Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elxan Cəfərov (alim)

Həyatı
Cəfərov Elxan Əliyar oğlu Ağbaba mahalının Oxçoğlu kəndində 1954-cü ildə dünyaya gəlib.

1961-ci ildə Oxçoğlu kənd orta məktəbinin 1-ci sinfinə ayaq basıb. 1965-ci ildən Bakı şəhərinin 64 saylı orta məktəbində təhsilini davam etdirib. 1971-ci N.Nərimanov adına Tibb Univeristetinə daxil olub. O, tələbəlik illərində elmi məqalələri lə seçilmişdir.

Elxan 1977-ci ildə ali məktəbi bitirdikdən sonra Rusiyaya, Qorki şəhərinə getmişdir.Burada 5 saylı şəhər xəstəxanasında işləmiş, 1980-ci ildən klinik ordinaturada iki il təhsil alıb.Burada da elmi iş götürüb dissertant olmuş, 1984-cü ildə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Elxan 1990-1994-cü illərdə Qarabağ uğrunda dedən döyüşlərdə həkim kimi iştrak etmişdir.O həm də Qarabağ Veteranlar Birliyinin yaradıcılarından biri, Qarabağ veteranıdır.

Elxan Cəfərov özü də bir qeyri-hökümət təşkilatı( Qarabağda Zərərçəkmiş və Qarabağ köçkünlərinə Tibbi yardım) yaradıb. Hazırda Aristokrat Tibb Mərkəzində cərrah, 16 saylı polinikada həkim işləyir.

Üç övladı( iki oğlu, bir qızı) var. Bakı şəhərində yaşayır.


Tarix: 05.02.2015 / 14:20 Müəllif: Feriska Baxılıb: 80 Bölmə: Qərbi Azərbaycan
loading...