elmlər doktoru, professorluğa qədər yüksəlmişdir.
Ailəlidir. İki övladı var.
Tarix: 05.02.2015 / 16:35 Müəllif: Feriska Baxılıb: 47 Bölmə: Qərbi Azərbaycan