Müasir və qədim buzlaşmaya dair keçirilən Ümumittifaq konfransın iştirakçısı (1959).
1961-ci il Dəmir yollarının sellərdən və daşqınlardan mühafizəsinə dair keçirilən Ümumittifaq konfransında «Sellərin əmələ gəlməsinə yeni tektonik hərəkətlərin təsiri» mövzusunda məruzə etmişdir (Tbilisi ş).
Qafqaz geomorfologiya komissiyası işində iştirak etmiş və «Azərbaycan geomorfologiyasının əsas problemləri» adlı məruzə ilə çıxış etmişdir (Yerevan ş.)
1962-ci il Zaqafqaziya Geomorfoloji koordinasiya şurasının birinci sessiyasının iştirakçısı olmuş və «Cənub-Şərqi Qafqazın dəniz və çay terraslarının uyğunluğu» mövzusunda məruzə etmişdir (Bakı ş.).
SSRİ-də sel hadisələrinə həsr edilmiş Ümumittifaq konfransında «Sellərin əmələ gəlməsinin geomorfoloji üsullarla proqnozlaşdırılması» mövzusunda məruzə etmişdir (Bakı ş.).
1962 və 1966-cı illər Özbəkistan Hidrogeologiya institutunun direktoru, akademik Q.A.Movlyanovun dəvəti ilə Fərqanə çökəkliyində keçirilən geomorfoloji ekspedisiyanın elmi rəhbəri (Özbəkistan).
1963-cü il Qafqazın geomorfologiyası və paleocoğrafiyasına həsr edil-miş Ümumittifaq konfransının iştirakçısı olmuş və «Şərqi Qafqazın müasir və qədim buzlaşması» mövzusunda məruzə etmişdir (Tbilisi ş.).
1965-1968-ci illər Azərbaycan Dövlət Universitetinin Fiziki coğrafiya kafedrasının (yarım ştatda) müəllimi.
1967-ci il Coğrafiya elmləri doktoru alimlik dərəcəsini almaq üçün «Böyük Qafqazın Azərbaycan hissəsinin geomorfologiyası və yeni tektonikası» mövzusunda dissertasiya müdafiə etmişdir (Bakı ş.).
-Müasir ekzogen relyefəmələgətirici proseslərin öyrənilməsinə dair SSRİ EA Yer bölməsinin geomorfologiya komissiyasının VII plenumunun iştirakçısı olmuş və «Azərbaycanın müasir ekzogen prosesləri» mövzusunda məruzə etmişdir (Kiyev ş.).
1967-1986-cı illər Azərbaycan SSR EA Coğrafiya İnstitutunun Landşaftşünaslıq şöbəsinin rəhbəri.
1968-ci il SSRİ-nin dağlıq ərazi landşaftlarının qorunmasına həsr edilmiş Ümumittifaq konfransında «Böyük Qafqazın (Azərbaycan ərazisində) landşaft qurşaqları və onların qorunması» mövzusunda məruzə etmişdir (Yerevan ş.).
1969-cu il Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (yarım ştat) müəllim.
-ADU-nun geologiya-coğrafiya fakültəsinin 50 illiyinə həsr edilmiş elmi sessiyada «Cənub-Şərqi Qafqazın landşaft komplekslərinin formalaşmasına yeni tektonik hərəkətlərin təsiri» mövzusunda məruzə etmişdir.
-Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinin 50 illiyinə həsr edilmiş sessiyada «Azərbaycan landşaftı və onun mühafizəsi» mövzusunda məruzə etmişdir.
-SSRİ AAK-ın qərarı ilə «coğrafiya» ixtisası üzrə professor rütbəsi verilmişdi.
1970-ci il Azərbaycan SSR Coğrafiya Cəmiyyətinin II qurultayının nümayəndəsi olmuş və «Azərbaycanın fiziki coğrafiyası və geomorfologiyasının problemləri» mövzusunda məruzə etmişdir.
-SSRİ Coğrafiya Cəmiyyətinin qurultayında «Azərbaycanın geomorfologiyasının yeni istiqamətləri» mövzusunda məruzə etmişdir (Leninqrad ş.).
1970-1990-cı illər Azərbaycan SSR Coğrafiya Cəmiyyətinin prezident müavini.
1971-ci il Kənd təsərrüfatı məqsədilə SSRİ-in təbii və iqtisadi-coğrafi rayonlaşmasına həsr edilmiş VI Ali məktəblər arası konfransda «Azərbaycan SSR fiziki-coğrafi rayonlaşması» mövzusunda məruzə etmişdir.
1973-cü il Azərbaycan SSR-in Birinci toponimiya konfransının təşkilatçısı olmuş və «Azərbaycan toponimlərinin öyrənilməsi və onların tədqiqi məsələləri» mövzusunda məruzə etmişdir.
Sovet Coğrafiyası və SSRİ Coğrafiya cəmiyyəti qarşısında olan böyük xidmətlərinə görə SSRİ Coğrafiya Cəmiyyəti Rəyasət heyyətinin fəxri fərmanı ilə təltif edilmişdir (Leninqrad ş).
1974-cü il Azərbaycan SSR Coğrafiya Cəmiyyətinin keçirdiyi elmi kon-fransda «Dağlıq ölkələrin landşaftının (Qafqaz timsalında) formalaşması və inkişafı mərhələsinə dair» və «Azərbaycan ərazisinin kənd təsərrüfatı məqsədi ilə fiziki-coğrafi (landşaft) rayonlaşdırılmasının prinsipləri» mövzularında məruzə etmişdir.
1974-1983-cü il Azərbaycan SSR EA Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini.
-Ümumittifaq müsabiqədə «Əfsanəli dağlar» («Elm» nəş.) kitabına görə fəxri diplomla təltif edilmişdir (Moskva ş.).
1975-ci il SSRİ Coğrafiya Cəmiyyətinin VI qurultayının nümayəndəsi olmuş və «Azərbaycan SSR ərazisinin landaşftı və qarşıda duran vəzifələr» mövzusunda məruzə etmişdir (Tbilisi ş.).
-Azərbaycan SSR Coğrafiya Cəmiyyətinn III qurultayında «Cənub-Şərqi Qafqazın relyefinin formalaşması və inkişafı» mövzusunda məruzə etmişdir.
1976-cı il Azərbaycan SSR EA müxbir üzvü seçilmişdir.
-XXIII Beynəlxalq coğrafiya konqresinin Zaqafqaziya hissəsində keçirilmiş ekskursiyasının rəhbəri (Bakı-Şamaxı-Zaqatala-Tbilisi marşrutu).
-Neftli-qazlı regionların paleotektonik və paleogeomorfoloji müşavirəsinin iştirakçısı olmuş və orada «Neftli-qazlı vilayətlərin paleotektonik və paleogeomorfoloji tədqiqi, onların əhəmiyyəti və metodikası» və «Cənub-Şərqi Qafqazın neftli-qazlı vilayətlərinin paleogeomorfoloji şəraiti» mövzularında məruzə etmişdir (Moskva ş.).
-«Azərbaycan SSR landşaftları və onların mühafizəsi» adlı ən yaxşı mühazirələrə görə Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin Mərkəzi Şurasının II dərəcəli diplomu ilə təltif edilmişdir (Bakı ş.).
1977-ci il SSRİ EA Coğrafiya İnstitutunun yubiley sessiyasında «Azər-baycanda coğrafiya elminin nailiyyətləri və onun gələcək inkişaf yolları» mövzusunda məruzə etmişdir (Moskva ş.).
-Ümumittifaq «Bilik» cəmiyyətinin 30 illiyilə və Azərbaycan zəhmətkeşləri arasında biliyin təbliğində fəal iştirakına görə bu cəmiyyətin Fəxri fərmanı ilə təltif edilmişdir (Moskva ş.).
1978-ci il Beynəlxalq Coğrafiya İttifaqı yanında geomorfoloji tədqiqat-lar və xəritələşdirmə üzrə komissiyanın XIII plenar iclasında «Şərqi Zaqafqaziyada dəniz və çay terraslarının korrelyasiyası», «Azərbaycan SSR relyefinin əsas xüsusiyyətləri və onun ümumiləşdirilmiş geomorfoloji xəritələrdə əksi» mövzularında məruzə etmişdir (Bakı ş.).
-Gənclərin kommunist ruhunda tərbiyəsi sayəsindəki işlərə görə və Lenin komsomolun 60 illiyi ilə əlaqədar ÜLKGİ Oktyabr rayonun fərmanı ilə təltif edilib.
-Komsomol işindəki xidmətlərinə görə və ÜZLKGİ Mərkəzi Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
-Bakı-Odessaİstanbul-Ankara-Pambuqqala-Quşadası-Efes-Perqamə-İstanbul-Moskva marşrutu ilə turist səfərində olmuşdur.
-«Cənub-Şərqi Azərbaycanın geomorfologiyası və yeni tektonikası» adlı kitabına görə SSRİ Coğrafiya Cəmiyyətinin N.A.Prjevalski adına Qızıl medalı ilə təltif edilmişdir (Leninqrad ş.).
-«Coğrafi problemlərin regional inkişafı və dövlət planlaşdırılması» mövzusuna həsr edilmiş Sovet-Hind çöl simpoziumunun Gürcüstan-Azərbaycan hissəsinin təşkilatçısı olmuş və orada «Təbiətin ekstremal hadisələri və onların xalq təsərrüfatının inkişafına təsiri» mövzusunda məruzə etmişdir (Tbilisi). Azərbaycanda simpoziumun elmi rəhbəri olmuşdur (Bakı ş.).
-Ümumittifaq geomorfoloji konfransın çöl simpoziumunun iştirakçısı olmuş və «Müasir ekzogen relyefəmələgətrici proseslər və onların Azərbaycanın xalq təsərrüfatına təsiri» mövzusunda məruzə etmişdir (Tbilsi ş.).
1979-cu il SSRİ EA Biosfer Şurasının təşkil etdiyi Ümumittifaq konfran-sının iştirakçısı olmuş və «Azərbaycan biosferinin qorunmasının bir sıra coğrafi problemləri» mövzusunda məruzə etmişdir (Kişinyov ş.).
1980-ci il Birinci Zaqafqaziya sənədli filmlər kinofestivalında onun ssenarisi üzrə çəkilmiş «Azərbaycan SSR» adlı tədris filmi əsas priz almışdır (Yerevan ş.).
-SSRİ Coğrafiya Cəmiyyətinin VI qurultayında iştirak etmiş və «Azərbaycanda coğrafiya elminin inkişaf yollarına dair» məruzə ilə çıxış etmişdir (Frunze).
-Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində gördüyü məhsuldar işinə görə Azərbaycan LKGİ Mərkəzi Komitəsinin Fəxri fərmanı ilə təltif edilmişdir (Bakı).
-Yetişən nəslin kommunsit ruhunda tərbiyəsinə və fəal hərbi-himayə işinə görə Azərbaycan LKGİ Mərkəzi Komitəsinin Fəxri fərmanı ilə təltif edilmişdir (Bakı ş.).
-SSRİ silahlı qüvvələrinə mədəni-himayə işində fəal iştirakına görə mədəniyyət işçilərinin Həmkarlarının Mərkəzi komitəsinin Fəxri fərmanı ilə təltif edilmişdir (Bakı ş.).
-Sovet Coğrafiyası və SSRİ Coğrafiya Cəmiyyətində böyük xidmətlərinə görə SSRİ Coğrafiya Cəmiyyətinin Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir.
