Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəbirlərə qarşı hər hansı hörmətsizlik göstərmək icazəli deyil

Sual: Bizim kəndimizdə qəbirlər təhqirə məruz qalır. Qəbiristanlıq dəvə, mal-qara və keçi, maşınlar üçün keçid yoluna çevrilib. Hətta bundan dəhşətlisi budur ki, insanlardan bəziləri qəbirlərin üstündə ev inşa etmək üçün müraciət ediblər. Bu məsələ barədə sizin rəyinizi bilmək istərdik.
Cavab:
Həmd Allaha məxsusdur.
Bu cür etmək icacəli deyil. Çünki, nə qədər ki, ölünün hər hansı qalığı hələ də ordadır hər hansı bir şəkildə qəbirlərə müdaxilə etmək icazəli deyil. Ölülərin toxunulmazlığı dirilərin toxunulmazlığı kimidir. Odur ki, qəbirlərə qarşı hər hansı şəkildə hörmətsizlik etmək qadağandır, istər onların üstünə çıxmaq, qəbiristanlıqdan keçid yol kimi istifadə etmək, qəbiristanlıqda namaz qılmaq olsun, istərsə də qəbiristanlığı insanların müəyyən yaşayış məskəninə çevirmək olsun fərq etməz. Bunlardan heç biri icazəli deyil. Qəbirdə dəfn olunanlar toz-torpağa çevrilib onların cəsədlərindən heç bir şey qalmayıbsa bu istisnadır. Bu halda qəbiristanlıqlardan sahə və yaxud ev və ya digər məqsədlər üçün isifadə etmək olar. Lakin nə qədər ki, ölülərin cəsədlərindən hər hansı bir əsər-əlamət qalıb, bunlardan istifadə etmək və yaxud üstündə gəzmək qadağandır. Çünki vəfat etmiş müsəlman bura sizdən öncə gəlmişdir, ora birinci varmışdır, odur ki, onun buna haqqı daha çoxdur. Vəfat etdiyi halda onun toxunulmazlığı sağlığında olduğu kimidir. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) bir nəfərin qəbirin üstünə ayaq basdığını gördükdə dedi: “Sizdən birinin yanan kömür üstündə oturması və onun paltarını yandıraraq dərisinə keçməsi bu qəbirin üstündə oturmasından daha xeyirlidir.” Hədisi Müslim (9711); Əbu Davud (3228) rəvayət edib. Bu, sözügedən müsəlmana qarşı hörmətsizlik etməkdən çəkindirən bir xəbərdarlıqdır. Alimlər bildirmişdirlər ki, qəbiristanlığın arasında subaşına getmək haramdır və eləcə də qəbirin üstündə oturmaq icazəli deyil. Çünki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Qəbirlərin üstündə oturmayın və onlara tərəf namaz qılmayın”. Hədisi Müslim (972); Əbu Davud (3229) rəvayət edib. Qəbirə söykənmək və yaxud üzərinə ayaq basmaq və yaxud onlara qarşı hər hansı bir şəkildə hörmətsizlik etmək icazəli deyil. Bütün bunlar qadağandır. Müvəffəq edən Allahdır.
Şeyx Abdullah ibn Hümeyd, səh.161


Tarix: 02.04.2013 / 20:41 Müəllif: *Beyaz_Gul* Baxılıb: 171 Bölmə: Maraqlı melumatlar
loading...