Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyük Ayrım

Böyük Ayrım — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd.

Böyük Ayrım kəndi 300-ə yaxın təsərrüfat olub. 400 hektar əkin biçin sahəsi olub. Kiçik Ayrım kəndi ilə birlikdə bir sovxoz idi. Sovxozun rəhbərliyi hamısı türklərdən ibarət olub. Əhalisi demək olar ki, bütün il boyu əsasən bağçılıq, tərəvəzçilik və qismən heyvandarlıqla məşğul olmuşdur. Məhsuldarlıq o qədər olurdu ki, yerli əhalinin gücü ilə yığıb yığışdırmaq olmurdu.

Allahverdi şəhərində yaşayan və işləyən bütün səhiyyə-təhsil və s. işçiləri bütün mövsüm boyu fəhləlik edirdilər. Kəndin çox səfalı buz bulaqlı LƏLVƏR adlanan yaylaği vardı Hər yayda kəndin yaxşı. yeyib içən kişiləri ailələrini istirahət üçün bu yaylağa çıxarırdılar. Hər həftənin sonu isə ailələrinə baş çəkmək üçün yaylağa çıxırdılar və yemək-içmək at oynatmaq. 15-20 km aralida olan ermənilər qorxusundan başlarını belə bayıra çıxara bilmirdilər


Tarix: 06.02.2015 / 18:22 Müəllif: Feriska Baxılıb: 82 Bölmə: Qərbi Azərbaycan
loading...