Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Faiq Həsənov

Həyatı
Həsənov Faiq Paşa oğlu 1939-cu il dekabrın 15-də Salah kəndində (Qaraqoyunlu) anadan olub.

Elmi dərəcəsi Kimya elmləri namizədidir. Vəzifəsi isə Dosentdir.

1963-cü ildə ADU-nun Kimya fakültəsini bitirib.

Elmi fəaliyyəti
1958-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin fakültəni bitirmişdir. 1963-cü ilin avqust ayından 1964-cü ilin fevral ayına qədər Gəncə alüminium zavodunda işləmiş, 1965-ci ilin avqust ayına qədər Sovet ordusu sıralarında xidmət etmişdir. 1965-ci ilin sentyabrında ATU-nun üzvi kimya kafedrasına assistent vəzifəsinə qəbul edilmişdir. 1973-cü ildən baş müəllim, 1980-cı ildən isə dosent vəzifəsində çalışır. 1979-cu ildə kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 50-dən çox elmi əsərin müəllifidir. “Üzvi kimya praktikumu”, “bioüzvi kimya” dərsliklərini və 10-dan çox dərs vəsaiti və tədris metodik işləmələr nəşr etdirmişdir. Əczaçılıq və tibbi biologiya fakültəsinin təlbələrinə üzvi kimya və bioüzvi kimya fənnlərindən mühazirə və təcrübi məşğələ dərsləri aparır.

Kitabları
"Üzvi kimya praktikumu", Bakı, "Təbib" nəşriyyatı, 1993. 388 səh.
"Bioüzvi kimya", Bakı, "Şirvannəşr", 2002. 360 səh.
“Qaraqoyunlu, Göyçə, Borçalı və mən”, Bakı 2004.
“Qaraqoyunlu, Qaraqoyunlular və mən”, Bakı, 2007.
"Bioüzvi kimya", Bakı, "Uniprint", 2010. 506 səh.
"Müqəddəs duyğular", Bakı, 2011. 403 səh.


Tarix: 06.02.2015 / 16:00 Müəllif: Feriska Baxılıb: 105 Bölmə: Qərbi Azərbaycan
loading...