1981-ci il Zaqafqaziyada ətraf mühitin qorunmasına həsr edilmiş elmi konfransda «Şərqi Zaqafqaziya təbiətinin qorunması» mövzusunda məruzə etmişdir (Yerevan ş.).
-«Arid-Alp-Şərqi Qafqaz » çöl simpoziumunda iştirak etmək məqsədilə Fransaya ezam olunmuş və «Azərbaycan geomorfologiyasının əsas problemləri» mövzusunda məruzə etmişdir (Paris-Marsel-Alp dağları).
-«Coğrafiya və kənd təsərrüfatı»na həsr olunmuş elmi-istehsalat konfransında «Landşaft tədqiqatları və kənd təsərrüfatı» mövzusunda məruzə etmişdir (Gəncə ş.).
1982-ci il Şərqi Ermənistanın Rusiya ilə birləşməsinin 150 illiyinə həsr edilmiş elmi sessiyada «Azərbaycanın müasir landşaftının qorunması məsələsinə dair» mövzusunda məruzə etmişdir (Yerevan ş.).
-SSRİ EA Biosfer Şurasının «Krımın rekreasiyası, kurort ehtiyatlarının səmərəli istifadəsi və onların qorunması» səyyar sessiyasında «Azərbaycanın müasir landşaftının qorunması və onların perspektivi» mövzusunda məruzə etmişdir (Yalta ş.).
-«Zaqafqaziyanın rekreasiya ehtiyatları və onların istifadə yolları» adlı elmi konfransda «Azərbaycanın ərazisində olan təbiət abidələri» mövzusunda məruzə etmişdir (Yerevan ş.).
-Kontinentdaxili səhra və yarımsəhraların dağlıq ərazi geosistemləri problemlərinə həsr edilmiş Ümumittifaq simpoziumunun iştirakçısı və təşkilatçısı olmuş və «Azərbaycan SSR-in dağ geosistemləri və onların təbii ehtiyatlarından istifadə olunması» mövzusunda məruzə etmişdir (Alma-Ata ş.).
-SSRİ EA Coğrafiya İnstitutunun Elmi Şurasının yubiley sessiyasında «Azərbaycan coğrafiya elmlərinin inkişaf yolları» mövzusunda məruzə etmişdir (Moskva ş.).
-Dövlət imtahanı komissiyasının sədri (APİ. Coğrafiya ixtisası üzrə. Bakı ş.).
-Zabitlər evində zabitlərlə görüşdə «Azərbaycanın elm və xalq təsərrüfatı sahəsindəki nailiyyətləri» mövzusunda məruzə etmişdir (Leninqrad ş.).
-SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində «Azərbaycanın təbiəti» foto-albomuna görə Bürünc medalla təltif olunmuşdur.
-Azərbaycan SSR Coğrafiya Cəmiyyəti Rəyasət heyətinin iclasında «Azərbaycanda coğrafiya elminin inkişafında sovet alimlərinin rolu» mövzusunda məruzə etmişdir.
1983-cü il «Azərbaycan SSR-in kurort-turist ehtiyatlarının mühafizəsi, səmərəli istifadəsi və mənimsənilməsinin coğrafi problemləri» elmi konfransında «Landşaftın rekreasiyada əhəmiyyəti» mövzusunda məruzə etmişdir (Bakı ş.).
-Təbiət elmləri tarixinə həsr edilmiş VI Zaqafqaziya elmi konfransında «Azərbaycan geomorfologiyasının əsas istiqamətlərinin öyrənilməsində Rusiya Coğrafiya Cəmiyyəti Qafqaz bölməsinin rolu» mövzusunda məruzə etmişdir (Bakı ş.).
-Ermənistan SSR EA Coğrafiya şöbəsinin 25 illiyinə həsr olunmuş elmi sessiyada «Azərbaycan coğrafiyaçılarının sovet hakimiyyəti illərindəki nailiyyətləri haqqında» məruzə etmişdir (Yerevan ş.).
-Bakı-Səmərqənd-Navoi-Buxara-Urgenc-Düşənbə marşrutu üzrə səfərdə olmuşdu.
1984-cü il SSRİ-də olan Elmlər Akademiyaları Coğrafiya İnstitutları direktorlarının müşavirəsində və SSRİ EA-nın Biosfera Şurası ilə birgə keçirilən iclasında «Azərbaycanda coğrafi proqnoz məsələləri» mövzusunda məruzə etmişdir (Klaypeda ş.).
-Naxçıvan MR-in 60 illiyinə həsr olunmuş konfransda «Azərbaycan SSR təbiət abidələri və onların mühafizəsi» mövzusunda məruzə etmişdir (Naxçıvan ş.).
1985-ci il Ukrayna SSR Coğrafiya Cəmiyyətinin V qurultayında «Azərbaycanın coğrafiyası dərsliyinin təkmilləşdirilməsi yolları» mövzusunda məruzə etmişdir (Simferopol ş.).
-SSRİ Coğrafiya Cəmiyyətinin VII qurultayında «Azərbaycan SSR landşaftının kənd təsərrüfatında istifadəsi və ondan gələcəkdə istifadənin perspektivi». (Kiyev ş.)
-Azərbaycan təbiətinin mühafizəsinin təbliğində əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin xatirə medalı ilə təltif olunmuşdur.
1986-1989-cu il Azərbaycan EA Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini.
1986-1990-cı illər Azərbaycan SSR EA Coğrafiya İnstitutunun fiziki coğrafiya və xəritəçilik şöbəsinin rəhbəri.
1986-cı il Sovet-Bolqarıstan coğrafiyaçılarının çöl simpoziumunda «Azərbaycan relyefinin təsərrüfat əhəmiyyəti» mövzusunda məruzə etmişdir (Tbilisi-Gəncə-Bakı).
1987-ci il SSRİ «Bilik» və SSRİ «Coğrafiya» cəmiyyətlərinin təşkil etdiyi «Turizm və kurortologiya» adlı Ümumittifaq məktəb-seminarında «Azərbaycan Xəzər dənizi sahillərində kurortların təşkili problemləri» mövzusunda məruzə etmişdir (Leninqrad-Repino ş.).
-Salyan rayonu müəllimlərinin avqust müşavirəsində «Ekologiyanın müasir problemləri» mövzusunda məruzə etmişdir (Salyan ş.).
-Rodopi və Qafqaz çöl coğrafi simpoziumunun iştirakçısı.
1988-ci il Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin uzun illər səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar olaraq Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
1989-cu il Azərbaycan SSR EA həqiqi üzvü seçilmişdir.
-YUNESKO-nun «İnsan və Biosfer» proqramı üzrə keçirilən Sovet və respublikalar komitələrinin XI birləşdirilmiş plenumunun və «Xəzər dənizinin və Volqa-Ural çay hövzələrinin ekoloji problemləri» adlı elmi konfransın təşkilat komitəsinin sədri olmuş və «Azərbaycanın ekoloji cəhətdən gərgin regionları» mövzusunda məruzə etmişdir.
1990-cı il Azərbaycan SSR Coğrafiya Cəmiyyətinin V qurultayında cəmiyyətin prezidenti seçilmişdir.
-«Cəmiyyətin ərazi təşkili, milli münasibətlər və coğrafiya elmi» adlı Ümumittifaq məktəb-seminarında «Zaqafqaziyada milli münasibətlərin müasir vəziyyəti» mövzusunda məruzə etmişdir (Leninqrad-Repino ş.).
-Azərbaycan SSR EA Coğrafiya İnstitutunun coğrafiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiəsi üzrə ixtisaslaşdırılmış şurasının sədri.
1991-ci il Təbriz Universiteti coğrafiya fakültəsində «Coğrafiya elminin qlobal problemləri» mövzusunda Azərbaycan dilində mühazirə oxumuşdur (Təbriz ş.).
1992-ci il «Müsəlman dünyası və coğrafi problemlər» Beynəlxalq seminarında iştirak etmiş və «Keçmiş SSRİ ərazisində yaşayan müsəlman dinli xalqların taleyi» mövzusunda məruzə etmişdir (Tehran ş.).
-Şəki şəhərinin sel təhlükəsi və su təchizatı problemlərinə həsr olunmuş elmi-praktiki konfransda «Şəki rayonunda sel təhlükəsinin geomorfoloji amilləri» adlı mövzuda məruzə etmişdir (Şəki ş.).
-Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Azərbaycan Ali Attestasiya komissiyası plenumunun üzvü.
-Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Kortəbii-təbiət hadisələri komissiyasının üzvü.
-Təbriz Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkil edilmiş «Şəhər və əhali» adlı elmi konfransının iştirakçısı olmuş və «Relyefin şəhərsalmada əhəmiyyəti» mövzusunda məruzə etmişdir (Təbriz ş.).
1993-cü il Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin təntənəli andiçmə mərasimində və bu münasibətlə verilən ziyafətdə iştirak etmişdir (Bakı ş.).
-Türkiyə geomorfoloqlarının geomorfoloji dərnəyinin təşkil etdiyi XIV qurultayının və çöl simpoziumunun iştirakçısı olmuş; qurultayda «Azərbaycanda baş verən ekoloji-geomorfoloji proseslər» adlı məruzə ilə çıxış etmişdir (Ankara ş.).
-«Günəş» assosiasiyasının keçirdiyi «Enerji, ekologiya və iqtisadiyyat» Beynəlxalq simpoziumunun iştirakçısı olmuş və «Təbiətin kortəbii dağıdıcı hadisələrinin sistemləşdirilməsi» mövzusunda məruzə etmişdir (Bakı ş.).
-Xəzər dənizinin müasir problemlərinə həsr olunmuş elmi konfransın təşkilatçısı, «Xəzər dənizinin müasir coğrafi problemləri» və «Günəş aktivliyi qanunauyğunluqları əsasında tərəddüdlərin proqnozu» mövzusunda məruzə etmişdir (Bakı ş.).
-Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mədəniyyət üzrə elmi-metodiki mərkəzinin və M.F.Axundov adına kitabxananın B.Budaqovla keçirdiyi görüşdə o, «Təbiət və poeziya problemləri» mövzusunda məruzə etmişdir (Bakı ş.).
-Məmməd Arazın anadan olmasının 60 illiyi münasibətilə «Qorqud» assosiasiyasının ən yaxşı elmi-ədəbi və incəsənət əsərlərinə görə keçirdiyi müsabiqədə Məmməd Araz mükafatı ilə təltif edilmişdir (Bakı ş.).
-«İslam və elm» konfransında iştirak edib və «Məhəmməd Əleyhisalam elm haqqında» adlı məruzə ilə çıxış edib (Bakı ş.).
1994-cü il Dördüncü dövr geologiyasına aid Beynəlxalq konfransda iştirak etmiş və «Kiçik Qafqazın morfostrukturuna dair (aerokosmik materiallar əsasında)» mövzusunda (E.Əlizadə ilə birgə) məruzə etmişdir (Tehran ş.).
-Türkiyənin Van şəhərində Universitetin təşkil etdiyi «Van gölünün səviyyəsinin dəyişkənliyinə dair» elmi simpoziumda iştirak etmiş və «Xəzər dənizi səviyyəsinin dəyişkənliyi və onun proqnozuna dair» mövzusunda (R.Məmmədovla birgə) məruzə etmişdir (Van ş.).
