Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Murad Niyazlı

Həyatı
Aşıq Murad Niyazlı 1933-cü ildə Göyçə mahalının Aşağı Şorca kəndində "Niyazlılar" tayfasında doğulmuşdur.

Muradın atası 1941-ci ildə Böyük Vətən Müharibəsinə könüllü getmişdir.

Muradın anası Tamam 1948-ci ildə Göyçə mahalından köçərək uşaqlarını da götürüb Şəmkirin Dəllər Cəyir kəndindəki qohumlarının yanında məskunlaşıblar.

Aşıq Murad Niyazlı Şəmkirdə yaşayarkən 1949-cu ildən əvvəlcə Aşıq Əsədin, ordu sıralarından qayıtdıqdan sonra isə 1954-1959-cu illərdə Aşıq Əsədin qardaşı Aşıq Məhəmməd Rzayevin yetirməsi olmuşdur. Murad Niyazlının sənətkartək yetişməsində Morullu Aşıq Teymurun da xidmətləri az olmamışdır.

1952-1954-cü illərdə hərbi xidmətdə olub.

1990-cı ildə Türkiyədə keçirilən folklor festivalının qalibi kimi tanınan Murad Niyazlı 1960-cı illərdən Şəmkir rayon mədəniyyət şöbəsinin nəzdində fəaliyyət göstərən aşıqlar ansamblına rəhbərlik edib. İdris Həmzəyev, Oqtay Hüseynov və digər şəyirdləri olub.

Murad Niyazlı 2005-ci il yanvarın 4-də Şəmkir rayonunun Dəllər Cəyir kəndində vəfat etmiş və kənddəki qəbiristanlıqda dəfn edilmişdir.

Yaradıcılığı
Aşıq şeirinin bütün formalarında qələmini sınayan Murad Niyazlı həm də “Muxtar bəy” və digər dastanların yaradıcısı kimi tanınıb.

Gülyaz və Gülyanaq Məmmədova bacılarının oxuduğu məşhur "Gilənar" (söz:Səfər Verdiyev, musiqi:Aşıq Murad Niyazlı) mahnısının musiqisini Aşıq Murad Niyazlı bəstələməşdir.

Murad Niyazlı ömrünün xəzan çağında yaşayanda belə Şəmkir rayonunda yazıb-yaratdı. Aşıq Murad Niyazlı sazın-sözün əsl ustadı kimi el arasında çox məşhur olmuşdur. "Harda türk var, mən ordanam" adlı kitabda aşığın müxtəlif illərdə yazdığı şeirlər və bir qəhrəmanlıq dastanı toplanmışdır.

Kitabları
"Harda türk var, mən ordanam" (Şeirlər və dastan). (tərt.ed. F.Sədiyev ; red. H.Əli.) - Bakı: Təknur, 2004. - 256 səh. - 1000 nüsxə. - ISBN 5-86774-213-14


Tarix: 05.02.2015 / 17:45 Müəllif: Feriska Baxılıb: 140 Bölmə: Qərbi Azərbaycan
loading...