Bunun iki yolu var. 1. Kişi qeybətə son qoymazsa və Allaha tövbə etməzsə, nə cür qeybət edirsə etsin Allahın qəzəbinə səbəb olur. Qiyamət günü də bütün savabları alınıb, qeybətini etdiyi adama verilir.
Bütün bunları bilən adam, artıq tez bir surətdə əməllərindən peşman olub tövbə etməlidir və bir də bu əməllərə qayıtmamalıdır. Allahdan da təklikdə bu əməlinə görə bağışlanma diləməlidir. Kəffarə olaraq qeybətini etdiyi kimsədən də üzürxahqlıq edib, bağışlanmasını diləməlidir. Qeybətini etdiyi kişiyə xəbər çatmayıbsa, özünün ona gedib bir şey deməsi lazım deyil, çünki, bu həmin adamın qəlbinə xal salır. Lakin kimin yanında qeybət edibsə, onların yanında öz peşmançılığını bildirib, bir də belə şey etməyəcəyinə söz verməlidir və öz nəfsi ilə ciddi mübarizə aparmalıdır. 2. Qeybətin səbəbini araşdırıb tapmalıdır və buna qarşı mübarizə etməlidir. Ağıllı insan başqasının qüsurlarını lağ etməkdənsə, öz qüsurlarını tapıb onlarla mübarizə aparar. Dilini də pis şeylərdən qoruyar. Bununla həm bu dünyada, həm də axirətdə özünü qorumuş olar.
Tarix: 18.04.2013 / 15:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 89 Bölmə: Maraqlı melumatlar