-M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin 75 illik yubileyinə həsr olunmuş elmi konfransın iştirakçısı olmuş və «Şərqi Zaqafqaziyanın morfostruktur differensiyasiyasının məsafədən zondlama üsulu ilə öyrənilməsi» (E.Əlizadə ilə birgə) və «Yeni dövr Azərbaycan Respublikasında iqtisadi rayonlaşmanın problemləri» (A.Nadirov, Ə.Nurayev, T.Həsənov, S.Hüseynov və N.Əyyubovla birgə). (Bakı ş.)
-Azəri türklərinin Ermənistandakı doğma torpaqlarından deportasiya edilməsinə həsr olunmuş gecədə giriş sözü ilə çıxış etmişdir (Bakı).
-Təbiətin dağıdıcı hadisələrinə həsr olunmuş elmi-praktik konfransda iştirak etmişdir (Bakı).
1995-ci il Azərbaycan «Bilik» Maarifçilik Cəmiyyəti İcraiyyə komitəsinin 29 avqust 1995-ci il tarixi qərarı ilə Maarifçilik milli elmimizin tərəqqisi, dünya şöhrəti qazanması sahəsində göstərdiyi xidmətlərinə görə Yusif Məmmədəliyev adına medalla və mükafatla təltif edilmişdir (Bakı ş.).
-«Azərbaycan Respublikasında məktəb islahatı» adlı elmi-praktik konfransda «Məktəb coğrafiyasının müasir qayğıları» mövzusunda məruzə etmişdir. (Bakı).
-Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi Azərbaycan İctimai-Siyasi Universitetində onun «Akademik Həsən Əliyev» və «Türk uluslarının yer yaddaşı» əsərlərinin təqdimatı keçirilmişdir (Bakı ş.).
-«Günay» qəzetinin «Ətraf mühitin qorunması və inkişafı» mövzusunda keçirdiyi «Dəyirmi masa»nın iştirakçısı olmuş, «Respublikada ekoloji vəziyyət» mövzusunda çıxış etmişdir (Bakı ş.)
-Xalqımızın tarixi yaddaşına həsr olunmuş «Dünya susur, tarix susmur» adlı ədəbi-bədii gecədə iştirak etmişdir (Bakı ş.).
-Azərbaycan EA müxbir üzvü, coğrafiya elmləri doktoru, professor Q.K.Gülün anadan olmasının 85 illiyinə həsr olunmuş elmi konfransda iştirak etmiş və alim haqqında xatirələrini danışmışdır (Bakı ş.).
-Yer elmləri bölməsi və Şamaxı rayon İcra hakimiyyəti aparatının Azərbaycan EA-nın 50 illik yubileyinə həsr olunmuş birgə elmi-praktik konfransda iştirak etmiş və «Şamaxı rayonunun landşaft xüsusiyyətləri və onların təsərrüfat əhəmiyyəti» mövzusunda məruzə ilə çıxış etmişdir (Şamaxı ş.).
-Azərbaycan EA-nın akademiki M.Topçubaşovun anadan olmasının 100 illiyinə həsr edilmiş sessiyada iştirak etmiş və Mustafa bəy haqqında xatirələrini danışmışdır (Bakı ş.).
-«Azərbaycanda sahibkarlıq: problemlər, vəzifələr» mövzusunda keçiriilmiş elmi-praktiki konfransda iştirak etmiş və orada «Elmin keçid dövründə iqtisadi problemləri» mövzusunda çıxış etmişdir (Bakı ş.).
-Türkiyə Respublikasının prezidenti Zati-aliləri Süleyman Dəmirəl cənabları və Azərbaycan Respublikası ictimaiyyəti nümayəndələri ilə görüşdə iştirak etmişdir (Bakı ş.).
-Azərbaycan EA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun 50 illiyinə həsr edilmiş elmi konfransda iştirak etmiş və «Landşaftşünaslıq elmi 50 ildə» adlı məruzə ilə çıxış etmişdir (Bakı ş.).
-«Azərbaycanda ali təhsilin təkmilləşdirilməsinin müasir problemləri»nə həsr edilmiş elmi-praktiki konfransda iştirak etmiş və ali məktəbin tədris planlarına «Bəşəriyyətin qlobal problemləri» kursunun daxil edilməsi mövzusunda məruzə etmişdir (Bakı ş.).
-Azərbaycan Beynəlxalq Universitetinin Binəqədi rayon İcra hakimiyyəti ilə birlikdə təşkil etdiyi Budaq Budaqovun «Akademik Həsən Əliyev» və «Elin oğlu» kitablarının təqdimatını keçirmişdir. Təqdimat mərasimində müəllif çıxış etmişdir (Bakı ş.).
-«Azərbaycanlıların qaçqınlıq tarixi və öz etnik torpaqlarından deportasiyası» Respublika elmi konfransında iştirak etmiş və «Ermənistanın türk toponimlərinə dair» mövzusunda çıxış etmişdir (Bakı ş.).
-Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 200 illiyinə həsr edilmiş Respublika elmi konfransında iştirak etmiş və «A.Bakıxanovun coğrafi fikirləri» adlı məruzə ilə çıxış etmişdir (Bakı ş.).
1996-cı il Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə Milli Ekologiya fəaliyyət planına təkliflər hazırlamaq üçün yaranan işçi qrupun tərkibinə daxil edilmişdir (Bakı ş.).
-Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin Xəzər dənizi üzrə eksperti kimi fəaliyyət göstərir (Bakı ş.).
-Bakı və Sumqayıt şəhərlərində Türkiyə dövləti tərəfindən təşkil edilmiş kolleclərin coğrafiya və tarix fənləri üzrə dərs deyən müəllimlərinin toplantısında «Coğrafiya elminin aktual problemləri» mövzusunda məruzə etmişdir (Sumqayıt ş.).
-1941-1945-ci illərdə Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 50 illiyinə həsr edilmiş təntənəli gecədə iştirak etmişdir (Bakı ş.).
-Akademik Quliyev Nəriman Ağa-Qulu oğlunun anadan olmasının 70 illiyində iştirak etmiş və ona təbrik ünvanı təqdim etmişdir (Akademik M.T.Abbasov və ak. A.Əlizadə ilə birgə).
-1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələri və Azərbaycanda ictimai-siyasi vəziyyətə həsr olunmuş Ümumxalq toplantısında iştirak etmişdir (Bakı ş.).
-Azərbaycan Respublikası Milli Məclisinin «Təbii ehtiyatlar, energetika və ekologiya» daimi komissiyasının üzvlərinin iştikarı ilə İsmayıllı rayonu mərkəzində «Respublika meşələrinin müasir vəziyyəti və onun qorunmasına dair» səyyar iclasda iştirak etmiş və «Azərbaycan meşə landşaftlarının problemləri» mövzusunda məruzə etmişdir (İsmayıllı ş.).
-Azərbaycan Respublikası Nazirlər kabinetinin yanında Dövlət Ali Ekspert Komissiyasının «Özəl təhsilin problemləri və perspektivləri» mövzusuna həsr edilmiş elmi konfransda «Bəşəriyyətin qlobal problemləri» adlı məruzə ilə çıxış etmişdir (Bakı ş.).
-Akademik Ş.Ə.Əzizbəyovun yaşadığı evdə xatirə lövhəsinin açılışında iştirak etmiş, onun elmi təşkilatı fəaliyyəti və insani keyfiyyətlərindən danışmışdır (Bakı ş.).
-Akademik Ş.F.Mehdiyevin yaşadığı evdə xatirə lövhəsinin açılışında iştirak etmiş və onun haqqında xatirələr söyləmişdir (Bakı ş.).
-Akademik N.A.Quliyevin anadan olmasının 70 illiyində iştirak etmiş və ona təbrik ünvanı (akademiklər M.T.Abbasov və A.A.Əlizadə ilə birlikdə) təqdim etmişdir (Bakı ş.).
1997-ci il Azərbaycan İctimai-Siyasi Kollecində Təbiət kafedrasının müdiri.
-Azərbaycan Ağsaqqallarnın üçüncü növbədən kənar qurultayında Respublika Ağsaqqallar Şurasının sədri seçilmişdir və Şuranın vəzifələri mövzusunda məruzə etmişdir (Bakı ş.).
-Beynəlxalq müşavirə seminarın «Neotektonika və onun neft və qaz yataqlarının əmələ gəlməsinə və yerləşməsinə təsiri» Komitəsinin üzvü.
-Azərbaycan EA Beynəlxalq Assosiasiyasının 12 oktyabr 1997-ci il 46 saylı qərarına əsasən Coğrafiyanın Birləşmiş Fundamental Problemləri Şurasının üzvü seçilmişdir (Kiyev ş.).
-Mərkəzi Asiya səhralarına həsr edilmiş Beynəlxalq konfransında iştirak etmiş, «Azərbaycanda səhralaşma» mövzusunda məruzə etmiş və Mərkəzi Asiya Səhraları Şurasının üzvü seçilmişdir (Daşkənd ş.).
-Azərbaycan XXI əsrin astanasında elmi-praktik konfransın «Resurslar, təbiətdən istifadə, ekologiya» bölməsinin rəhbəri (Ə.Şekinski, T.İsmayılov, Ə.Hacızadə ilə birlikdə) (Bakı ş.).
-Özbəkistanda yaşayan Azərbaycan diasporunun Ağsaqqal Şurasını təşkil etmişdir (Azərbaycanın Özbəkistandakı səfiri A.Əzimovla birgə) (Daşkənd ş.).
-Azərbaycan Respublikası Prezidenti cənab Heydər Əliyevin fərmanı ilə 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlardan kütləvi sürətdə deportasiyasına dair yaradılmış komissiyaya daxil edilmişdir.
-Azərbaycan Respublikasının Prezidenti H.Ə.Əliyevin Azərbaycan Respublikası EA üzvləri ilə keçirdiyi görüşdə iştirak etmiş və bir neçə mühüm təkliflə çıxış etmişdir.
-Akademik M.Ə.Qaşqayın 90 illiyinə həsr olunmuş gecədə iştirak etmiş, haqqında xatirələr söyləmişdir.
-Məktəblilərin fənn olimpiyadasının Respublika turunun açılışında iştirak etmiş və «Coğrafiya fənninin orta məktəbdə tədrisi» haqqında çıxış etmişdir.
-Türk dünyasının V qurultayında iştirak etmişdir (İstanbul ş.).
-Beynəlxalq Coğrafiya simpoziumunda iştirak etmişdir (Bişkek ş.).
-Coğrafiyanın fundamental problemləri mövzusunda Beynəlxalq simpoziumda məruzə ilə çıxış etmişdir (Kiyev ş.).
-«Magistral neft kəmərinin ətraf mühitə təsiri» mövzusunda Beynəlxalq seminarında giriş sözü söyləmiş və «Neft kəmərinin coğrafi problemləri» mövzusunda məruzə etmiş və akademik Həsən Əliyevin ətraf mühitin mühafizəsi sahəsində elmi və ictimai fəaliyyəti haqqında çıxış etmişdir (Q.Məmmədov və S.Xəlilovla birlikdə) (Bakı ş.).
- M.F.Axundov adına Respublika Kitabxanasının təşkil etdiyi tibb elmləri doktoru, ekspert Rafiq Yusiflinin elmi yaradıcılığına həsr olunmuş görüşün aparıcısı olmuşdur (Bakı ş.).
-Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin çoxcildli seçilmiş əsərlərinin ilk iki cildinin və «Qayıdış» kitabının təqdimat mərasimində iştirak etmişdir (Bakı ş.).
-Asiya Müsəlmanları Komitəsi (Küveyt) və Beynəlxalq Humanitar yardım üzrə Respublika Komissiyasının işində iştirak etmişdir (Bakı ş.).
-Akademik M.Ə.Musayevin anadan olmasının 75 illiyində iştirak etmiş və onun Coğrafiya institutu ilə apardığı elmi əlaqələrindən danışmışdır (Bakı ş.).
-Bakı Dövlət Universitetinin təşkil etdiyi «Ətraf mühitin mühafizəsinin öyrənilməsi və kadr hazırlığı»na həsr olunmuş metodik konfransda iştirak etmiş və «Akademik H.Ə.Əliyevin həyat və yaradıcılığı» mövzusunda məruzə etmişdir (Bakı ş.).
Azərbaycanşünaslar Müstəqil Birliyinin Asiya Müsəlmanları Komitəsinin M.F.Axundov adına Respublika Dövlət Kitabxanası ilə birgə keçirdiyi «Mədəniyyət, islam, cəmiyyət» elmi problemi üzrə Beynəlxalq simpoziumun işində iştirak etmiş və simpoziumda «İslam dininin bəzi problemləri» mövzusunda məruzə ilə çıxış etmişdir (Bakı ş.).
-Azərbaycan Təhsil Nazirliyinin, Azərbaycan Sənaye İnstitutunun, Azərbaycan MEA-nın Polimer Materiallar İnstitutunun təşkil etdiyi «Həyat fəaliyyətinin mühafizəsi» adlı elmi konfransın iştirakçısı olmuş, «Akademik H.Ə.Əliyev və ətraf mühitin mühafizəsi» mövzusunda məruzə ilə çıxış etmişdir (Bakı ş.).
-Qafqaz Müsəlmanları İdarəsinin İmamətin günəşi, Elm və Hikmət xəzinəsi Həzrət Əlinin mövludu münasibətilə keçirdiyi tədbirdə iştirak etmişdir (Bakı ş.).
-Respublika Prezidenti Aparatının təşkil etdiyi, əsrimizin neft müqaviləsinin son bəhrəsi olan Xəzər dənizinin Azərbaycan sektorundan xarici şirkətlərlə işlənilən neft yataqlarından ilkin neftin çıxarılması münasibətilə keçirilmiş təntənəli mərasimdə iştirak etmişdir (Bakı ş.).
-Görkəmli dövlət xadimi, məşhur özbək yazıçısı Şərəfcan Rəşidovun anadan olmasının 80 illiyinə həsr edilmiş yubiley təntənəsində iştirak etmişdir (Daşkənd ş.).
-«Azərbaycan XXI əsrin astanasında» adlı elmi-praktiki konfransda iştirak etmiş və «XXI əsrin astanasında Azərbaycanın təbii resurslarından istifadə və ekologiya problemləri» adlı məruzə ilə çıxış etmişdir (Bakı ş.).
-Akademik H.Ə.Əliyevin 90 illik yubileyinə həsr olunmuş gecədə iştirak etmiş və «Akademik H.Ə.Əliyev XX əsrdə ətraf mühitin mühafizəsinin banisidir» mövzusunda məruzə ilə çıxış etmişdir (N.Tusi adına Pedaqoji Universitet) (Bakı ş.).
-«Mərkəzi Asiya səhraları: mühafizə və inkişaf» adlı Beynəlxalq seminarda iştirak etmiş, birinci iclasda («Quraq yerlərdə ətraf mühitin vəziyyəti») sədrlik etmiş və «Azərbaycanın yarımsəhralarının əsas problemləri»nə dair məruzə etmişdir (Daşkənd ş.).
-Yeni Azərbaycan partiyasının beşinci ildönümü münasibətilə keçirilən təntənəli yığıncaqda iştirak etmişdir.
-Fövqəladə Hadisələr Dövlət Komitəsinin seminarında Azərbaycanda təbiətin kortəbii hadisələri və onlara qarşı mübarizə tədbirləri haqqında çıxış etmişdir (Bakı ş.).
-Ağrıdağ Xeyriyyə Cəmiyyətinin akademik H.Ə.Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş təntənəli toplantısında «Akademik H.Ə.Əliyev Azərbaycan elminin görkəmli fədailərindəndir» mövzusunda məruzə etmişdir (Bakı ş.).
-Azərbaycan Ali pedaqoji kadrlarının ixtisasının artırılması və yenidən hazırlanması İnstitutunun akademik H.Ə.Əliyevin 90 illik yubileyinə həsr edilmiş elmi-metodiki konfransında «Akademik H.Ə.Əliyev görkəmli təbiətşünas alimdir» mövzusunda məruzə etmişdir (Bakı ş.).
-Azərbaycan EA Rəyasət Heyətinin akademik H.Ə.Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş yubiley sessiyasında «Akademik H.Ə.Əliyev görkəmli alim, elm təşkilatçısıdır» mövzusunda məruzə etmişdir (Bakı ş.).
-Azərbaycan EA Genetika və Seleksiya İnstitutunun akademik H.Ə.Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş yubiley sessiyasında «Akademik H.Ə.Əliyev Azərbaycan genefondunun qoruyucularından idi» adlı məruzə ilə çıxış etmişdir (Bakı ş.).
-Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin akademik H.Ə.Əliyevin 90 illiyinə həsr edilmiş yubiley gecəsində akademik haqqında xatirələrini danışmışdır (Bakı ş.).
-Kənd Təsərrüfatı Nazirliyinin akademik H.Ə.Əliyevin 90 illiyinə həsr edilmiş elmi-praktiki konfransda iştirak etmiş və «Akademik H.Ə.Əliyev vətənpərvər alim idi» mövzusunda məruzə ilə çıxış etmişdir (Bakı ş.).
-Nəsimi rayon İcra Hakimiyyətində akademik H.Ə.Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş yığıncaqda «Akademik H.Ə.Əliyev Azərbaycan təbiətşünaslıq elminin korifeyidir» adlı məruzə ilə çıxış etmişdir (Bakı ş.).
-Azərbaycan Respublikası akademik H.Ə.Əliyev adına İctimai Ekologiya Fondu, Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun keçirdiyi yubiley yığıncağında «Akademik H.Ə.Əliyevin həyat və yaradıcılığı»na dair məruzə ilə çıxış etmişdir (Bakı ş.).
-Zəmanəmizin görkəmli müğənnisi, Azərbaycanın xalq artisti Müslüm Maqomayevin yubiley gecəsində iştirak etmişdir (Bakı ş.).
-Azərbaycan Respublikası Ağsaqqallar Şurasının III fövqəladə qurultayında iştirak etmiş və Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevə müraciəti imzalananlardan biri olmuşdur (Bakı ş.).
-Azərbaycan Milli Məclisinin «Təbii ehtiyatlar, energetika və ekologiya» daimi komissiyasının bir qrup üzvü ilə birgə Xəzər dənizi səviyyəsinin qalxmasının ətraf mühitə vurduğu ziyan haqqında real təəssürat almaq məqsədilə Bakı-Neftçala-Lənkəran-Astara istiqamətində sahilboyu səfərə çıxmış və fəlakətin nəticələrinin qismən aradan qaldırılması üçün tədbirlər təklif etmişdir.
-Azərbaycan meşələrinin ekoloji vəziyyətini araşdırmaq məqsədilə Milli Məclisin «Təbii ehtiyatlar, energetika və ekologiya» daimi komissiyasının bir qrup üzvü ilə İsmayıllı şəhərində keçirilmiş elmi-praktiki konfransda «Ətraf mühitin mühafizəsinin coğrafi problemləri» mövzusunda məruzə ilə çıxış etmişdir.
-Respublika Ağsaqqallar Şurasının geniş iclasında «Azərbaycan Prezidenti Heydər Əliyev cənablarının Lissabon sammitində qazandığı misilsiz uğurlar» mövzusunda məruzə etmişdir (Bakı ş.).
-Akademik Həsən Əliyevin 90 illik yubileyi ilə əlaqədar Dövlət Hidrometeorologiya Komitəsinin, Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, Azərmeşə istehsalat Birliyinin, bir neçə Universitetlərin, Bakı şəhərinin Yasamal, Nəsimi, Binəqədi rayon icra hakimlərinin, Azərbaycan EA Rəyasət Heyyətinin, H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun və digər müəssisələrin keçirdiyi elmi sessiyalarda (cəmi 18 təşkilatın) «Akad. H.Ə.Əliyevin şərəfli həyat yolu», «Akad. H.Ə.Əliyev Azərbaycanda ətraf mühitin ən dəyanətli qoruyucusu idi», «Akad. H.Ə.Əliyev Azərbaycan təbiətinin intensiv deqradasiyaya uğramasına qarşı həyəcan təbilinin ilkin carçısı idi», «H.Ə.Əliyev görkəmli torpaqşünas, coğrafiyaçı, təbiətin dəyanətli qoruyucusu idi», «Akad. H.Ə.Əliyev Respublikada ətraf mühitlə bağlı yaranmış dövlət və ictimai strukturların ilkin təşkilatçısı və yaradıcısı idi», «Akad. H.Ə.Əliyev böyük elmin təşkilatçısı və təbliğatçısı idi» və başqa əlaqədar mövzularında məruzələr etmişdir (Bakı ş.).
1998-ci il «Azərbaycan XXI əsrin astanasında» Respublika elmi-praktiki konfransında təşkilat komissiyasının həmsədri (Bakı ş.).
-Səudiyyə Ərəbistanı kralının dəvəti ilə Məkkə şəhərinə Həcc ziyarətində olmuş və Mədinə şəhərində Həzrəti Məhəmməd peyğəmbərin məzarını ziyarət edərək Həc dini rütbəsinə layiq görülmüşdür (Məkkə və Mədinə şəhərləri).
-Azərbaycan (özəl) Universitetində təşkil edilmiş «Qərb-Şərq» elmi dərnəyin üzvü.
N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinin bakalavr pilləsində Dövlət Attestasiya Komissiyasının sədri (Bakı ş.).
-BDU-nun coğrafiya fakültəsinin magistr pilləsində Dövlət Attestasiya Komissiyasının sədri (Bakı ş.).
-Azərbaycan Respublikasında bəyan edilmiş ümumbəşəri və milli nailiyyətlərin həyata keçirilməsində fəal ictimai mövqeyinə görə Azərbaycan Coğrafiya Cəmiyətinə (prezident Budaq Əbdüləli oğlu Budaqovdur) «Vətən» Fəxri Fərmanı və Azərbaycan Jurnalistlər Birliyinin Həmkarlar İttifaqı tərəfindən «Azərbaycan bayrağı» laureatı diplomu təqdim edilmişdir (Bakı ş.).
-Respublikanın ictimai-siyasi həyatında gənclərin hərbi vətənpərvər tərbiyəsində fəal iştirakına görə və anadan olmasının 70 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası tərəfindən Fəxri Fərmanla təltif edilmişdir (Bakı ş.).
-Anadan olmasının 70, elmi-ictimai fəaliyyətinin 50 illiyi münasibətilə Azərbaycan Ziyalılar Cəmiyyəti tərəfindən «XX əsrin Fəxri ziyalısı» diplomu ilə təltif edilmişdir (Bakı ş.).
