Tarixi
Kiçik Qaraqoyunlu - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir.
Kənddə 1897-ci ildə 235 nəfər, 1908-ci ildə 253 nəfər, 1914 - cü ildə 328 nəfər, 1916-cı ildə 301 nəfər azərbaycanlı yaşamışdır. 1919 - cu ilin aprel ayında azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar
İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdir.
1922-ci ildə burada 197 nəfər, 1926-cı ildə 212 nəfər, 1931-ci ildə 209 nəfər, azərbaycanlı yaşamışdır. Sonralar Böyük Qaraqoyunlu kəndinə birləşdirilərək ləğv edilmişdir.
Toponim qaraqoyunlu türk etnonimi əsasında əmələ gəlmişdir. «Kiçik» fərqləndirici sözdür. Etnotoponimdir. quruluşca mürəkkəb toponimdir.
Tarix: 06.02.2015 / 18:34 Müəllif: Feriska Baxılıb: 43 Bölmə: Qərbi Azərbaycan