Həyatı
Zeynal Məmmədli 1953-cü il may ayının 5-də Qərbi Azərbaycanda Qarsa yaxın Güllübulaq kəndində dünyaya göz açıb. 5-6 yaşından Bakıda yaşayır. Uşaqlığı Bakı ilə bağlıdır.
1970-ci ildə orta məktəbi bitirib. 1970-1976-cı illərdə BDU-da və MDU-da jurnalistika təhsili alaraq, TV və radioda ədəbi işçi, jurnalist ixtisasına yiyələnib.
1976-1981-ci illərdə Azərbaycan (SSR) Dövlət Teleradio Komitəsində kiçik redaktor, redaktor, böyük redaktor vəzifələrində çalışıb.
1981-ci ildən (31 ildir) Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, tanınmış media eksperti Zeynal Məmmədli BDU-dan öz ərizəsi ilə işdən azad olunub.
1992-2008-ci illərdə „Azadlıq", „PressFakt" və digər qəzetlərdə məsləhətçi-redaktor, „İnternyus" təşkilatında prodüser, Niderland Jurnalistika Kurslarında təlimçi-müəllim vəzifələrində çalışıb.
1981-ci ildən TV və radio jurnalistikası kafedrasında çalışır.
1986-cı ildən TV və radio jurnalistikası kafedrasınin baş müəllimidir. "MassMediada yaradıcı menecment" sahəsində tədqiqat aparır.
«Qızıl qələm», "Həsən bəy Zərdabi" və eləcə də ayrı-ayrı xarici təşkilatların jurnalist mükafatlarına layiq görülüb.
Evlidir, 2 uşağı var.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
2006,avqust, İstanbul, Türkiyə; Media müxtəlifliyi üzrə beynəlxalq seminar
2008,avqust, Novxanı, Azərbaycan; Peşəkar jurnalistlər üçün Avropa Şurası və İnternyusun təşkil etdiyi təlim-seminar
2008, oktyabr, Amsterdam, Hollandiya; „Vətəndaş jurnalistikası" üzrə təlim-seminarlar
Seçilmiş əsərləri
Azərbaycan mediası və vətəndaş cəmiyyəti bu gün
KİV-də anonim qaynaqlardan istifadə özəllikləri
Özəl radiolarımız: proqram menyüsünə aktual baxış
Mediada qarayaxma (diffamasiya) gerçəkləri
Xəbərlərin menecmenti
Tarix: 05.02.2015 / 16:09 Müəllif: Feriska Baxılıb: 124 Bölmə: Qərbi Azərbaycan