Həyatı
Zakir Şəhriyaz 10 oktyabr 1954-cü ildə Dərələyəz mahalının Qızılgül kəndində anadan olub. 7 illik məktəbi doğma kəndində, orta məktəbi isə Qovuşuq kəndində bitirib.
18 yaşına qədər Dərələyəz mahalında yaşayan Zakir bədii yaradıcılığa orta məktəb illərindən başlayıb. Hərbi xidmətdən sonra həyatını Bakı şəhəri ilə bağlayıb. Hərbi xidmətdən sonra 1975-ci ildə 79 saylı peşə məktəbinə daxil olub. 1975-1982-ci illədə Bakı Kondisionerlər Zavodunda işləmişdir.
Haqqında Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Qapalı Səhmdar Cəmiyyətində "Xalq yaradıcılığı" baş redaksiyasında radio verilişlər hazırlanmışdır.
1982-ci ildən 2011-ci ilin dekabrına qədər Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda fəhlə işləmişdir.
Azərbaycan Aşıqlar Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı diplomu və "Ustad sənətkar" ali jurnalist mükafatları laureatıdır.
Hal-hazırda Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayır və bədii yaradıcılığını müntəzəm davam etdirir.
Ailəsi
Ələs və Sonanın ailəsində doğulan Zakir Şəhriyaz 1979-cu ildə ailə həyatı qurub. 2 oğlu, 1 qızı və 5 nəvəsi var.
Tarix: 05.02.2015 / 16:22 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Qərbi Azərbaycan