Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Boğazkəsən (Şörəyel)

Boğazkəsən — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd.

Tarixi
Qaranqu çayının sol axarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

XIX əsrin əvvəllərində kəndin sakinləri - azərbaycanlılar qovulmuş, Türkiyə və İrandan köçürülən ermənilər burada yerləşdirilmişdir.

Toponim tayfa adı əsasında formalaşmışdır və iki hissədən ibarətdir: «boğaz» ismi ilə "-ən" feli sifət şəkilçisi qəbul etmiş «kəsmək» felinin birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dzorakap qoyulmuşdur.


Tarix: 06.02.2015 / 18:21 Müəllif: Feriska Baxılıb: 16 Bölmə: Qərbi Azərbaycan
loading...