-Bakı şəhər Əmək Veteranlarının toplantısında - Heydər Əliyevə səs verək devizi altında «Yeni prezident seçkiləri haqqında» məruzə ilə çıxış etmişdir (Bakı ş.).
-Lənkəran Dövlət Universitetində «Heydər Əliyev İdeoloji mərkəzi»nin yaradılmasının iştirakçısı olmuş və «H.Əliyev və daxili siyasət» mövzusunda məruzə etmişdir (Lənkəran ş.).
-San-Marino Universitetində «Akademik H.Ə.Əliyev-90» mövzusundə keçirilən elmi konfransda «Akademik H.Ə.Əliyev elm fədaisidir» mövzusunda məruzə etmişdir (Mingəçevir ş.).
-Azərbaycan Respubliası Təhsil Nazirliyi, Azərbaycan İnşaat Mühəndislər Universitetinin təşkil etdiyi «İnsanların həyat fəaliyyətinin təhlükəsizliyi problemləri» və onun tədrisi üzrə mütəxəssislərin Birinci Respublika elmi-praktik konfransında «Təbiətin dağıdıcı hadisələri» mövzusunda məruzə etmişdir (Bakı ş.).
-Bakı Hərbi Dənizçilik məktəbinin zabitləri ilə görüşmüş və «Böyük Karvan yolu və Azərbaycan» mövzusunda məruzə etmişdir (Bakı ş.).
N.Tusi adına ADPİ-nin keçirdiyi «Azərbaycanlıların Qərbi Azərbaycandan-indi Ermənistan adlandırılan ərazidəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası»na həsr olunmuş elmi konfransda «1948-1953-cü illər deportasiyası və onun acı nəticələri» adlı məruzə ilə çıxış etmişdir (Bakı ş.).
-Kinorejissor Şeyx Əbdül Mahmudbəylinin «Dəmirağacından asılan beşik» (Ş.İ.Xətai) filmi ssenarisinin müzakirəsinin iştirakçısı olmuş və «Fəxri guşə» muzeyi ilə əlaqədar çıxış etmişdir (Bakı ş.).
-«Tusi-800» məktəbinin birinci seminar məşğələsinin iclasında iştirak etmişdir (Bakı ş.).
-Lənkəran Dövlət Universitetində «H.Ə.Əliyev İdeoloji mərkəzi» növbəti məşğələsində «Prezident H.Ə.Əliyev fenomeni» mövzusunda məruzə etmişdir (Lənkəran ş.).
-Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin professoru S.Babayevin anadan olmasının 75 illik yubileyində «S.Babayev coğrafiyaşünas alim və pedaqoq» mövzusunda məruzə etmişdir (Naxçıvan ş.).
-«Azərbaycan XXI əsrin astanasında» ikinci Respublika Elmi-praktiki konfransın təşkilat komitəsinin həmsədri (Bakı ş.).
-Azərbaycan Ağsaqqallar Şurası üzvləri və Respublika Hərbi, Əmək, Silahlı Qüvvələr veteranları ilə H.Ə.Əliyevin (prezident seçkilərində) vəkillərinin görüşünü təşkil etmiş və yığıncaqda müraciət qəbul olunmuşdur (Bakı ş.).
-MDB coğrafiyaçılarının coğrafiyanın elmi-fundamental problemlərinə həsr olunmuş konfransın həmsədri olmuş və «Azərbaycan Respublikasının səth suları» mövzusunda məruzə etmişdi (Minsk ş.).
-Ali İctimai-Siyasi Kollecin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş elmi-praktik konfransında iştirak etmişdi (Bakı ş.).
-Prezident H.Ə.Əliyevin anadan olmasının 75 illiyinə həsr edilmiş Budaq Budaqovun və Fuad Qasımzadənin redaktəsilə yazılmış «Ağsaqqal sözü» kitabının təqdimat mərasimində çıxış etmişdir (Bakı ş.).
-«Erməni millətçilərinin Qafqazda azərbaycanlıların tarixi-etnik torpaqlarından kütləvi deportasiyası və soyqırımı siyasətinin mürtəce mahiyyəti» adlı elmi-praktik konfransda «1948-1953-cü il deportasiyası və onun ağır iqtisadi, sosial və mənəvi nəticələri» haqqında məruzə etmişdir (Bakı ş.).
-Akademik F.Maqsudovun «Heydər Əliyev və Azərbaycan elmi» kitabının təqdimat mərasimində iştirak etmiş və «H.Əliyev cənablarının elmi müddəaları» haqqında çıxış etmişdir (Bakı ş.).
-Azərbaycan Ali İctimai-Siyasi kollecində keçirilən B.Budaqov və Q.Qeybullayevin «Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti» adlı əsərin təqdimat mərasimində çıxış etmişdir (Bakı ş.).
-Respublikanın prezidenti Heydəçr Əliyevin iştirakı ilə Bibiheybət məscidindəki ziyarətgahın açılışı mərasimində iştirak etmişdir (Bakı ş.).
-«Aydınlıq» qəzetinin əməkdaşları ilə görüşündə «Mətbuat və həyat» mövzusunda çıxış etmişdir (Bakı ş.).
-Azərbaycan müəllimlərinin qurultayında iştirak etmişdir (Bakı ş.).
-Azərbaycan Respublikasının Prezidenti seçilmiş Heydər Əlirza oğlu Əliyevin andiçmə mərasimində iştirak etmişdir (Bakı ş.).
-Azərbaycan Dövlətçiliyi və Vətəndaş Birliyi uğrunda Demokratik Alyansın təsis sənədlərini Respublika Ağsaqqallar Şurası adından imzalamışdır (Bakı ş.).
-Rusiya Federasiyası EA Coğrafiya İnstitutunun təşkilinin 80 illiyi yubileyində «Rusiya Federasiyası Coğrafiya İnstitutunun Azərbaycan EA Coğrafiya İnstitutu ilə əlaqələri» mövzusunda çıxış etmişdir (Moskva ş.).
-MDB ölkələri YUNEP-QEO texniki məruzələrini hazırlayan ekspertlərin iclasında «Keçid dövründə MDB ölkələrinin inkişafının iqtisadi əlaqələndirilməsi məsələləri» mövzusunda məruzə etmişdir (Moskva ş.).
-Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan ekspertlərinin Xəzər dənizi və Xəzəryanı regionlara həsr olunmuş birgə iclasında iştirak etmiş və «Xəzər dənizi ilə əlaqədar coğrafi problemlər» haqqında məruzə etmişdir (Aşqabad ş.).
-MDB ölkələri coğrafiyaçılarının təşkil etdiyi Ekoloji problemlər üzrə Ekspert Şurasının birgə iclasında iştirak etmiş və Azərbaycan Respublikası ərazisinin ekoloji-coğrafi problemləri, səhralaşma, ekoloji-coğrafi rayonlaşma (ekoloji amillərin intensivliyinə görə , təbiətin dağıdıcı hadisələri zəlzələ, sürüşmə, sel, dolu və s.) haqqında məruzə etmişdir (Moskva ş.).
-«İslam sivilizasiyası Qafqazda» adlı Beynəlxalq simpoziumun açılışında iştirak etmişdir (Bakı ş.).
-Azərbaycan məktəblilərinin ekoloji hərəkatının 75 illiyinə həsr olunmuş Respublika uşaq ekoloji toplantısında çıxış etmişdir (Bakı ş.).
Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Ziya Bünyadovun anadan olmasının 75 illiyinə həsr edilmiş elmi konfransda iştirak etmişdir (Bakı ş.).
-Naxçıvan Dövlət Universitetində «Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev cənablarının xarici və daxili siyasəti» mövzusunda məruzə etmişdir (Naxçıvan ş.).
«Heydər Əliyev güşəsi»nin açılışı münasibətilə «Heydər Əliyev cənablarının Azərbaycan Demokratik Respublikasının ərazi bütövlüyü uğrunda mübarizəsi» mövzusunda məruzə etmişdir (Lənkəran ş.).
-Bilgəh Kordioloji sanatoriyasında «Həcc ziyarəti» mövzusunda məruzə etmişdir.
-Xəzər dənizi akvatoriyasının səhralaşma problemini tədqiq etmək üçün Xəzərətrafı dövlətlərin coğrafiyaçılarının keçirdiyi elmi toplantıda iştirak etmiş və səhralaşmanın yollarından danışmışdır (Aşqabad ş.).
1999-cu il -Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində təşkil olunmuş görüşdə iştirak etmişdir (Xalq qəzeti, 24 mart 1999-cu il).
-Azərbaycan EA müxbir üzvü, Milli Aviasiya Akademiyasının rektoru professor Arif Mir Cəlal oğlu Paşayevin 65 illik yubileyində iştirak etmişdir (Bakı ş.).
-Xalq rəssamı Kamil Əliyevin Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin xalça üzərində toxutdurduğu portretinin təqdimat mərasimində iştirak etmişdir (Bakı ş.).
-Azərbaycan EA Coğrafiya İnstitutu və Coğrafiya Cəmiyyətinin Azərbaycan EA-nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor K.M.Ələkbərovun anadan olmasının 90 illik yubileyini təşkil etmiş və alimin həyat yolu haqqında məruzə etmişdir (Bakı ş.).
-Azərbaycan gənclərinin «Gənclərin elm və təhsil problemləri»nə dair ikinci forumunun iclasında iştirak etmişdir (Bakı ş.).
-Respublikada «Ekoloji tərbiyə və təcrübəçilik» mövzusunda «Xalq qəzeti» əməkdaşları ilə görüş keçirmişdir (Bakı ş.).
-Akademik Səftər Mehdi oğlu Quliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yığıncaqda iştirak etmişdir (Bakı ş.).
-Azərbaycan Respublikası İcra aparatının və Azərbaycan EA-nın azərbaycanlılara qarşı soyqırımı siyasətinə həsr edilmiş elmi konfransında iştirak etmiş və «Azərbaycanlıların 1948-1953-cü illərdə öz etnik-tarixi torpaqlarından deportasiyası» mövzusunda məruzə etmişdir (Bakı ş.).
-Azərbaycan EA Əsaslı Kitabxanası Şurasının büro üzvü.
-Azərbaycan EA Azad Həmkarlar İttifaqı III qurultayının nümayəndəsi.
Lütvizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
-Respublikada 1999-cu il «Beynəlxalq ahınlar ili»nə hazırlıq üçün yaradılmış təşkilat komissiyasının üzvü.
-Azərbaycan Respublikası Coğrafiya Cəmiyyəti VI qurultayında Cəmiyyətin prezidenti seçilmişdir.
-BDU-nun coğrafiya fakültəsinin təbiəti mühafizə kafedrasının professoru.
-Lənkəran Universitetinin Coğrafiya kafedrasının professoru.
-Azərbaycan İctimai-Siyasi Kollecinin Xarici Əlaqələr üzrə Prorektoru və «Heydər Əliyev məktəbi»nin elmi rəhbəri təyin edilmişdir (Bakı ş.).
-Azərbaycan EA-nın müxbir üzvü, professor Məmmədəmin Məmmədəli oğlu Salayevin anadan olmasının 90 illik yubileyində çıxış etmişdir (Bakı ş.).
-Norveç parlamentinin Enerji və Ətraf Mühit Komissiyasının Bakı şəhərinə gəlişi münasibəti ilə Azərbaycan EA və «Statoyl»un birgə keçirdiyi yığıncaqda iştirak etmişdir (Bakı ş.).
