Əhli-Beytin hicrəti
Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Mədinəyə gəlib burada yerləşdikdən altı ay sonra Zeyd ibni Haris və Əbu Rafini Məkkəyə göndərərək qızları Fatimə, Ümmü Gülsüm ilə möminlərin anası Sevdanı, Ümmü Əyməni və Üsamə ibni Zeydi oradan gətizdirdi. Əbu Bəkr (radiyəllahu anhu)`ın oğlu Abdullah da, Əbu Bəkrin ailə üzvləri Ümmü Rumən, Əsma və ailəsi (Allah hamısından razı olsun)`ni götürərək hamısı birlikdə Mədinəyə qayıtdılar.
Süheyb (radiyəllahu anhu)`in hicrəti
Süheyb (radiyəllahu anhu) Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`dan sonra hicrət etdi. Hicrət üçün yola çıxdıqda müşriklər onun qarşısını kəsərək mane oldular. Ancaq, Süheyb malının hamısını – ki, çox idi – onlara verdikdə hicrət etməyinə icazə verdilər. Mədinəyə gəlib vəziyyəti Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a bildirdikdə Allahın elçisi (Səllallahu Aleyhi və Səlləm) belə dedi : Əbu Yəhya (Süheybin künyəsi) ticarətində qazanclı çıxdı.
Müstəzaflar (Zəiflər)
Müşriklər kimsəsiz zəif müsəlmanları həbs edərək onlara hicrət etməyə mane oldular. Onlara müxtəlif işkəncələr edərək dinlərindən döndərməyə çalışdılar. Vəlid ibni Vəlid, İyas ibni Rəbiə, Hişam ibn As bu zəiflərdən bəziləridir. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) namazlarında qunut tutaraq Məkkə müşriklərinin əlində əsir olan bu müsəlmanların qurtuluşu üçün dua edərdi. Bu kəslər də daha sonra müşriklərin əlindən qurtularaq Mədinəyə hicrət etdilər.
Tarix: 02.05.2013 / 22:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 87 Bölmə: Maraqlı melumatlar