Abbasqulu Quliyev (Zəngəzur, 13 noyabr 1940).
Həyatı
Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirmiş, Sumqayıt «Səthi aktiv maddələr» zavodunda işləmişdir. 1964-68-ci illərdə keçmiş SSRİ Elmlər Akademiyasının (EA) Yüksək Molekullu Birləşmələr İnstitutunun (Sankt-Peterburq) aspiranturasında oxumuşdur. 1970-ci ildə namizədlik, 1987-ci ildə «Viniltsiklopropanlar birləşmə, telomerləşmə və polimerləşmə reaksiyalarında» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Onun əsas tədqiqat obyekti funksional əvəzli viniltsiklo propanların birləşmə və izomerizasion polimerləşmə reaksiyalarının elmi əsaslarının yaradılması, karben və tsiklopropan kimyasının inkişaf etdirilməsindən ibarətdir.
Professor A.Quliyev keçmiş İttifaqda, Türkiyədə keçirilən bir sıra Beynəlxalq konfransların iştirakçısı olmuş və məruzə ilə çıxış etmişdir. Macarıstan, Bolqarıstan, İngiltərə, Almaniya, Braziliya və İspaniyada keçirilən konfransların materiallarında elmi əsərləri dərc edilmişdir.
O, Azərbaycan RespublikasıPrezidenti yanında Ali Attestasiya Komissiyasının kimya elmləri üzrə Ekspert Şurasının üzvüdür. Azərbaycan MEA-nın müxbir üzvü, respublikanın Əməkdar elm xadimidir.
Tarix: 06.02.2015 / 16:48 Müəllif: Feriska Baxılıb: 56 Bölmə: Qərbi Azərbaycan