Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gərd

Gərd və yaxud Kərd (erm. Կարդ) — Ermənistan Respublikasının cənubunda Sünik mərzində yerləşən kənd.


1930-1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil olan kənd Qafan şəhərindən 30 km şimal-qərbdə Gərd çayının sol sahilində, Mahmudlu kəndindən 2,5 km cənubda yerləşir.

Ermənistan Respublikası Milli Statistika Xidmətinin 2001-ci il məlumatlarına görə Gığı kənd icmasına daxil olan Gərd kəndində yaşayış yoxdur, kənd tərk edilib.

Adı
Erməni mənbələrində Garts, Gird, Kart, Karti kimi qeyd edilən kəndin adı fars dilində «lək», «gərdi», «əkilmiş tarla» mənasında işlənən «kərd» sözü əsasında yaranmışdır. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək Kard (erm. Կարդ) edilib.


Tarix: 06.02.2015 / 18:31 Müəllif: Feriska Baxılıb: 56 Bölmə: Qərbi Azərbaycan
loading...