Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rafiq Bayramov

Həyatı
Rafiq İdris oğlu Bayramov 9 sentyabr 1976-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Azərbaycanlıların Ermənistandan köçürülməsi nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçmüş, Yasif Kərimov adına Yeni Daşkənd kənd tam orta məktəbində oxumuş, 1993-cü ildə isə Bakı şəhəri 12 saylı tam orta məktəbi bitirmişdir.

1993-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsində təhsil almışdır. 2000-2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunda, aspiranturada təhsilini davam etdirmiş və kiçik elmi işçi vəzifəsində çalışmışdır.

2003-cü ildə Azərbaycan Tibb Universitetinin Ağ ciyər xəstəlikləri kafedrasına baş laborant, 2004-cü ildə assistent, 2013-cü ildə isə dosent vəzifəsinə təyin olunmuşdur. R.İ.Bayramov 2011-ci ildə ATU-nin I müalicə profilaktika fakültəsinin dekan müavini, 2013-cü ildən etibarən isə Rektorun köməkçisi vəzifəsinə təyin olunmuşdur.

2011-ci ildə N.Ə.Abbasovun elmi rəhbərliyi ilə "Xroniki destruktiv ağ ciyər vərəmi zamanı ürəyin funksional vəziyyəti" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

R.İ.Bayramov 50-dən çox elmi məqalənin müəllifidir. Hal-hazırda Azərbaycan Tibb Universitetinin "Ağ ciyər xəstəlikləri" kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktorudur.

Ailəsi
Ailəlidir, 3 övladı var.


Tarix: 05.02.2015 / 18:10 Müəllif: Feriska Baxılıb: 120 Bölmə: Qərbi Azərbaycan
loading...