Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mirzə Allahverdiyev - Mükafatları

Mükafatları
Respublikanın «Bilik» maarifçilik cəmiyyətinin qərarı ilə 1999-cu ildə Azərbaycanda elm və təhsilin inkişafındakı görkəmli nəaliyyətlərinə görə Yusif Məmmədəliyev adına qızıl medalla təltif olunmuşdur. 2000-ci ildən BDU-nun «Üzvi kimya» kafedrasının professorudur. 2005-ci ildə təqdim olunan nəticələrinə görə Bakı Dövlət Universiteti üzrə «İlin alimi» fəxri adı ilə təltif edilmişdir. 2007-ci ildə biblioqrafik göstəricilərinə görə ABŞ-da dərc olunan «Dünyada kim kimdir» kitabına daxil edilmişdir. 2007-ci ildə 60-illik yubileyi ilə əlaqədar Azərbaycan Təhsil Nazirliyinin «Qabaqcıl təhsil işçisi» medalı ilə təltif olunmuşdur. Bakı Dövlət Universitetinin 90 illiyi ilə əlaqədar 2009-cu ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Kimya fakültəsinin üzvi kimya kafedrasının professoru, Mirzə Allahverdiyev «Kükürdlü heterotsikllər və onların funksional xassələri» mövzusundaki layihəsinə görə 2009/2010-cu ildə Universitetdaxili «50+50» Qrant Proqramının qalibi elan edilmişdir.

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
Nyu-York Akademiyasının həqiqi üzvü, American chemical sosiety cəmiyyətinin üzvü.


Tarix: 05.02.2015 / 15:40 Müəllif: Feriska Baxılıb: 48 Bölmə: Qərbi Azərbaycan
loading...