-Azərbaycan Respublikası Milli Məclisində «Ətraf mühitin mühafizəsi haqqında» və «Ekoloji təhlükəsizlik haqqında» qanun layihələrinin müzakirəsində çıxış etmişdir (Bakı ş.).
-«İqlim, su və ətraf mühit» elmi-praktik konfransında «Azərbaycan Respublikası hidrologiyasının tədqiqinə dair» məruzə ilə çıxış etmişdir (Bakı ş.).
-Azərbaycan Universitetinin «Azərbaycan və müasir dünya» mövzusunda keçirdiyi ikinci Ümumrespublika elmi-praktik konfransında iştirak etmişdir (Bakı ş.).
-Yasamal Rayon Ağsaqqallar Şurasının ümumi iclasında çıxış etmişdir (Bakı ş.).
-1999-cu il iyun ayının 28-də Respublika Ağsaqqallar Şurası və Qadın Problemləri üzrə Dövlət Komitəsinin «Ahıllar günü»nə həsr edilmiş təntənəli görüşdə çıxış etmişdir (Bakı ş.).
-Azərbaycanın görkəmli pedaqoqu və coğrafiyaşünası Məmmədibrahim İbrahimbəylinin anadan olmasının 100 illik yubileyini təşkil etmiş və «M. İbrahimbəyli-əsrin yaşıdı müəllimimiz» adlı məruzə ilə çıxış etmişdir (Bakı ş.).
-Bakı Dövlət Univesitetinin rektoru Abel Məhərrəmovun dəvəti ilə 1999-cu il məzunları ilə təntənəli görüşdə iştirak etmişdir (Bakı ş.).
-Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin Heydər Əliyevin respublikaya rəhbərliyinin 30 illiyinə həsr olunmuş geniş iclasında çıxış etmişdir (Bakı ş.).
-Müdrik dövlət xadimi Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə gəlməsinin 30 illiyinə həsr olunmuş gecədə iştirak etmişdir (Bakı ş.).
-Respublika Ağsaqqallar Şurasında H.A.Paşazadənin anadan olmasının 50 illiyi münasibətilə «Şeyxülislam Hacı Allahşükür Paşazadə ali səlahiyyətli din adamı, din alimlərinin başçısı və ən mötəbər dövlət adamlarından biridir» mövzusunda məruzə ilə çıxış etmişdir (Bakı ş.).
-Respublika Sarayında «Əsrin müqaviləsi»nin imzalanmasının beş ili mərasimində iştirak etmişdir (Bakı ş.).
-Azərbaycan EA Rəyasət Heyətinin Naxçıvan MR-in 75 illiyinə həsr etdiyi elmi konfransda iştirak etmişdir (Bakı ş.).
-Azərbaycan Ali Attestasiya Komissiyasının tarix üzrə Müdafiə Elmi Şurasının keçirdiyi sessiyada professor S.Y.Babayevin «Kitabi-Dədə Qorqud dastanında Naxçıvan toponimləri» adlı monoqrafiyasında həllini tapmış elmi problemlərdən məruzə etmişdir (Naxçıvan ş.).
-Naxçıvan Dövlət Universitetinin təşkil etdiyi «Dədə Qorqud-1300» elmi konfransında «Dədə Qorqud dastanında olan toponimlərin əhəmiyyəti» mövzusunda çıxış etmişdir (Naxçıvan).
-Bakı Dövlət Universitetinin Naxçıvan MR-in 75 illiyinə həsr etdiyi elmi konfransda iştirak etmişdir (Bakı ş.).
-Azərbaycan EA Rəyasət Heyətinin filologiya elmləri doktoru Aida İmanquliyevanın anadan olmasının 60 illiyinə həsr etdiyi elmi sessiyada iştirak etmişdir (Bakı ş.).
-Hacı Zeynalabdin Tağıyevin xatirəsinə həsr olunmuş mərasimdə, onun həyat və fəaliyyətini əks etdirən sərginin açılışında iştirak etmişdir (Bakı ş.).
-Azərbaycan MEA akademiki Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktor müavini professor Mirzə Məmməd oğlu Mövsümzadənin anadan olmasının 60 illik yubileyində iştirak etmişdir (Bakı ş.).
-Sumqayıt şəhərində orta təhsil kolleci şagirdləri ilə görüşdə iştirak etmiş və elmi yaradıcılıq yolundan söhbət açmışdır (Sumqayıt ş.).
-Polşa Xalq Respublikasının Prezidenti Aleksandr Kvasnevski cənabları ilə BDU-nun rektorluğunun təşkil etdiyi görüşdə iştirak etmişdir (Bakı ş.).
-Azərbaycan EA akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 70 illiyinə həsr olunmuş təntənəli yubiley iclasında çıxış etmişdir (Bakı ş.).
-Azərbaycan EA müxbir üzvü M.F.Məlikovanın anadan olmasının 70 illiyi münasibətilə BDU retkorluğunun keçirdiyi yubileydə iştirak etmişdir (Bakı ş.).
-Bakı Ali Hərbi Dənizçilik məktəbinin 60 illik yubileyində iştirak etmişdir (Bakı ş.).
-Akademik H.Ə.Əliyevin həyat və fəaliyyətinə dair B.Budaqovun ssenarisi əsasında «Torpağa bağlı ömür» telefilmi çəkilmiş və nümayiş etdirilmişdir (Bakı ş.).
-Birləşmiş Millətlər Təşkilatının inkişaf proqramı, Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə konfransında iştirak etmişdir (Sumqayıt ş.).
-Akademik Həsən Əliyevin xatirəsinə həsr edilmiş «Sumqayıt: ekologiya və inkişaf» mövzusunda elmi-praktik konfransda «Azərbaycan təbiəti mühafizəsinin istinadgahı Həsən Əliyev» adlı məruzə ilə çıxış etmişdir (Sumqayıt ş.).
-Yeni Azərbaycan Partiyasının birinci qurultayında iştirak etmişdir (Bakı ş.).
-«Lənkəran XXI əsrin astanasında» adlı elmi-praktik konfransda «Lənkəran regionunda təbii sərvətlərdən səmərəli istifadə yolları» mövzusunda məruzə etmişdir (Lənkəran, Bakı ş.).
-Azərbaycan Respublikası Coğrafiya Cəmiyyətinin VII qurultayında «Azərbaycan Coğrafiya Cəmiyyəti 60 ildə» mövzusunda məruzə etmişdir (Bakı ş.).
-Professor Q.K.Gülün anadan olmasının 90 illik yubileyində iştirak etmiş və onun haqqında xatirələrini söyləmişdir.
2000-ci il Azərbaycan coğrafiya elminin inkişafındakı xidmətlərinə və Respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə «Şöhrət» ordeni ilə təltif edilmişdir (Bakı ş.).
-Azərbaycan Əsilzadə Məclisinin üzvü.
-İslam xeyriyyəçiliyinə görə H.Z.Tağıyev mükafatı ilə təltif edilmişdir (Bakı ş.).
-Respublika Milli Məclisi yanında Toponimika Komissiyasının üzvü (1999) və komissiyanın sədri (2000-ci ildən) (Bakı ş.).
-Azərbaycan Dövlət Neft Akademiyasının keçirdiyi «Prezident H.Əliyev və Azərbaycan nefti» adlı yığıncaqda «Ekologiyaının müasir problemləri» mövzusunda məruzə etmişdir (Bakı ş.).
- «Xalq qəzeti» əməkdaşları ilə Ekoloji Mərkəzində görüşündə iştirak etmişdir.
-20 yanvar faciəsinin 10-cu ildönümünə həsr olunmuş yığıncaqda iştirak etmişdir.
-Uşaq Ekoloji Polisinin üzvləri ilə görüşdə respublikanın ekoloji problemləri ilə əlaqədar UEP üzvlərinə məlumat vermişdir (Bakı ş.).
-Bakı Dövlət Universitetinin 80 illiyinə həsr edilmiş elmi konfransda «Coğrafi tədqiqatların müasir fundamental problemləri» mövzusunda məruzə etmişdir (Bakı ş.).
-Respublika İctimai-Siyasi Kollecinin rektoru R.Nəbiyevin 50 illik yubileyinə həsr olunmuş elmi sessiyada «Kollecin elmi uğurları» mövzusunda çıxış etmişdir (Bakı ş.).
-Respublika Aviasiya Akademiyasının keçirdiyi «Dədə Qorqud-1300» elmi konfransında «Kitabi-Dədə Qorqud»un Naxçıvanda olan toponimlərinin elmi əhəmiyyətindən danışmışdır (Bakı ş.).
-Azərbaycan Dövlət Televiziyası ilə «Ağsaqqal sözü» mövzusunda çıxış etmişdir.
-Azərbaycanın gənc alimləri məclisində «Azərbaycanın coğrafiya elmi XXI əsrdə» mövzusunda məruzə etmişdir (Bakı ş.).
-Azərbaycan Dövlət Mineral Ehtiyatları Komitəsinin Bayıl sürüşməsinə həsr edilmiş toplantısında iştirak etmiş və «sürüşmələrin yaranma səbəbləri və onların vurduğu ziyanlara dair» çıxış etmişdir.
-Azərbaycanın Prezident Aparatında Ukrayna Respublikasının Prezidenti Leonid Kuçma ilə keçirilən görüşdə iştirak etmişdir (Bakı ş.).
-«Fövqəladə geoloji hadisələr» seminar-müşavirəsinin təşkilat komitəsinin üzvü (Bakı ş.).
-Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Nəsrəddin Tusinin 80 illik yubileyinin hazırlanması və keçirilməsi üzrə komissiyanın üzvü (Bakı ş.).
-Naxçıvan Muxtar Respublikasının təbii ehtiyatları və onlardan daha səmərəli istifadə yolları Beynəlxalq simpoziumda «Naxçıvan Muxtar Respublikasının təbii ehtiyatları» adlı məruzə ilə çıxış etmişdir.
2001-ci il Qlobal Ekoloji Fond (QEF), BMT-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi və DEK tərəfindən «Ölkə ilə dialoq» mövzusunda keçirilən birgə seminarda iştirak etmişdir (Bakı ş.).
-Respublika sarayında 20 yanvar faciəsinin ikinci ildönümünə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş mərasimdə iştiraki etmişdir (Bakı ş.).
-Cənab Heydər Əliyevin «Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti»nə həsr olunmuş elmi-praktik konfransında iştirak etmişdir (Bakı ş.).
-Dövlət mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, prof. Səttar Süleymanovun anadan olmasının 90 illik yubileyində iştirak etmişdir və onun haqqında xatirələr söyləmişdir (Bakı ş.).
-Xəzər Universitetinin 10 illik yubileyində iştirak etmişdir (Bakı ş.).
-Akademik Ələşrəf Əbdülhüseyn oğlu Əlizadənin anadan olmasının 90 illiyinə həsr olunmuş yubileydə iştirak etmişdir (Bakı ş.).
-Görkəmli geoloq-alim, pedaqoq, əməkdar elm xadimi akademik Ədhəm Şahlarbəy oğlu Şıxəlibəylinin anadan olmasının 90 illiyinə həsr olunmuş yubileydə iştirak etmişdir (Bakı ş.).
-Azərbaycan Prezidenti cənab Heydər Əliyevin fəaliyyətinə həsr edilmiş «Azərbaycan 1993. (Anarxiyadan sabitliyə)» kitabının təqdimat mərasimində iştirak etmişdir (Bakı ş.).
