Şərifov Elmar Yəhya oğlu - Azərbaycan Tibb Universitetinin müəllimi, tibb üzrə fəlsəfə doktoru.
Həyatı
Şərifov Elmar Yəhya oğlu 22 mart 1969-cu ildə Ermənistan SSR Basarkeçər rayonunun Güney (Satanağaç) kəndində anadan olmuşdur. 1976-1986-cı illərdə Güney kənd orta məktəbində oxumuş və 1986-cı ildə həmin məktəbi gümüş medalla bitirmişdir.
1986-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə qəbul olmuşdur. 1987-1989-cu illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 1994-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirərək "ümumi cərrah" ixtisasına yiyələnmişdir. ATU-nun Elmi Şurasının qərarı ilə ATU-nun cərrahi xəstəliklər kafedrasında klinik ordinaturada saxlanmışdır.
1996-cı ildə Azərbaycan Silahlı Qüvvələrinə hərbi xidmətə çağırılaraq həkim kimi fəaliyyət göstərmişdir. 2000-ci ildən həmin kafedraya baş laborant vəzifəsinə təyin edilmişdir. 2004-cü ildən ATU-nun cərrahi xəstəliklər kafedrasının assistentidir. 2012-ci ildə tibb üzrə fəlsəfə doktorluq dissertasiyasını müdafiə etmişdir.
E.Şərifov 50-ya yaxın elmi məqalənin müəllifidir. Klinik cərrahiyyə, Hərbi-səhra cərrahlığı və Surcical diseases (Cərrahi xəstəliklər) adlı dərs vəsaitlərinin müəllifidir.
Tarix: 05.02.2015 / 17:17 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: Qərbi Azərbaycan