Hz. Məhəmməd 40 yaşında peyğəmbər oldu, Hz. Nuhun gəmisində 40 kişi 40 qadın və 40 heyvan var idi, Hz. Adəm həyatda ikən Allah, Hz. Həvvaya 40 övlad verib, 40 adam bir camaatdır...
Diyarbəkir mərkəzində yerləşən Sur rayon Müftisi Dr. Həsən Yaqut İslam dinindəki 40-ların hikmətini araşdırıb. Ayə və hədislərlə yaşanan böyük möcüzə hadisələrindən istifadə edərək hazırladığı "40x40ın Hikmətləri" adlı cib kitabda Hz. Məhəmmədin 40 yaşında peyğəmbər olduğu, Dəccalın 40 gün yaşayacağını, malın 40-dan birinin zəkat olduğu, Hz. Yunusun balığın qarınında 40 gün qaldığı və Diyanət İşləri Başçısı olma şərtlərindən birin 40 yaş olduğuna diqqət çəkilir.
40x40-ın HİKMƏTLƏRİ BUNLARDIR
- Hz Ademin xəmiri 40 gün gözlənilib
- Allah Hz. Adəmi yaratdıqdan 40 il sonra göylərə çıxardıb
- Deccalın dünyada qalma müddəti 40 gündür
- Hz. Nuhun gəmisində 40 kişi, 40 qadın və 40 hayvan olub
- Gəmi tufandan 40 gün sonra Cudi dağına oturub
- Şafi məzhəbində Cümə namazının şərtlərindən biri namazı qılanların 40 adam olmasıdır
- Ali Baba ve 40 həramilər
- Hz. Adem həyattaykən Allah, Hz. Havvaya 40 övlad verib
- Müsəlmanların sayı 40-a çatandan sonra Hz. Məhəmməd İslamı ictimai şəkildə elan edib
- Hz. Məhəmməd 40 yaşında peyğəmbər olub
- Hz. Yunus balığın qarnında 40 gün qalıb
- Hz. Davudun 40 gün 40 gece yemək yeməməsi və 40 il ağlaması
- İnsan 40 yaşında ağla-kəmala gələr
- Diyanət İşləri Başçısı olmaq şərtlərindən biri 40 yaşın tamam olmasıdır
- 40 müsəlmanın arasında bir vəli olur
- Karakışın günləri 40dır, Kürtçede (çiyələk) 40 gün şəklində adlandırılır
- Adam öldükdən 40 gün sonra mövlid oxunması
- Üzüm suyu 40 gün ərzində bağlı qalsa sirkə olar
- Hz. İlyas 40 yaşında peyğəmbər olub
- 40 adam bir camaatdır
- 5 vaxt namaz, sünnələri ilə birlikdə 40 rükətdir
- Dırnaq kəsməyi, qoltuq, qasıq təmizləmiyi 40 gündən çox kecikdirmək günahdır
- Qohum ziyarəti 40 günü keçməməlidir
- Allah üçün 40 gün keşik tutanın bütün günahları təmizlənər
- 40 qoyundan biri zəkat verilir
Kitabda diqqət çəkən 40 Həramilərlə əlaqədar bunlar yazılıb:
ABŞ istehsalı fantastik macəra filmidir. Əsləndə Həramilər 41 nəfər olur. 41 sadə ədəd olduğundan qənimətləri paylaşmaqda çətinlik çəkdikləri üçün içlərindən ən kiçik olan Əlini öldürərlər. Amma Əlnin ruhu başqa bir bədənə keçir. O adam ağlı çatacaq yaşa gələndə qırx Həramiləri bir mağarada tapar və qənimətlərə əl qoyur. Bundan sonra varlanaraq həyatı dəyişən başqa bir deyimlə atalar kimi yaşamağa başlayan Əlinin adı Əli Baba deyə şöhrət qazanır. "Qırx Həramilər” 40 avardan ibarət olan və oğurladıqları əşyaları bir mağarada mühafizə edib varlanmağı məqsəd seçən, çox vaxt Əli Baba filimləriylə həyatımıza gələn nağıllardır.
Tarix: 03.12.2014 / 16:11 Müəllif: Aziza Baxılıb: 236 Bölmə: Maraqlı melumatlar