-AMEA illik ümumi yığıncağında iştirak etmişdir (Bakı ş.).
-Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ali İctimai-Siyasi Kollecinin birgə keçirdikləri «Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibəti ilə Azərbaycan xalqına müraciəti»nə həsr olunmuş elmi-praktik konfransda iştirak etmiş və «Heydər Əliyev böyük tarixi şəxsiyyətdir» mövzusunda çıxış etmişdir (Bakı ş.).
-Respublika gününə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir (Bakı ş.).
-Bakı Dövlət Universitetinin məzunları ilə təntənəli görüşdə iştirak etmişdir (Bakı ş.).
-Azərbaycan Respublikasının Silahlı qüvvələri gününə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir (Bakı ş.).
-Prof. Hadı Bədəl oğlu Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley sessiyasında iştirak etmiş və onunla əlaqədar xatirələr söyləmişdir.
-İnsan və fəlakətlər Beynəlxalq elmi-praktik konfransın təşkilat komitəsinin həmsədri olmuşdur. «Təbii fəlakətlərin coğrafi problemləri və onlara qarşı mübarizə tədbirləri» adlı məruzə etmişdir (Bakı ş.).
-AMEA-nın Rəyasət Heyətinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Müstəqil Azərbaycanın 10 illiyi: tarix və gerçəklik» mövzusunda elmi-praktik konfransda iştirak etmişdir (Bakı ş.).
-Respublika Ağsaqqallar Şurasının Müstəqil Azərbaycanın 10 illiyi münasibətilə təşkil etdiyi yığıncaqda AAŞ-nın sədri olaraq «Cənab Prezident Heydər Əliyev əsri» adlı mövzuda məruzə etmişdir (Bakı ş.).
-Cənab Heydər Əliyevin Azərbaycan müstəqilliyi və tərəqqisi naminə fəaliyyətindən bəhs edən silsilə kitabların təqdimat mərasimində iştirak etmişdir (Bakı ş.).
-YAP-ın ilk partiya təşkilatından YAP Yasamal rayon təşkilatının IV konfransına nümayəndə seçilmiş və həmin konfransın işində iştirak etmişdir (Bakı ş.).
-Azərbaycan Respublikasının 10 illiyinə həs olunmuş təntənəli yığıncaqda «Cənab Heydər Əliyev əsri» adlı məruzə ilə çıxış edib (Bakı ş.).
-Cənab Heydər Əliyev yaratdığı və lider olduğu Yeni Azərbaycan Partiyasının ikinci qurultayının nümayəndəsi kimi qurultayın işində iştirak etmişdir (Bakı ş.).
-«Təbii fəlakətlərin təsirinin azaldılması Beynəlxalq günü» münasibətilə təşkil olunmuş «Fövqəladə hallarda hazırlıq, təhlükələrin aradan qaldırılması» mövzusunda keçirilən konfransda iştirak etmişdir (Bakı ş.).
-Dünya azərbaycanlıların əlaqələndirmə şurasının üzvü.
-Dünya Azərbaycanlıların I qurultayının nümayəndəsi (Bakı ş.).
-Azərbaycanın müstəqilliyinin bərpasının 10 illik yubileyinə və cənab Heydər Əliyevə həsr olunmuş «Lider, Dövlət, Cəmiyyət» kitabının təqdimat mərasimində iştirak etmişdir (Bakı ş.).
-«Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu» adlı kitabının təqdimat mərasimində çıxış etmişdir (Bakı ş.).
-AMEA-nın akademiki Fuad Qasımzadənin 75 illik yubiley mərasimində iştirak etmişdir (Bakı ş.).
-Azərbaycan Dillər Universitetinin dosenti Əskər Zeynalovun «İravan ziyalıları» adlı kitabının müzakirəsində iştirak etmişdir (Bakı ş.).
-Milli Aviasiya Akademiyasında görkəmli şair Nəriman Həsənzadənin anadan olmasının 70 illiyi yubiley mərasimində iştirak etmişdir (Bakı ş.).
-Görkəmli alim, pedaqoq Abbas Hacəli oğlu Nəbiyevin anadan olmasının 100 illik yubileyində iştirak etmişdir (Bakı ş.).
-Azərbaycan Beynəlxalq Elmi-Tədqiqat İnstitutu akad. Həsən Əbdüləli oğlu Əhmədovun anadan olmasının 90 illiyi yubiley mərasimində əməkdar elm xadimi, Qubkin adına mükafatı laureatı, neftçi-geoloq akad. H.Ə.Əhmədov haqqında xatirələri söyləmişdir (Bakı ş.).
2002-ci il Demokratik Alyansın Xocalı soyqırımına hazırlığına həsr edilmiş iclasda iştirak etmiş və orada gələcək vəzifələrimizlə əlaqədar çıxış etmişdir (Bakı ş.).
-Bakı şəhəri Əzizbəyov rayon Ağsaqqallar Şurasının illik hesabat seçki iclasında iştirak etmiş və orada «Ağsaqqallıq dünyası» mövzusunda çıxış etmişdir (Bakı ş.).
-AMEA Coğrafiya İnstitutunun sabit direktoru professor Saleh Hacı oğlu Rüstəmovun anadan olmasının 90 illik yubileyini təşkil etmiş «Dayaz suların dərin tədqiqatçısı» adı altında yubilyar haqqında məruzə ilə çıxış etmişdir (Bakı ş.).
-Türkiyə Baş Nazirinin müavini cənab Dövlət Baxcalıya BDU-nun fəxri doktoru adının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasimində iştirak etmişdir (Bakı ş.).
-Yeni Azərbaycan Partiyasının «15 iyun Milli qurtuluş günü» münasibətilə təşkil etdiyi «Qayıdış» xalçasının təqdimat mərasimində iştirak etmiş (Bakı ş., Gülüstan sarayı).
-Əməkdar elm xadimi, coğrafiya elmləri doktoru professor Müseyib Ağabala oğlu Müseyibovun anadan olmasının 75 illik yubileyini təşkil etmiş və orada «M.Müseyibov görkəmli coğrafiyaçı alim və pedaqoqdur» adlı məruzə ilə çıxış etmişdir (Bakı ş.).
-Azərbaycan Respublikasının Ağsaqqallar Şurasının və AR Qadın problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi «Azərbaycanın Milli ənənələri və qarşıda duran vəzifələr» mövzusunda keçirilmiş elmi-praktiki konfransını təşkil etmiş, konfransı açmış və giriş söz demişdir (Bakı ş.).
-«Energetika, ekologiya» konfransının açılışında (Gülüstan sarayı) iştirak etmiş və konfransın seksiyasında çıxış etmişdir (Bakı ş.).
-Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə Nəsrəddin Tusinin 800 illiyi münasibətilə yaradılan komissiyanın üzvü seçilmişdir (Bakı ş.).
-Bakı Dövlət Universitetinin 2002-ci il məzunları ilə təntənəli görüşdə (Coğrafiya fakültəsində buraxılış imtahanın sədri) iştirak etmiş və Universiteti fərqlənmə ilə bitirmiş tələbələrə diplom təqdim etmişdir (Bakı ş.).
-Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyində iştirak etmişdir (Bakı ş.).
-Azərbaycan Ağsaqqallar Şurasının IV qurultayını təşkil etmiş, orada hesabat məruzəsi etmiş və həmin qurultayda RAŞ sədri seçilmişdir (2-ci dəfə) (Bakı ş.).
-BDU mexanika riyaziyyat fakültəsinin dekanı, professor Qəmbər Kazım oğlu Namazovun anadan olmasının 70 illik yubileyində iştirak etmişdir (Bakı ş.).
-Azərbaycan Respublikası Prezidenti cənab Heydər Əliyevin Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi gününə həsr olunmuş rəsmi qəbulunda iştirak etmişdir (Bakı ş.).
-Aşkarlar kimyası elmi məktəbinin banisi, üç dəfə Dövlət mükafatı laureatı akademik Əli Musa oğlu Quliyevin anadan olmasının 90 illik yubileyində iştirak etmiş və mərhum Əli müəllimin şərəfli keçmişi ilə əlaqədar öz xatirələrindən söhbət açmışdır (Bakı ş.).
-Ali İctimai-Siyasi Kollecdə möhtərəm prezidentimiz Heydər Əliyevin ad gününə həsr olunmuş elmi-əməli konfransın işində iştirak etmişdir.
-Azərbaycanda Atatürk Mərkəzinin Beynəlxalq şöbəsinin müdiri Nazir Əhmədlinin «Mustafa Kamal Atatürk» kitabının təqdimat mərasimində iştirak etmişdir (Bakı ş.).
-Azərbaycan Təhsil Nazirliyi və Azərbaycan Beynəlxalq Universitetinin Müstəqil Azərbaycan Respublikasının 70-ci ildönümünə həsr etdiyi gənc tədqiqatçıların elmi konfransında «Müasir şəraitdə ekoloji tarazlıq və təbiətin mühafizəsi mövzusunda çıxış etmişdir (Bakı ş.).
-Görkəmli coğrafiyaşünas, coğrafiya elmləri doktoru, professor N.Şirinovun anadan olmasının 80 illik yubileyini təşkil etmiş və onun elmi, elmi-təşkilati yaradıcılığı ilə əlaqədar çıxış etmiş və xatirələr söyləmişdir (Bakı ş.).
-Azərbaycanın Milli mədəni və təbii irsinin qoruyub saxlanması-Milli parklar proqramı adlı Beynəlxalq konfransında (Gülüstan sarayı) iştirak etmişdir (Bakı ş.).
-Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 7-ci ildönümünə həsr edilmiş gənc tədqiqatçıların konfransında «Müasir şəraitində ekoloji mühitin tarazlanması və mühafizəsi» mövzusunda məruzə etmişdir (Bakı ş.).
-Bakı şəhərində keçirilən «Beynəlxalq jurnalist ekspedisiyası» jurnalının Rəyasət Heyəti tərəfindən B.Ə.Budaqov aparıdığı elmi və təşkilatı fəaliyyətinə görə «Xəzərin xeyirxah ürəyi» medalı ilə təltif edilmişdir.
2003-cü il Naxçıvan MR-na ezamiyyədə olmuşdur. AMEA Naxçıvan bölgəsində elmin təşkilindən, elmi kadrların hazırlanması yollarından və bu sahədə Coğrafiya İnstitutunun onlara mümkün olan köməyindən söhbət açmışdır.
-AMEA-nın Mərkəzi kitabxanasında «H.Əliyev və Azərbaycan dövlətçiliyi»nə həsr edilmiş zalın açılışında iştirak etmişdir.
-Azərbaycan MEA İnsan Hüquqları İnstitutu və Qafqaz Universitetinin birgə təşkil etdiyi «Beynəlxalq erməni terrorizmi insan hüquqlarına təhqirdir» konfransında «Erməni terrorizmi: tarixi aspektlər» seksiyası iclasının həmsədri olmuşdur.
-Bakı Dövlət Universitetinin cənab İlham Əliyevin «Azərbaycanın Xəzər nefti» adlı kitabın təqdimat mərasimində iştirak etmiş və kitab haqqında çıxış etmişdir.
-AMEA-da «Mir Mövsümzadə Ağa Zeynal Əli şəxsiyyətinin fenomeni» elmi konfransda iştirak etmiş və Ətağanın cəddinin diqqəti haqqında çıxış etmişdir.
-Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə BDU-nun möhtərəm prezidentimiz Heydər Əliyevin 80 illiyinə həsr edilmiş yığıncaqda «Heydər Əliyev və müstəqil Azərbaycan» mövzusunda Respublika elmi praktik konfransda iştirak etmişdir.
-Kənd təsərrüfat doktoru, professor Muxtar Rzaqulu oğlu Abduyevin xatirəsinə həsr edilmiş gecənin təşkilatçısı olmuş və görkəmli alim, pedaqoq professor M.R.Abduyevin həyat yoluna həsr edilmiş məruzə ilə çıxış etmişdir.
-Akademik Heydər Hüseynovun anadan olmasının 90 illiyində, prof. Rəşid Nəcəfqulu oğlu Abdullayevin anadan olmasının 90 illiyinə, AMEA-nın müxbir üzvü Fərhad Soltan oğlu Əhmədbəylinin anadan olmasının 80 illiyinə həsr edilmiş elmi sessiyalarda iştirak etmiş və xatirələr söyləmişdir.
2004-cü il Beynəlxalq Elmlər (BEA) Azərbaycan bölməsinin ümumi iclasında üzv seçilmişdir (41 saylı qərar).
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Azərbaycan Milli Ensiklopediyasının» redaksiya heyəti ilə ensiklopediyasının xüsusi cildin sözlüyünün yeni variantda müzakirəsində iştirak etmiş və dəyərli təkliflərlə çıxış etmişdir (Bakı ş.).
-Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin üzvü təyin edilmişdir.
-Lənkəran Dövlət Universitetində MAB xəddi ilə Hirkan Rezervasiyasının təşkilinə həsr edilmiş konfransda qoruqlar haqqında məruzə etmişdir.
-Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin «Azərbaycan Respublikasında turizmin inkişaf perspektivlərinə həsr edilmiş elmi-praktiki konfransda «Azərbaycan Respublikasında turizmin inkişaf modeli mövzusunda çıxış etmişdir (N.Hacıyevlə birlikdə).
- «Azərbaycan dünyası» Beynəlxalq jurnalın redaksiya heyəti şurasının sədri .
-Azərbaycan Ekologiya və Ətraf mühitə Nəzarət Mərkəzinin ictimai Birliyi Rəyasət heyətinin üzvü (Bakı ş.).
-«Azərbaycan və qanunçuluq» qəzetinin İctimai Şurasının üzvü seçilmişdir.
-Azərbaycanda Davamlı Ekoturizm və Milli Park sisteminə həsr edilmiş konfransda Ekoturizmə aid məruzə etmişdir.
-Ekologiya və təbii sərvətlər Nazirliyinin Azərbaycan meşələrinə aid keçirdiyi Respublika elmi konfrasda iştirak etmiş və Respublika meşələrinin qorunması haqqında məruzə etmişdir.
-Respublikada AMEA Rəyasət Heyətinin 11 fevral 2004-cü il tarixli (7/10 №li) qərarı ilə elmi tədqiqatların təşkili və əlaqələndirilməsi şurasının üzvü.
-Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının bayramı –Respublika günü münasibətilə keçirilən rəsmi qəbulda iştirak etmişdir.
-Hüseyn Hüseynovun «Solneçnıy oqonğ» (Roman rassledovanie) kitabının (Bakı «Nağıl» evi) təqdimatında iştirak etmiş və kitab haqqında çıxış etmişdir.
-Şair Şamil Əsgərovun 75 illiyinə həsr olunmuş «Bir ömrün səhifələri» kitabının təqdimatında iştirak edib və şair haqqında çıxış etmişdir.
-YUTESKO-nun qərarı ilə təsis edilmiş Fəlsəfə günü münasibəti ilə keçirilən Elmi Konfransda iştirak etmişdir.
- Filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın anadan olmasının 65 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransda iştirak etmişdir.
-Aida xanım İmanquliyevaya həsr olunmuş görüşdə iştirak etmiş və ona həsr edilmiş sənədli filmə tamaşa etmişdir.
-Azərbaycan MEA müxbir üzvü Şahbaz Muradovun «İnsan potensialı: əsas meyllər, reallıqlar, problemlər» adlı monoqrafiyasının təqdimat mərasimində iştirak etmişdir.
-Akademik Arif Mehdiyevin anadan olmasının 70 illiyinə həsr olunmuş təntənəli yığıncaqda istirak etmiş və onun haqqında respublika radiosunda çıxış etmişdir.
-Azərbaycan Respublikasının xalq artisti, professor Tofiq Bakıxanovun şərq musiqisi silsiləsindən ibarət müəllif konsertində iştirak etmişdir (Bakı ş.)
-Heydər Əliyev adına Beynəlxalq Xeyriyyə Fondunun Təşkilat Komitəsinin təşkil etdiyi Ümum milli liderimiz Heydər Əliyevin xatirə gecəsində iştirak etmişdir.
-Azərbaycan Beynəlxalq Universitetinin təşkil etdiyi «Azərbaycanın müasir ekoloji problemləri» adlı konfransda iştirak edib və oradan «Ekocoğrafi problemlər» mövzusunda məruzə etmişdir.
-Azərbaycan Ali İctimai-Siyasi Kollecində Ümumi milli liderimiz Heydər Əliyevin vəfatının il dönümündə Heydər Əliyev haqqında xatirələr yığıncağında iştirak etmiş və öz xatirələrini söyləmişdir.
-Azərbaycan Aktyorlar birliyinin Xalq şairi Nəbi Xəzriyə həsr edilmiş yaradıcılıq gecəsində iştirak etmiş və şairin poetik yaradıcıdığı ilə əlaqədar çıxış etmişdir (Bakı ş.)
-Coğrafiya elmləri doktoru V.C.Ələsgərovun anadan olmasının 60 illiyinə həsr edilmiş yubiley mərasimində Bayram Cavad oğlunun elmi yaradıcılığı haqqında məruzə etmişdir.
-Keçmiş Əbilov klubunda Xalq şairi Nəbi Xəzrinin 80 illiyinə həsr edilmiş Yubiley gecəsində iştirak etmiş və «Nəbi kəşkəşanı» mövzusunda çıxış etmişdir.
-Muğam teatrının Xalq şairi Bəxtiyar Vahabzadənin 80 illiyinə həsr edilmiş yaradıcılıq gecəsində iştirak etmiş və Bəxtiyar poeziyası ilə əlaqədar çıxış etmişdir.
-Azərbaycan Gürcüstan Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin təşkil etdiyi «Gürcüstan-Azərbaycan münasibəti yeni mərhələdə» yığıncaqda iştirak etmiş və orada çıxış etmişdir.
-Bakı şəhəri Əzizbəyov rayonunun İcra hakimi və rayon ağsaqqalar şurasının birgə keçirdiyi iclasda iştirak etmiş və «Ağsaqqalların vəzifəsi» mövzusunda çıxış etmişdir. (Mərdəkan qəsəbəsi).
-Ümum milli liderimiz Heydər Əliyevin vəfatının il dönümü ilə əlaqədar onun məzarını ziyarət etmiş və onun vəfatının il dönümü ilə təşkil edilmiş ehsanda (Gülüstan sarayı) iştirak etmişdir.
-Muğam teatrında Ümumi milli liderimiz Heydər Əliyevə həsr edilmiş mahnılar gecəsində iştirak etmiş və orada çıxış etmişdir.
-Muğam teatrının Xalq artisti, müğənni Tükəzban İsmayılovanın 80 illiyi yubileyinə həsr etdiyi yubiley mərasimində iştirak etmiş və onun müğənni yaradıcılığı ilə əlaqədar çıxış etmişdir.
-Respublikanın görkəmli ictimai və dövlət xadimi Kamran Hüseynovun 90 illik yubileyində iştirak etmiş və təbriklə çıxış etmişdir.
-Filologiya elmləri doktoru, professor Həsən Mirzəyevin «Dərələyəz» adlı əsəri Milli Məclisdə keçirdiyi təqdimatlarının məzmunu haqqında məruzə etmişdir.
-Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Arif Məlikovun Azərbaycan xalqının Ümum milli lideri Heydər Əlirza oğlu Əliyevə ittihaf olunan «Əbədiyyət» adlanan səkkizinci simfoniyasının ilk dəfə səslənməsi mərasimində iştirak etmişdir.
-Azərbaycan Akademik Milli Dram teatrında Novosibirskdə fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Xeyriyyə fondunun Rəyasət Heyətinin keçirdiyi gecədə iştirak etmişdir. Gecədə Mirkazım Seyidovun Heydər Əliyevə ittihaf etdiyi poema səslənmişdir.
-«Azərbaycanın cənub bölgəsində təbii ehtiyatların əsasında turizm kompleksinin yaradılması» mövzusunda Lənkəran Universitetinin turizmə aid keçirdiyi Respublika Konfransında E.M.Hacıyevlə birlikdə məruzə etmişdir (Lənkəran ş.).
-Həştərxan şəhərində «Antropogen amillərin təsir etdiyi zonaların təbii-ərazi kompleksinin dəyişməsi» və «Xəzər dənizinin problemləri» adı altında elmi-praktiki konfransda «Xəzər dənizinin Azərbaycan hissəsinin ən mühüm problemləri» mövzusunda məruzə etmişdir. – R.M.Məmmədovla birlikdə (20-24 sentyabr).
2005-ci il AMEA Yer Elmləri Bölməsi aprel ayının 11-də bölmə institutlarının Elmi Şuraları ilə birgə AMEA-nın 60 illiyinə həsr edilmiş ümumi yubiley yığıncağında «Coğrafiya elmi 60 ildə» adlı məruzə etmişdir.
-Görkəmli yazıçı və ictimai xadim Maksud İbrahimbəyovun anadan olmasının 70 illiyinə həsr edilmiş təntənəli iclasda iştirak etmişdir (14 may).
-«Azərbaycan mineral-xammal ehtiyatları» və «Azərbaycan qızılı» kitabının təqdimat mərasimində iştirak etmişdir (18 may).
-«Erməni iddiaçıları və Azərbaycan həqiqəti» mövzularında 11 Beynəlxalq simpoziumda iştirak etmişdir (29-30 may).
-SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının keçirdiyi Koreya Kinosu Günlərinin Bakı əyləncə mərkəzində keçirilmiş mərasimdə iştirak etmişdir (17 oktyabr).
-YAP-ın III qurultayının nümayəndəsi olmuşdur (26 mart).
-«Birlik» ictimai-siyasi təşkilatların «İdeoloji Proqram»ın müzakirə mövzusunda təşkil etdiyi iclasda çıxış etmişdir (25 mart).
-Azərbaycan Universiteti Nərimanov icra hakimiyyəti ilə birgə soyqırıma aid keçirdiyi elmi konfransda iştirak etmiş və soyqırım ilə əlaqədar çıxış etmişdir (23 mart).
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Respublika Bəstəkarlar İttifaqının sədri Adıgözəlovun 70 illiyinə həsr edilmiş yaradıcılıq gecəsində iştirak etmişdir (20 oktyabr).
-Azərbaycan Milli Elmlər Akademiyasının 60 illiyinə həsr edilmiş təntənəli iclasda iştirak etmişdir (14 dekabr).
Mənbə: Akademik Budaq Budaqovun Şəxsi Web Portalı.
Tarix: 06.02.2015 / 16:39 Müəllif: Feriska Baxılıb: 572 Bölmə: Qərbi Azərbaycan