Həyatı
Nuru Zeynalabdin oğlu Məmmədov 1946-cı il yanvarın 1-də Masis rayonu Aşağı Necili kəndində anadan olub. 1964-cü ildə Uluxanlı orta məktəbini bitirib.
1965-1969-cu illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1969-1970-ci illərdə Daşkəsən rayonunda orta məktəb müəllimi işləyib.
1970-1973-cü illərdə EA-nın Tarix İnstitutunun aspiranturasını (əyani) bitirib. 1976-cı ildə «Azərbaycan kəndinin inkişafında yerli hakimiyyət orqanlarının rolu» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1974-1981-ci illərdə Tarix İnstitutunda baş laborant, kiçik və baş elmi işçi vəzifələrində çalışıb.
1981-ci ildən Bakı Dövlət Universitetində çalışır.
1983-1993-cü illərdə Gəncə Dövlət Universitetində kafedra müdiri, 1993-1998-cü illərdə Gəncə Dövlət Universitetində kafedra müdirinin müavini, 1998-2008-ci illərdə isə Bakı Dövlət Universiteti Azərbaycan tarixi kafedrasının dosenti işləmişdir.
Nuru Məmmədov «Azərbaycan tarixi» dərsini, «Azərbaycanda dövlət quruculuğu problemi» dərslərini aparır.
1 monoqrafiyanın, 1 dərs vəsaitinin, 3 tədris proqramının, 50-yə qədər elmi məqalənin müəllifdir.
Hazırda «Az. MİK-in yaradılması və fəaliyyəti» mövzusunda doktorluq işi üzərində işləyir.
Onun tədqiqat sahəsinə Azərbaycanda ali və yerli hakimiyyət orqanlarının yaradılması üzrə elmi-tədqiqat, Azərbaycanda dövlət quruculuğu məsələləri üzrə tədqiqat işi, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və dərin sosial-iqtisadi islahatların həyata keçirilməsi məsələləri üzrə tədqiqat işləri aiddir.
Kitabları
Türkiyədə və Azərbaycanda erməni millətçilərinin cinayətləri. Dərs vəsaiti. Bakı, 2006
Erməni iddiaları və azərbaycanlıların soyqırımı. Monoqrafiya. Bakı, 2008
Seçilmiş əsərləri
Azərbaycanda inzibati-amirlik sisteminin yaradılması və formalaşması (20-30-cu illər) magistratura üzrə proqram. Bakı-2003
Heydər Əliyev və Müstəqil Azərbaycanın qurtuluşu. BDU-nun Xəbərləri. Humanitar elmlər seriyası, 2003, №1
Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının ilk demokratik Konstitusiyasının yaradıcısıdır. Bakı Dövlət Universitetinin xəbərləri. Tarix və onun problemləri. 2003, №3
Böyük İpək Yolunun bərpası Azərbaycan dövlətçiliyinin uğurudur. Tarix və onun problemləri. 2005, №2
Azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyası və onun faciəli sonluqları (1948-1953-cü illər). «Ədəbi İrəvan» almanaxı. Bakı, 2007
Azərbaycan tarixi. Proqram. Ən qədim zamanlardan bu günə qədər (Ali məktəblərin humanitar fakültələri üçün) Bakı, 2007
Azərbaycanda dövlət quruculuğu. İinzibati-amirlik sisteminin yaradılması və formalaşması (20-30cü illər). Magistr kursunun Proqramı, Bakı, 2008
Tarix: 06.02.2015 / 16:42 Müəllif: Feriska Baxılıb: 110 Bölmə: Qərbi Azərbaycan