Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hekaye,Kimsesizler Kimsesi Hz Eli

Kufə xarabalıqları. İntizarla baxan bir cüt göz. Çöldən gələn hər taqqiltıya \"o gəldi\" deyərək, qapıya tərəf qaçan bir uşaq. O, tək deyil, bir balaca bacısı da var. Suğra qardaşından yaşca kiçikdir. O, dizlərini qucaqlayaraq bir küncə qısılıb. - O, bu qədər gecikməzdi. Bəlkə yadından çıxıb? - O, bizi unutmaz. Məgər o bizi tapanda, necə sevindiyini görmədinmi? İnşaallah gələr -deyə son sözlərini bir az ahəstə deyən Əkbər, acından qovrulan qarnını tutaraq bacısına baxdı. Birdən çöldən \"Əkbər, Suğra\" deyə kimsə səsləndi. Suğra kiçık əllərini yerə təkan verərək qalxmaq istədi, amma taqəti olmadığından səndələyərək üzüqoylu yerə yıxıldı. Əkbər cəld yaxınlaşıb bacısının üzünü təmizlədi və çöldən yenə həmən səs \"Əkbər, Suğra\" deyə səsləndi. Uşaqlar cəld cölə cıxdılar və bunlar üçün yeyəcək gətirən kişi əlindəki xurma və çörəklə içəri boylanırdı... Kişi həmişəki vaxtında gəlmişdi, amma səbirsizliklə gözlənilənin həsrəti ilə keçən bir saat belə çox uzun görünür. Bu baxımdan uşaqlar hər geçə bu halları yaşayırdılar. Yemək gətirən kişi gətirdiklərinı bir-bir özü yedirdir. Bir-iki tikə yeyən Əkbər birdən duruxdu. Bu, o kişi deyildi. Suğra da qardaşının bu əməlini sezdi və qardaşı baxan istiqamətə mat-mat baxaraq soruşdu: - Ağa, sən kimsən? - Boğazındakı tikəni zorla udaraq, yeməkdən əlini çəkdi. - Yeyin, yeyin, yəqin acsınız. İndi sizə süd də süzərəm, - deyə kişi tuluqdaki süddən bir az saxsı qaba töküb, birinci Suğraya uzatdı. Suğra bir az da geriyə cəkildi. - Ağacan, biz balaca deyilik. Bizə de görək, atamız haradadır? Onu görməyincə yemək yeməyəcəyik. Əkbərin gözləri dolmuşdu. Gələn müsafir uşaqlara yaxınlaşıb sinəsinə sıxdı və göz yaşlarını saxlaya bilmədi. Uşaqlar da qeyri-ixtiyari ağlamağa başladılar. - Sizi mənə atanız tapşırıb. O, artıq gələ bilməyəcək. - Axı nə üçün? Biz nə etdik ki, bizdən küsdü? Bizi ona apar. Tanimadiqlari o kəs üzündən süzülən yaşi gizlətməyə çalışırdı. - Əkbər, sən artıq böyük oğlansan... Əkbər için-için ağlamağa başladı. Kiçik əlləri ilə bacısını qucaqladı. - Baci, biz bir daha yetim qaldiq. Atamiz ölüb. Müsafir təəccüblənərək: - Onu haradan cixartdın? Mən axı elə söz demədim, - dedi. - Atam da dünyadan köçəndə anamın ilk sözləri bu olmuşdu... Musafir onlari bağrina basib onlara qoşuldu... Əkbər və Suğra Kufənin yarıqaranlıq küçələrində əllərində süd dolu bardaqlarla bir evə sarı tələsirdilər. Kufə küçələri yetimlərin ah-naləsi ilə dolmuşdu. Səndələyərək, mübarək evə tərəf tələsən yetimləri heç kəs sakitləşdirə bilmirdi. Çox keçmədi ki, Kufə küçələrini: “Vallahi, ədalətin sütunlari qırıldı” nidası bürüdü. Aləm qaraya büründü. Müsəlmanların əmiri rəzillərin ən rəzilinin əli ilə qətlə yetrildi. Mövlanın zərbə dəyən andakı sözü əslində bütün ömrümüzün hədəfinə çevrilməlidir. Mövla zərbə dəyən anda bu sözləri zikr etdi: “Kəbənin Allahına and olsun ki, qurtuldum”. İlahi, bizi Mövla Əli (ə) vilayətində sabitqədəm et. Amin!


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 152 Bölmə: Maraqlı melumatlar
loading...