Fəxrəddin Qurban oğlu İsayev - Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru.
Həyatı
Fəxrəddin İsayev Qurban oğlu 18 yanvar 1954-cü ildə Ermənistanın Spitak rayonunun Saral kəndində anadan olmuşdur. 1961-1971-ci illərdə Saral orta məktəbində təhsil almış və oranı fərqlənmə ilə bitirmişdir. 1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə qəbul olmuş, 1974-cü ildə Mixail Lomonosov adına Moskva Dövlət Universitetine göndərilmiş və 1976-cı ildə oranı fərqlənmə diplomu ilə bitirniçdir. 1976-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna fəaliyyətə başlamışdır.
1981-ci illərdə Moskva Dövlət Universitetin aspiranturasını bitirərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1987-ci illərdə yenə orada müdaiə edərək fizikarRiyaziyyat elmləri doktoru alimlik dərəcəsi aləb.
1987-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının baş elmi işçi vəzifəsində işləməyə başlayıb, 1989-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru təyin olunur. Dəfələrlə Almaniyanın Karlsruhe Universitetində elmi ezamiyyətlərdə olub.
14 xarici ölkədə 30 beynəlxalq elmi konfransda elmi məqalə ilə çıxış edib. 30-dan çox fəlsəfə doktorunun elmi rəhbəri olub. 160-dan çox elmi məqalə və 2 kitab müəllifidir.
2007-ci ildən Qafqaz Universiteti rektorunun müşaviri, bölmə müdiri vəzifələrində çalışır.
Evlidir iki övladı var.
Kitabları
İsayev F.Q., "Mühəndislik problemlərinin komputerlə həlli", Bakı/ Azərbaycan, səhifə/səhifə aralığı: 210, Qafqaz Universiteti yayınları - İyn 2005
İsayev F.Q., "Nümerik analiz.", Bakı/ Azərbaycan, səhifə/səhifə aralığı: 82, Qafqaz Universiteti yayınları. - İyn 1999
Tarix: 06.02.2015 / 15:40 Müəllif: Feriska Baxılıb: 91 Bölmə: Qərbi Azərbaycan