Tarixi
İrəvаn qubеrniyаsının Nоvоbаyаzid qəzаsındа kənd аdı. Tаm аdı Bаbаcаndərəsi. 1728-ci ilə аid mənbədə Qırхbulаq nаhiyəsində kənd аdı kimi qеyd оlunub. Kənd Bаbаcаn dərəsində yаrаnmışdır. Dərə mülkədаr Bаbаcаnа аid оlmuşdur.
Kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 42 km məsаfədə yеrləşir. (15.07.1946) 1978-ci ildə kəndin adı Qızılkənd, 19 аprеl 1991-ci ildə isə kəndin adı Tsаrаtаğ qoyulmuşdur.
Babacan kəndi Goyçə gölünün ətrafındakı ərazidə yerləşir. Kəndlə gölün arası təxminən 800-1000 metrdir. Babacan kəndi bir tərəfdən isə dağlarla əhatə olunub. Kənddə 1988-ci ilə qədər 200-yə yaxın azərbaycanlı ailəsi yaşayıb. Hazırda kənddə 50-60 erməni ailəsi yaşayır. Kəndin öz doğma yurd-yuvalarından qovulan əhalisinin böyük hissəsi indi Bakı şəhərində, bir hissəsi isə Daşkəsən və Tovuz rayonlarında məskunlaşmışdır.
Əhalisi
Şəhidləri
İsmayıl Heydər oğlu Quliyev(22.09.1973-20.03.1994)
Vaqif Əhəd oğlu Əliyarov
Əli Elyaz oğlu Elyazov
Nəsir Məsimalı oğlu Nəsirov
Tarix: 06.02.2015 / 18:19 Müəllif: Feriska Baxılıb: 116 Bölmə: Qərbi Azərbaycan