Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gizli söhbətlər (internetdə chat) vasitəsilə dəvət etmək

Sual: Ümid edirəm ki, gəncləri söhbət (chat) vasitəsilə dəvət etmək üçün mənə müəyyən bir yol göstərəcəksiniz. Çünki görürəm ki, gənclərin çoxu bu dəvətə icab edir. Ümid edirəm ki, mənə kömək edəcəksiniz.

Cavab: Həmd Allaha məxsusdur.

Chat otaqlarına daxil olmaq bir çox pis nəticələrə, fəsadlar gətirib çıxara bilər. Ona görə də buna diqqət və güc sərf etməyi məsləhət görmürük. Gənclərin çoxu chat otaqlarından istifadə etməklə fitnəyə düşürlər və qızlar ilə tanış olurlar. Beləcə, chat dəvət (niyyəti) ilə başlayır və bu qızlar ilə vaxtını keçirmək və onların fitnəsinə düşməklə sona çatır. Onlardan bəziləri hətta zina etmişdirlər.

İnternet səhifəmiz bu cür müdhiş hekayələrlə doludur, qızlardan bəziləri tövbə etmiş və bəzi saleh kişilərin həyat yoldaşları bu cür chat otaqlarından dolayı dəyişmişdirlər.

Bundan dolayı, biz düşünürük ki bu məsələ ilə bəzi dəvətçilər məşğul olmalı və dəvəti nizamlı və camaat şəklində yerinə yetirməlidir. Çünki əks halda, pis nəticələrdən qorxulur. Öncə insanları dəvət məqsədilə başlayır və sonda-adətən-islam dinində icazə verilməyən fəsadlar ilə sona çatır. Məsələn, kor-koranə aşiq olmaq, aludə olmaq və bundan doğan nəticələr. Şeytan yoldan çıxarmaq istədikləri kəslər ilə əlaqədar müəyyən vasitələrdən istifadə edir, ona görə də bu cür şeylərdən, vasitələrdən xəbərdar olmalıyıq.

Sizin insanların günahlara düşməsi, qərq olması ilə əlaqədar qoruyucu qeyrətinizi və insanları Allaha dəvət etmək üçün sizdə olan hərisliyi qiymətləndiririk. Lakin öz qüvvənizi məlumat vərəqələri, guşələrdə ümumi yazılar yazmağa sərf etməyiniz, xütbə verməyiniz və məscidlərdə dərs deməyinizi, ictimai yerlərdə dəvət etməyiniz daha məsləhətdir. Bunun faydası dəvət üçün gizli chat etməkdən daha çoxdur və sizin üçün daha xeyirlidir, inşallah.

Allah daha yaxşı bilir.


Tarix: 05.04.2013 / 20:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 131 Bölmə: Maraqlı melumatlar
loading...