Xələf Xələfov — Azərbaycan Xarici İşlər Nazirliyinin müavini, diplomat.
Həyatı
Xələf Xələfov 1959-cu ilin sentyabrın 21-də Ermənistanda anadan olmuşdur.
1977-1982-ci illərdə Kiyev Dövlət Universitetini bitirmişdir.
1983-1990-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində inspektor - bölmə rəisi olmuşdur.
1990-1991-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil almışdır.
1991-1992-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin 2-ci katibi vəzifəsində çalışıb. 1992-1997-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi olmuşdur.
1997-ci ildən indiyə kimi Azərbaycan Xarici İşlər Nazirinin müavinidir.
2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Böyük zabit” ordeni ilə təltif olunmuşdur
Xarici dillərdən alman və rus dillərini bilir.
Evlidir. İki övlad atasıdır.
Tarix: 05.02.2015 / 18:30 Müəllif: Feriska Baxılıb: 38 Bölmə: Qərbi Azərbaycan